Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Bakı-Tbilisi-Bakı sürət qatarı ilk dəfə olaraq sərnişin lokomotivi ilə yola salınıb

26 Oktyabr 2019, 14:12 (GMT +4)

Bakı, 26 oktyabr, SalamNews. Bakı-Tbilisi-Bakı sürət sərnişin qatarı ilk dəfə bu cür qatarlar üçün nəzərdə tutulmuş "Prima M4" sərnişin lokomotivi ilə yola salınıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən SalamNews-a verilən məlumata görə, bu günə qədər dəmir yollarında sərnişin qatarlarının daşınmasında ötən əsrin 70-ci illərinin istehsalı olan yük lokomotivlərindən istifadə olunurdu.

Fransanın “Alstom” şirkətinin istehsalı olan "Prima M4"ün ikisistemli elektrik lokomotivli olması (sabit və dəyişən cərəyanla (3 və 25 KVT) işləyir) uzunmüddətli istismar olunmasına şərait yaradır. Lokomotivdə istifadə olunan rekuperativ əyləcləmə öz növbəsində enerji sərfiyyatını azaldır, təkər darağı yağlanması sisteminin mövcudluğu isə təkərlərin istismar müddətini uzadır.

Köhnə lokomotivlərlə müqayisədə "Prima M4"ün maksimal sürət həddi 100 km/saatdan 160 km/saata kimi artıb. Lokomotivdə 4 ədəd 1200 KVT gücündə assinxron mühərrik quraşdırılıb. "Prima M4"lər elektropnevmatik əyləcləmə sistemi ilə təchiz olunduğundan hərəkətə başlama zamanı və dayanacaqlarda əyləcləmə zamanı yumşaq əyləcləmə baş verir ki, bu da sərnişinlərin rahatlığını təmin edir. Maşinist kabinası isə isitmə və soyutma sistemi ilə təchiz olunub.

Qeyd edək ki, lokomotiv və vaqon parklarının yenilənməsi “Azərbaycan Dəmir Yolları” QSC-də gedən müasirləşdirilmə prosesinin əsas tərkib hissələrindən biridir və bu istiqamətdə də mühüm addımlar atılır.

Belə ki, “Azərbaycan Dəmir Yolları” QSC ilə Fransanın "Alstom” şirkəti arasında 12 may 2014-cü il tarixdə imzalanan müqaviləyə əsasən, səhmdar cəmiyyəti Fransa şirkətinin istehsalı olan 50 ədəd dəyişən cərəyanla işləyən lokomotivin almasını planlaşdırır. Onlardan 40 ədədi yük daşınmasında, 10 ədədi isə sərnişin daşınmasında istifadə olunacaq. Artıq 10 ədəd Prima M4 (AZ4A) sərnişin lokomotivi və 8 ədəd yük lokomotivi Azərbaycana gətirilib.

Bu ilin sonuna kimi “Alstom” şirkətinin daha 8 sərnişin lokomotivi istismara qəbul ediləcək və digər sərnişin qatarlarının da daşınması bu lokomotivlərlə həyata keçiriləcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AZAL Bakı-Tbilisi-Bakı marşrutu üzrə uçuşları bərpa edir

Bakı-Tbilisi-Bakı qatarının hərəkət cədvəli dəyişdirilir

Bakı-Tbilisi-Bakı marşrutu üzrə hərəkət edəcək qatarlara əlavə vaqonlar qoşulacaq

11 Dekabr 2019, 10:47 (GMT +4)
Gürcüstandan Azərbaycana keçmək istəyən çobanın itləri sərhədçilərə hücum edib

11 Dekabr 2019, 10:40 (GMT +4)
Əfqanıstanda ABŞ qərargahı yaxınlığında partlayış törədilib, azı 50 yaralı var

11 Dekabr 2019, 10:26 (GMT +4)
Tramp Rusiya ilə dialoqun davam edəcəyinə ümid etdiyini bildirib

11 Dekabr 2019, 10:17 (GMT +4)
Payızlıq əkinləri bəyan edən fermerlərin sayı iki dəfə artıb

11 Dekabr 2019, 09:55 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub

11 Dekabr 2019, 09:45 (GMT +4)
BMT Aramko-ya edilən hücumun İran tərəfindən həyata keçirilməsini isbat edə bilməyib

11 Dekabr 2019, 09:38 (GMT +4)
ABŞ Səudiyyə Ərəbistanının keçmiş konsuluna sanksiya tətbiq edir

11 Dekabr 2019, 09:32 (GMT +4)
Əlcəzairdə sabiq baş nazirlər həbs ediliblər

11 Dekabr 2019, 09:30 (GMT +4)
Bakıda "KamAZ" iki tələbəni vuraraq öldürüb

11 Dekabr 2019, 09:30 (GMT +4)
Bakıda plastik tullantılardan Yeni il ağacı hazırlanıb

11 Dekabr 2019, 09:12 (GMT +4)
Demokratlar Trampa qarşı ittihamlar səsləndirib 

11 Dekabr 2019, 09:00 (GMT +4)
Bakıda valieynlərin uşaqlara işgəncə verməsi ilə bağlı cinayət işi başlanıb

10 Dekabr 2019, 18:12 (GMT +4)
Gömrük Akademiyasında bank fəaliyyəti ilə bağlı seminar keçirilib

10 Dekabr 2019, 18:00 (GMT +4)
Rüstəm Qasımov Avropa çempionatında bürünc medal qazanıb

10 Dekabr 2019, 17:47 (GMT +4)
Pakistanın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb

10 Dekabr 2019, 17:43 (GMT +4)
Türkiyə Rusiya ilə bölgədə sülhü təmin edəcəyinə ümid edir - Ərdoğan

10 Dekabr 2019, 17:33 (GMT +4)
İranın Hörmuzqan əyalətində 9 aya 56 ton narkotik maddə ələ keçirilib

10 Dekabr 2019, 17:26 (GMT +4)
AtaBank yenidən Mastercard tərəfindən mükafatlandırılıb

10 Dekabr 2019, 17:23 (GMT +4)
Lavrov Vaşinqtona işgüzar səfərə gedib

10 Dekabr 2019, 17:23 (GMT +4)
Azercell ilə dahi Nəsimininin irsindən zövq alın

10 Dekabr 2019, 17:17 (GMT +4)
"Azərişıq" dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatını daha da yaxşılaşdırır (FOTOLAR)

10 Dekabr 2019, 17:09 (GMT +4)
Nazirlər Kabinetinə yeni səlahiyyət verilib

10 Dekabr 2019, 16:51 (GMT +4)
Türkiyə Liviyaya qoşun göndərə bilər - Ərdoğan

10 Dekabr 2019, 16:36 (GMT +4)
Səudiyyə kralı körfəz ərəb dövlətlərini İrana qarşı bir olmağa çağırıb

10 Dekabr 2019, 16:30 (GMT +4)
Qərb ölkələrinin tarixində soyqırıma dair çox sayda faktlar var - Ərdoğan

10 Dekabr 2019, 16:27 (GMT +4)
Bakıda “İnformasiya təhlükəsizliyi” mövzusunda konfrans keçirilib

10 Dekabr 2019, 16:20 (GMT +4)
Putin: Lujkov parlaq və cəsarətli bir siyasətçi idi

10 Dekabr 2019, 16:15 (GMT +4)
“Bakcell”in stendi “Ən yaxşı korporativ üslub” sertifikatına layiq görülüb

10 Dekabr 2019, 16:05 (GMT +4)
Ceyhun Məmmədov: Regionun tibb müəssisələri arasında lider mövqe tutması üzərində işləyirik

10 Dekabr 2019, 16:00 (GMT +4)
“Kurikulum bələdçisi” kitabının təqdimat mərasimi keçirilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66