Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Prezidentin ətrafında sıx birləşmək gənclərin missiyasıdır – Nicat Müslümov

26 Oktyabr 2019, 15:09 (GMT +4)

Bakı, 26 oktyabr, SalamNews. Son 16 il ərzində görülən işlərə tək Azərbaycan daxilində yox, biz ölkə xaricində də rast gəlirik. Təbii ki, bunlar bizim üçün qürurverici hislərdir. Bunlar hamısı cənab İlham Əliyevin siyasətinin nəticəsidir. Hər kəsə məlumdur ki, hazırda ölkəmizdə olan sabitlik, firavan həyat tərzi, vətəndaşların rahat yaşaması bu günə kimi doğru qərarları ilə daim xalqın lideri olan Prezidentimiz İlham Əliyev cənablarının məqsədyönlü siyasətinin nəticəsidir. “Prezident İlham Əliyev hər dəfə gənclərə necə xüsusi qayğı ilə yanaşırsa, biz gənclər də bundan sonra onun ətrafında sıx birləşməklə ölkəmizin və dövlətimizin inkişafı üçün əlimizdən gələni etməliyik. Çalışmalıyıq ki, biz gənclər cənab Prezidentin göstərdiyi yolla, onun dəstəyi və diqqəti sayəsində inamla irəliləyək.

Buna görə də müasir imkanlardan, yaranmış şəraitdən istifadə edərək formalaşan gənc liderlərə böyük ümidlər bəslənir. Bu gün Azərbaycan gəncliyinin onun arxasında dayanan, hər zaman dəstək verməyə hazır olan bir dövləti var. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan bu siyasət nəticəsində Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır. Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və s. sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində yaxından iştirak edir. Məhz Prezident İlham Əliyevin böyük əməyi və səyi nəticəsində Azərbaycan gəncliyi artıq cəmiyyətin inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrilib. Bu, ondan irəli gəlir ki, cənab Prezident gənclərə, malik olduqları bilik və bacarıq potensialları müqabilində bütün sahələrdə geniş meydan verməyin tərəfdarıdır və bunun təmin edilməsi üçün diqqət və qayğısını əsirgəmir.

İlham Əliyevin ətrafında sıx birləşmək gənclərin missiyasıdır - Nicat Müslümov
Bu baxımdan hazırkı mərhələdə gənclər siyasətinin əsasını məhz ölkəmizin davamlı inkişafı prosesində gənclərin imkanlarından səmərəli istifadə edilməsi üçün hər cür şəraitin yaradılması təşkil edir”.

İctimai fəal Nicat Müslümovun çoxşaxəli fəaliyyətilə gənclərimizi milli maraqların qorunması məqsədi ətrafında sıx birləşdirir və Azərbaycan haqqında həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırır. Göründüyü kimi, yürüdülən gənclər siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri cəmiyyətin inkişafında fəal sosial təbəqə kimi demokratikləşmə prosesində fəal iştirak edir, mədəniyyət, incəsənət, iqtisadiyyat və digər sahələrdə nailiyyətlər qazanır, dövlətçiliyin möhkəmləndirilməsi prosesində yaxından iştirak edirlər.

Eyni fikirləri Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının gənclərinə də aid etmək olar. YAP-ın sıralarında yer alan bütün gənclər əsasən, ölkənin ictimai-siyasi həyatında aktiv iştirak edir və sabitliyin, dinamik inkişafın qorunub saxlanılmasında mühüm rol oynayırlar. Bir sözlə, bu gün hərtərəfli dövlət qayğısı ilə əhatələnmiş Azərbaycan gəncliyi Heydər Əliyev ideyalarına sadiqdir və biz gənclər bundan sonra da dövlətimizin parlaq gələcəyi naminə, Vətənimizin inkişafı üçün böyük səylə çalışacaq, anti-Azərbaycançı şəbəkəsi ölkədə sabitliyi pozmağa cəhd göstərən radikalların çağırışlarını qətiyyətlə rədd edəcək və arxalandığımız Prezident İlham Əliyevin göstərdiyi etimadı doğruldacağıq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

20 Noyabr 2019, 18:17 (GMT +4)
İsmayıllıda 2 yol layihəsinin icrası yekunlaşıb

20 Noyabr 2019, 17:45 (GMT +4)
Türkiyə ilə Avropa arasındakı yaxınlaşma Avropanın maraqlarına cavab verir - nazir

20 Noyabr 2019, 17:41 (GMT +4)
Azərbaycan benzin istehsalını azaldıb

20 Noyabr 2019, 17:31 (GMT +4)
Putin: Rusiya Avropa Birliyinin qorunmasında maraqlıdır

20 Noyabr 2019, 17:25 (GMT +4)
İran ABŞ-ın mənafeyini təmsil edən İsveçrə səfirini XİN-ə çağırıb

20 Noyabr 2019, 17:23 (GMT +4)
İnvestorlar Türkiyə iqtisadiyyatına etibar etməlidirlər - Ərdoğan

20 Noyabr 2019, 17:14 (GMT +4)
Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib

20 Noyabr 2019, 17:01 (GMT +4)
Liviyada bir hərbi təyyarə vurulub, ölənlər var

20 Noyabr 2019, 16:52 (GMT +4)
Rusiya prezidenti: Rusiya və ABŞ bir çox məsələdə "pis-yaxşı" əməkdaşlıq edir

20 Noyabr 2019, 16:41 (GMT +4)
Caspian European Club üzvləri “İNNOLAND”da olublar

20 Noyabr 2019, 16:25 (GMT +4)
Putin Zelenski haqqında: Məncə yaraşıqlı, səmimi insandır

20 Noyabr 2019, 16:19 (GMT +4)
Energetika naziri ABŞ-a gedir

20 Noyabr 2019, 16:15 (GMT +4)
Yəmənli uşaqları unutmamalıyıq - Real Madridin kapitanı

20 Noyabr 2019, 16:03 (GMT +4)
Sabunçu rayonunda avtomobil yolları, su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq

20 Noyabr 2019, 15:52 (GMT +4)
Lavrov: Ankara Suriyadakı vəziyyətə görə Moskvaya qarşı ittihamları anlaşılmazlıq adlandırıb

20 Noyabr 2019, 15:45 (GMT +4)
AzerTelecom-un iştirakı ilə TransCaspian Fiber Optic layihəsi üzrə tədbir keçirilib

20 Noyabr 2019, 15:36 (GMT +4)
NATO ittifaq ölkələrində "Krım ssenarisinin" təkrarlanmasına imkan verməyəcəyinə söz verib

20 Noyabr 2019, 15:15 (GMT +4)
Bakıda evlərdən oğurluq edən qadın saxlanılıb

20 Noyabr 2019, 15:03 (GMT +4)
İranın Ərdəbil və Həmədan şəhərlərində iğtişaşları pisləyən mitinqlər keçirilib (FOTO)

20 Noyabr 2019, 15:02 (GMT +4)
4 rayonda "ASAN Xidmət" kompleksi açılacaq

20 Noyabr 2019, 14:46 (GMT +4)
Azərbaycanın vitse-prezidenti Mehriban Əliyeva Dmitri Medvedev ilə ikitərəfli münasibətləri müzakirə edəcək

20 Noyabr 2019, 14:45 (GMT +4)
İnsanlara ideal və ya ən azı minimum parametrləri açıq şəkildə göstərmək lazımdır (MƏQALƏ)

20 Noyabr 2019, 14:40 (GMT +4)
AzMİU beynəlxalq əlaqələrini genişləndirir

20 Noyabr 2019, 14:39 (GMT +4)
“Azərsun Holdinq” Sumqayıt şəhərinin 70 illiyində iştirak edib

20 Noyabr 2019, 14:37 (GMT +4)
AzTU ilə Brandenburq Texniki universiteti arasında razılıq əldə edilib

20 Noyabr 2019, 14:30 (GMT +4)
Daha 50 mənzil şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə verilib

20 Noyabr 2019, 14:13 (GMT +4)
Azərbaycanda “Xocalı” futbol klubu yaradılıb

20 Noyabr 2019, 14:06 (GMT +4)
Fələstinin İordan Vadisi bölgəsinin İsrailə əlavə edilməsi üçün addımlar atılır

20 Noyabr 2019, 13:53 (GMT +4)
Masallıya yeni icra başçısı təyin olunub

20 Noyabr 2019, 13:53 (GMT +4)
Ukrayna Krım limanlarındakı əmlaklar üçün Rusiyadan təzminat tələb edəcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66