Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

"Gələcəyimiz üçün ağac əkək" devizi altında ağacəkmə kampaniyası keçirilib (FOTOLAR)

26 Oktyabr 2019, 13:54 (GMT +4)

Bakı, 26 oktyabr, SalamNews. Bu gün Təbiətin Mühafizə Cəmiyyətinin təşəbbüsü həmçinin dünyada tanınmış KPMG şirkətinin dəstəyi ilə Bakının Binəqədi rayonunda "Gələcəyimiz üçün ağac əkək" devizi altında növbəti ağacəkmə kampaniyası keçirilib.

SalamNews xəbər verir ki, ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların artırılması, ağac əkilməsinin təşviqi məqsədilə keçirilən ağacəkmə kampaniyasında Binəqədi rayon icra hakimiyyətinin, Binəqədi Bələdiyyəsinin, Bakı şəhər Yaşıllaşdırma İdarəsinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə 300-dən çox müxtəlif növ ağac əkilib.

Təbiətin Mühafizə Cəmiyyətinin sədri Zurab İsrafilov müsahibəsində bildirib ki, ekoloji balansın bərpası, təbii mühitin qorunması, atmosferin oksigenlə zənginləşdirilməsi Təbiətin Mühafizə Cəmiyyətinin hər zaman diqqətdə saxladığı ən mühüm məsələlərdəndir. Bu məqsədlə, Cəmiyyət tərəfindən yaşıllaşdırma istiqamətində vacib addımlar atılır, ağacəkmə və digər kampaniyalar uğurla davam etdirilir. Bu gün də Binəqədi rayonunda təşkil edilən ağacəkmə kampaniyasında 300-dən çox ağac əklib. Ümumilikdə isə Təbiətin Mühafizə Cəmiyyəti tərəfindən ölkənin müxtəlif yerlərində on minlərlə müxtəlif cinsli ağac əkilib. Təbiətin Mühafizə Cəmiyyəti bu sosial aksiyanı bundan sonra da davam etdirəcək.

Aksiyaya öz dəstəyini verən "KPMG Azərbaycan" şirkətinin idarəedici partnyoru Murat Karakaş müsahibəsində qeyd edib ki, təmsil etdiyi şirkət hər zaman bu kimi aksiyalara dəstək göstərib. Bu gün Binəqədi rayonu ərazisində keçirilən aksiyada KPMG şirkətinin əməkdaşları aktiv iştirak ediblər. Aksiya zamanı ərazi kənar əşyalardan təmizlənib, quyular qazılıb və ağaclar əkilib. Əkilən ağaclar üzvi gübrə verilərək suvarılıb.

Xatırladaq ki, Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair Kompleks Tədbirlər Planının icrasının təmin edilməsi istiqamətində vacib addımlar atılır. Tədbirlər Planının həyata keçirilməsi ilə əlaqədar Təbiətin Mühafizə Cəmiyyəti tərəfindən yaşıllıqların salınması, bərpası və becərilməsi sahəsinin davamlı inkişafını təmin etmək məqsədilə aparılan işlər sürətlə davam etdirilir. 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Təbiətin Mühafizə Cəmiyyətinin yeni sədri seçilib (FOTOLAR)

20 Noyabr 2019, 18:17 (GMT +4)
İsmayıllıda 2 yol layihəsinin icrası yekunlaşıb

20 Noyabr 2019, 17:45 (GMT +4)
Türkiyə ilə Avropa arasındakı yaxınlaşma Avropanın maraqlarına cavab verir - nazir

20 Noyabr 2019, 17:41 (GMT +4)
Azərbaycan benzin istehsalını azaldıb

20 Noyabr 2019, 17:31 (GMT +4)
Putin: Rusiya Avropa Birliyinin qorunmasında maraqlıdır

20 Noyabr 2019, 17:25 (GMT +4)
İran ABŞ-ın mənafeyini təmsil edən İsveçrə səfirini XİN-ə çağırıb

20 Noyabr 2019, 17:23 (GMT +4)
İnvestorlar Türkiyə iqtisadiyyatına etibar etməlidirlər - Ərdoğan

20 Noyabr 2019, 17:14 (GMT +4)
Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib

20 Noyabr 2019, 17:01 (GMT +4)
Liviyada bir hərbi təyyarə vurulub, ölənlər var

20 Noyabr 2019, 16:52 (GMT +4)
Rusiya prezidenti: Rusiya və ABŞ bir çox məsələdə "pis-yaxşı" əməkdaşlıq edir

20 Noyabr 2019, 16:41 (GMT +4)
Caspian European Club üzvləri “İNNOLAND”da olublar

20 Noyabr 2019, 16:25 (GMT +4)
Putin Zelenski haqqında: Məncə yaraşıqlı, səmimi insandır

20 Noyabr 2019, 16:19 (GMT +4)
Energetika naziri ABŞ-a gedir

20 Noyabr 2019, 16:15 (GMT +4)
Yəmənli uşaqları unutmamalıyıq - Real Madridin kapitanı

20 Noyabr 2019, 16:03 (GMT +4)
Sabunçu rayonunda avtomobil yolları, su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq

20 Noyabr 2019, 15:52 (GMT +4)
Lavrov: Ankara Suriyadakı vəziyyətə görə Moskvaya qarşı ittihamları anlaşılmazlıq adlandırıb

20 Noyabr 2019, 15:45 (GMT +4)
AzerTelecom-un iştirakı ilə TransCaspian Fiber Optic layihəsi üzrə tədbir keçirilib

20 Noyabr 2019, 15:36 (GMT +4)
NATO ittifaq ölkələrində "Krım ssenarisinin" təkrarlanmasına imkan verməyəcəyinə söz verib

20 Noyabr 2019, 15:15 (GMT +4)
Bakıda evlərdən oğurluq edən qadın saxlanılıb

20 Noyabr 2019, 15:03 (GMT +4)
İranın Ərdəbil və Həmədan şəhərlərində iğtişaşları pisləyən mitinqlər keçirilib (FOTO)

20 Noyabr 2019, 15:02 (GMT +4)
4 rayonda "ASAN Xidmət" kompleksi açılacaq

20 Noyabr 2019, 14:46 (GMT +4)
Azərbaycanın vitse-prezidenti Mehriban Əliyeva Dmitri Medvedev ilə ikitərəfli münasibətləri müzakirə edəcək

20 Noyabr 2019, 14:45 (GMT +4)
İnsanlara ideal və ya ən azı minimum parametrləri açıq şəkildə göstərmək lazımdır (MƏQALƏ)

20 Noyabr 2019, 14:40 (GMT +4)
AzMİU beynəlxalq əlaqələrini genişləndirir

20 Noyabr 2019, 14:39 (GMT +4)
“Azərsun Holdinq” Sumqayıt şəhərinin 70 illiyində iştirak edib

20 Noyabr 2019, 14:37 (GMT +4)
AzTU ilə Brandenburq Texniki universiteti arasında razılıq əldə edilib

20 Noyabr 2019, 14:30 (GMT +4)
Daha 50 mənzil şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə verilib

20 Noyabr 2019, 14:13 (GMT +4)
Azərbaycanda “Xocalı” futbol klubu yaradılıb

20 Noyabr 2019, 14:06 (GMT +4)
Fələstinin İordan Vadisi bölgəsinin İsrailə əlavə edilməsi üçün addımlar atılır

20 Noyabr 2019, 13:53 (GMT +4)
Masallıya yeni icra başçısı təyin olunub

20 Noyabr 2019, 13:53 (GMT +4)
Ukrayna Krım limanlarındakı əmlaklar üçün Rusiyadan təzminat tələb edəcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66