Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Rövşən Rzayev: Büdcə gəlirləri məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilir

26 Oktyabr 2019, 14:26 (GMT +4)

Bakı, 26 oktyabr, SalamNews.“Azərbaycanda sosial-iqtisadi inkişaf göstəriciləri yüksəkdir, onları daha da artırmaq üçün kifayət qədər imkan və potensial var. Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə bu barədə ətraflı danışılıb və dövlətimizin başçısı iqtisadi artımı daha da yüksək rəqəmlərə qaldırmağı, islahatları davam etdirməyi hökumətin qarşısında əsas vəzifə kimi qoyub. Bu zaman mövcud ehtiyatlar aşkar edilməli, büdcə gəlirləri artırılmalı, həmçinin büdcə xərclərinin məqsədyönlülüyü və şəffaflığı təmin olunmalıdır”.

SalamNews-un xəbərinə görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin geniş kollegiyasında Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.

O qeyd edib ki, dövlət başçısı apardığı sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayandığını bir daha bəyan edib: “Bu baxımdan, dövlətimizin artan imkanları və büdcə gəlirləri əhalinin, o cümlədən cəmiyyətin həssas təbəqəsi olan məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilir”.

Məcburi köçkünlərin problemlərinin həlli istiqamətində bu il nəzərdə tutulan genişmiqyaslı işlərin davam etdirildiyini, Prezident İlham Əliyevin gələn il görüləcək işlərlə bağlı konkret tapşrıqlar verdiyini bildirən R.Rzayev qarşıya qoyulmuş vəzifələrin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsi üçün bütün imkanların səfərbər olunmasının vacibliyini vurğulayıb.

Kollegiya iclasında Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun 2019-cu ildə icrası nəzərdə tutulan layihələri üzrə işlərin gedişi barədə Fondun icraçı direktoru Mahir Abbaszadənin, komitənin regional strukturlarının fəaliyyəti və onların işinin təkmilləşdirilməsi tədbirləri, həmçinin məcburi köçkünlərin fərdi uçot sisteminin təkmilləşdirilməsi ilə bağlı görülən işlərin vəziyyəti haqqında barədə komitə sədrinin müavini Fuad Hüseynovun, vahid aylıq müavinətin verilməsi ilə bağlı görülən işlər, yeni salınmış qəsəbələrdə məcburi köçkünlərin məşğulluğun artırılması məsələləri barədə şöbə müdiri Sənan Hüseynovun, büdcə vəsaiti və investiya xərcləri hesabına aparılan təmir-tikinti işlərinin vəziyyəti barədə şöbə müdiri Rövşən Əlvəndovun, Mənzil İstismar Departamentinin balansında olan qəsəbələrdə payız-qış mövsümünə hazırlığın vəziyyəti barədə departamentin direktoru Səbuhi Əhmədovun hesabatları dinlənilib və müzakirə edilib.

Kollegiya gündəlikdə məsələlərlə bağlı qərarlar qəbul edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

12 Noyabr 2019, 16:03 (GMT +4)
Yevlaxda ana ölümü ilə bağlı rəsmi məlumat yayılıb

12 Noyabr 2019, 15:56 (GMT +4)
Təhsil naziri Ceyhun Bayramov Fransada səfərdədir

12 Noyabr 2019, 15:55 (GMT +4)
Kreml Putin və Ərdoğan arasında görüşün baştutma səbəblərindən danışıb 

12 Noyabr 2019, 15:45 (GMT +4)
İranlı general ölkənin ballistik raketlər proqramının yaradıcısının adını açıqlayıb (FOTO)

12 Noyabr 2019, 15:42 (GMT +4)
Azərbaycanın "Tokio 2020" paralimpiya oyunlarına 7-ci lisenziyanı qazanıb

12 Noyabr 2019, 15:20 (GMT +4)
Fransada zəlzələ nəticəsində onlarla evi dağılıb

12 Noyabr 2019, 15:18 (GMT +4)
Azərbaycan və BƏƏ arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək

12 Noyabr 2019, 15:10 (GMT +4)
“Dünyaya üç baxış” adlı rəsm sərgisi keçirilib (FOTOLAR)

12 Noyabr 2019, 14:58 (GMT +4)
Anar Məcidzadənin “Vətən sevgisi” adlı kitabı nəşr olunub

12 Noyabr 2019, 14:56 (GMT +4)
Ərdoğan ABŞ səfərindən sonra Putinlə danışıqlar aparmağı planlaşdırdığını açıqlayıb

12 Noyabr 2019, 14:49 (GMT +4)
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək

12 Noyabr 2019, 14:42 (GMT +4)
Mosulda İŞİD-in 5 təhlükəli üzvü ələ keçib

12 Noyabr 2019, 14:33 (GMT +4)
BŞTİ müdiri vətəndaşları qəbul edəcək

12 Noyabr 2019, 14:27 (GMT +4)
Ərdoğan: Terrorçuları deportasiya etməyə davam edəcəyik

12 Noyabr 2019, 14:22 (GMT +4)
Vergilər Nazirliyi "AMV Consulting” şirkətinin müraciətini araşdırıb

12 Noyabr 2019, 13:46 (GMT +4)
Ukrayna anti-Rusiya sanksiyalarını ləğv etməyə hazır olduğunu açıqlayıb

12 Noyabr 2019, 13:22 (GMT +4)
İsrail Qəzzaya aviazərbələrini artırıb, ölənlərin sayı 5-i keçib

12 Noyabr 2019, 13:15 (GMT +4)
Nə Rusiya, nə də ABŞ bölgəni terrorçulardan təmizləyə bilmədi - Ərdoğan

12 Noyabr 2019, 13:13 (GMT +4)
Bakının Xətai Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib

12 Noyabr 2019, 13:12 (GMT +4)
Bir sıra ali məktəblərdə “Vikipediya” Metodik Mərkəzi fəaliyyətə başlayacaq

12 Noyabr 2019, 13:10 (GMT +4)
Prezident İlham Əliyev Yasamal rayonuna yeni icra başçısı təyin edib

12 Noyabr 2019, 12:46 (GMT +4)
Şirvan Şəhər İcra Hakimiyyətinə yeni başçı təyin edilib

12 Noyabr 2019, 12:28 (GMT +4)
Türkiyə XİN vətəndaşlarını Boliviyaya səyahət etməməyə çağırıb

12 Noyabr 2019, 12:19 (GMT +4)
Azərbaycanda ilk dəfə 5G şəbəkəsi işə salınıb

12 Noyabr 2019, 12:06 (GMT +4)
Pompeo: ABŞ ruslarla döyüşmək üçün Ukraynaya silah verib

12 Noyabr 2019, 12:04 (GMT +4)
Tramp və Makron telefon bağlantısında Suriya və İranla bağlı məsələləri müzakirə ediblər

12 Noyabr 2019, 11:51 (GMT +4)
Əli Həsənov: Azərbaycan Konstitusiyası ölkənin davamlı inkişafı və tərəqqisinə xidmət göstərir

12 Noyabr 2019, 11:45 (GMT +4)
Əfqanıstan hökumətilə Taliban arasında məhbus və girovların mübadiləsi baş tutub (FOTO)

12 Noyabr 2019, 11:29 (GMT +4)
Morales Meksikanın sığınacaq təklifini qəbul edib

12 Noyabr 2019, 11:05 (GMT +4)
Azərbaycan Ordusunun əməliyyat təlimi başlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66