Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Dövlət Komitəsinin nümayəndə heyəti Macarıstanda görüşlərə başlayıb

26 Oktyabr 2019, 14:36 (GMT +4)

Bakı, 26 oktyabr, SalamNews.Oktyabrın 25-də Diasporla İş üzrə Dövlət Komitəsi nümayəndə heyətinin Macarıstana səfəri başlayıb.

SalamNews xəbər verir ki, səfərin ilk günü nümayəndə heyəti Azərbaycanın Macarıstandakı səfirliyinin binasında Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüb.

Sonra Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Farkas Gergeli ilə görüş keçirilib. Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və nümayəndə heyətinin üzvləri iştirak ediblər. Danışıqlar zamanı diaspor və miqrasiya məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Qonaqları salamlayan F.Gergeli ölkələrimiz arasında dostluq əlaqələrinin tarixindən və davamlı inkişafından, xaricdə yaşayan macar icmaları ilə bağlı həyata keçirilən diaspor siyasətindən danışıb. O, bu görüşün xüsusi əhəmiyyət daşıdığını qeyd edərək bildirib ki, Azərbaycanda Diasporla İş üzrə Dövlət Komitəsi kimi qurumun olması, xaricdə yaşayan azərbaycanlılarla iş mexanizminin qurulması, bu sahədə çox mühüm addımların atılması ölkəsi üçün maraqlıdır.

Dostluq qrupunun rəhbəri Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasına da münasibət bildirib.

Görüşə görə minnətdarlığını bildirən komitə sədri Fuad Muradov ölkələrimiz arasında mövcud dostluq əlaqələrini yüksək qiymətləndirdiyini qeyd edib. O, dövlətimizin diaspor siyasəti, komitənin strukturu, fəaliyyəti və həyata keçirdiyi iri miqyaslı layihələr, xaricdəki azərbaycanlı icmaların gördüyü işlər, soydaşlarımızın yerli cəmiyyətə inteqrasiya olunması, şəbəkələşməsi, eyni zamanda, milli kimliklərini qoruması, azərbaycanlı tələbələrin Macarıstandakı təhsil həyatı, macar gənclərinin iştirak etdiyi beynəlxalq layihələr barədə fikirlərini söyləyib.

Komitə sədri oktyabrın 26-da azərbaycanlı icma ilə görüş keçiriləcəyi, həmin toplantıda Avropanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın iştirak edəcəyi barədə də qarşı tərəfi məlumatlandırıb.

Səfir Vilayət Quliyev bildirib ki, ölkələrimizin mühüm inkişaf dövrünü yaşadığı bir zamanda bu cür görüşün keçirilməsi müsbət addımdır. O, Macarıstanda yaşayan azərbaycanlı gənclər haqqında məlumat verib və qeyd edib ki, həmvətənlərimiz burada təhsil almağa xüsusi önəm verirlər. Azərbaycan diasporunun bu ölkədə fəallaşdığı, bunun yaxşı nəticələrinin olduğu və çox böyük önəm daşıdığı vurğulanıb.

Danışıqların sonunda Dövlət Komitəsinin adından Farkas Gergeliyə Azərbaycanın tarixinə və mədəniyyətinə aid xatirə hədiyyələri təqdim edilib.

Daha sonra dostluq qrupunun rəhbəri azərbaycanlı qonaqları Macarıstan parlamentinin qədim tarixə malik olan binası ilə tanış edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 17 il ötür

Diasporla İş Üzrə Dövlət Komitəsində gürcüstanlı deputatlarla görüş keçirilib

AMEA ilə Diasporla İş üzrə Dövlət Komitəsi arasında memorandum imzalanıb

Diasporla İş üzrə Dövlət Komitəsində 20 Yanvar faciəsinin qurbanları anılıb

Diasporla İş üzrə Dövlət Komitəsi erməni təxribatının qarşısını alıb

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-da görüşlərə başlayıb

Almaniya nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsində olub

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İsveçrədə səfərdədir

Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 16 il ötür

Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri işdən çıxıb

Diasporla İş üzrə Dövlət Komitəsinə yeni mətbuat katibi təyin edilib

Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavinlərinin sayı artırılıb

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları təltif olunublar - SİYAHI

Diasporla İş üzrə Dövlət Komitəsi ÜAK-ın ləğvi olunması ilə bağlı bəyanat yayıb

Diasporla İş üzrə Dövlət Komitəsi Ümumrusiya Azərbaycan Konqresi ilə bağlı bəyanat yayıb

Diasporla İş üzrə Dövlət Komitəsi ÜAK ilə bağlı məsələyə münasibət bildirib

Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 14 il ötür

12 Noyabr 2019, 18:10 (GMT +4)
ETSN: Şikayət yerində araşdırılıb

12 Noyabr 2019, 18:00 (GMT +4)
AtaBank-ın ənənəvi əmanət kampaniyası başlayır

12 Noyabr 2019, 17:50 (GMT +4)
"Financial Times"a ilk dəfə qadın rəhbərlik edəcək

12 Noyabr 2019, 17:44 (GMT +4)
Dövlət Komitəsi dam örtüyü çökən yataqxanada araşdırma aparıb

12 Noyabr 2019, 17:32 (GMT +4)
Lavrov Boliviya ilə bağlı Rusiyaya qarşı ittihamların olmamasına təəccüblənib

12 Noyabr 2019, 17:32 (GMT +4)
Elektron Hökumət üzrə İcra Qrupunun üçüncü görüşü keçirilib

12 Noyabr 2019, 17:25 (GMT +4)
Fələstinli hərəkatlar İsrailə xəbərdarlıq ediblər: Bu terror Təl-Əvivə baha başa gələcək

12 Noyabr 2019, 17:20 (GMT +4)
Gömrük Akademiyasında Konstitusiya gününə həsr olunmuş tədbir keçirilib

12 Noyabr 2019, 17:15 (GMT +4)
Vyanada Azərbaycan turizminin təqdimatı keçirilib

12 Noyabr 2019, 17:06 (GMT +4)
Misirin baş müftisi Azərbaycana gəlir

12 Noyabr 2019, 17:04 (GMT +4)
Moldova hökuməti istefaya göndərilib

12 Noyabr 2019, 16:58 (GMT +4)
Maliyyə bazarlarına çıxışa dair ictimai müzakirə keçiriləcək

12 Noyabr 2019, 16:53 (GMT +4)
İraq hökuməti ABŞ-ın müdaxiləsini rədd etdiyini bildirib

12 Noyabr 2019, 16:46 (GMT +4)
Bakı- Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunda yük və sərnişin daşıması asanlaşıb

12 Noyabr 2019, 16:20 (GMT +4)
Prezident İlham Əliyev yeni təyin olunan icra başçılarını qəbul edib

12 Noyabr 2019, 16:19 (GMT +4)
“AAM- 2019 Bakı Natiqlik müsabiqəsi” keçirilib

12 Noyabr 2019, 16:17 (GMT +4)
Kreml Qəzza və İsraildəki gərginlikdən narahatdır

12 Noyabr 2019, 16:10 (GMT +4)
Nazir Ramin Quluzadə ABŞ-ın nümayəndə heyətini qəbul edib

12 Noyabr 2019, 16:03 (GMT +4)
Yevlaxda ana ölümü ilə bağlı rəsmi məlumat yayılıb

12 Noyabr 2019, 15:56 (GMT +4)
Təhsil naziri Ceyhun Bayramov Fransada səfərdədir

12 Noyabr 2019, 15:55 (GMT +4)
Kreml Putin və Ərdoğan arasında görüşün baştutma səbəblərindən danışıb 

12 Noyabr 2019, 15:45 (GMT +4)
İranlı general ölkənin ballistik raketlər proqramının yaradıcısının adını açıqlayıb (FOTO)

12 Noyabr 2019, 15:42 (GMT +4)
Azərbaycanın "Tokio 2020" paralimpiya oyunlarına 7-ci lisenziyanı qazanıb

12 Noyabr 2019, 15:30 (GMT +4)
“CinemaPlus”da “Bayraq Günü” qeyd olunub

12 Noyabr 2019, 15:20 (GMT +4)
Fransada zəlzələ nəticəsində onlarla evi dağılıb

12 Noyabr 2019, 15:18 (GMT +4)
Azərbaycan və BƏƏ arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək

12 Noyabr 2019, 15:10 (GMT +4)
“Dünyaya üç baxış” adlı rəsm sərgisi keçirilib (FOTOLAR)

12 Noyabr 2019, 14:58 (GMT +4)
Anar Məcidzadənin “Vətən sevgisi” adlı kitabı nəşr olunub

12 Noyabr 2019, 14:56 (GMT +4)
Ərdoğan ABŞ səfərindən sonra Putinlə danışıqlar aparmağı planlaşdırdığını açıqlayıb

12 Noyabr 2019, 14:49 (GMT +4)
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66