Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Zəngilanın işğalından 26 il ötür

29 Oktyabr 2019, 09:00 (GMT +4)

Bakı, 29 oktyabr, SalamNews. Ermənistan silahlı bölmələrinin Azərbaycanın Zəngilan rayonunu işğal etməsindən 26 il ötür.

SalamNews xatırladır ki, 1993-cü il oktyabrın 28-dən 29-na keçən gecə işğalçı ermənilər Zəngilan rayonunu zəbt edib.

Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşublar. Oktyabrın 25-dən etibarən 4 gün ərzində Zəngilan rayonunun əhalisi vuruşaraq 235 nəfər şəhid və itkin verib. Amma erməni tankları dörd tərəfdən rayona hücuma keçiblər və zəngilanlılar silahlı birləşmələrin qarşısını ala bilməyiblər.

Ermənilərin Zəngilanda ikinci Xocalı faciəsini törətmək istəyi alınmayıb. Sakinlər cəld tərpənərək özlərini Araz çayına atmaqla İran ərazisinə keçiblər və bununla da gözlənilən növbəti soyqırımından xilas olublar.

Ərazisi 707 kvadrat kilometr olan Zəngilan rayonu işğal olunanda əhalisi 35,6 min nəfər olub. Hazırda Zəngilanın 44413 nəfər əhalisi var.

Zəngilan rayonu eyni adlı şəhərdən, Mincivan qəsəbəsindən və 83 kənddən ibarətdir. Rayonda 14 tibbi müəssisəsi, 11 uşaq bağçası, 62 ümumtəhsil məktəbi, 23 klub, 8 mədəniyyət evi, 3003 min cild kitab saxlanılan 70 kitabxana olub. Zəngilanın iqtisadiyyatının əsasını kənd təsərrüfatı-üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edib.

İşğaldan sonra Bakı-Mincivan-Qafan dəmiryolu xəttinin keçdiyi Mincivan stansiyası tamamilə dağıdılıb. Naxçıvan istiqamətində Bakı-Naxçıvan-İrəvan dəmiryol xəttinin Mehridən keçən 41 kilometrlik ərazisi blokadaya alınıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Qubadlı, Şuşa və Zəngilan rayon təhsil işçiləri ilə görüş keçirilib

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Zəngilanın işğalı ilə bağlı bəyanat yayıb

Zəngilan rayonunun işğal günü ilə əlaqədar anım tədbiri keçirilib

XİN Zəngilanın işğalının 25-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

Zəngilanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən 25 il ötür

Pakistan mətbuatında Zəngilan rayonunun işğalı ilə bağlı məqalə dərc edilib

Zəngilanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən 23 il ötür

Zəngilanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən 22 il ötür

29 Sentyabr 2020, 15:04 (GMT +4)
Biz Dağlıq Qarabağ məsələsini kökündən həll etmək istəyirik - Çavuşoğlu

29 Sentyabr 2020, 15:00 (GMT +4)
Millət vəkili beynəlxalq debatda erməni təxribatı barədə tutarlı məlumatlar verib (VİDEO)

29 Sentyabr 2020, 14:36 (GMT +4)
MN: Madagizdəki erməni ordusunun alayı tamamilə demoralizə olunub

29 Sentyabr 2020, 14:32 (GMT +4)
Azərbaycanın ərazi bütövlüyü təmin edilməli və rəsmən tanınmalıdır – İran

29 Sentyabr 2020, 14:32 (GMT +4)
Polad Bülbüloğlu: Dağlıq Qarabağdakı əməliyyatlara türk əsgərlərinin cəlb edilməsi barədə məlumatlar saxtadır

29 Sentyabr 2020, 14:28 (GMT +4)
Nazirlik: Daha 10 şagirddə koronavirus aşkarlanıb

29 Sentyabr 2020, 14:25 (GMT +4)
KTN: Ərzaq təhlükəsizliyi ilə bağlı heç bir problem yoxdur

29 Sentyabr 2020, 14:15 (GMT +4)
Azərbaycan və Türkiyə XİN rəhbərləri arasında telefon danışığı keçirilib

29 Sentyabr 2020, 14:07 (GMT +4)
Çexiya koronavirus səbəbi ilə fövqəladə rejimi bərpa edəcək

29 Sentyabr 2020, 13:45 (GMT +4)
Səudiyyə mediası Qarabağa görə Türkiyəyə qarşı qarayaxma kompaniyasına başlayıb

29 Sentyabr 2020, 13:30 (GMT +4)
MN: Ermənistan ordusunun alay komandiri ağır yaralanıb

29 Sentyabr 2020, 13:25 (GMT +4)
Angela Merkel Prezident İlham Əliyevə telefonla zəng edib

29 Sentyabr 2020, 13:21 (GMT +4)
Milli Məclisin Sədri ilə ATƏT Parlament Assambleyasının prezidenti arasında telefon danışığı olub

29 Sentyabr 2020, 13:05 (GMT +4)
XİN və Baş Prokurorluq birgə bəyanat yayıb

29 Sentyabr 2020, 13:02 (GMT +4)
Rusiyada son sutkada 8232 nəfər koronavirusa yoluxub

29 Sentyabr 2020, 12:55 (GMT +4)
MN: Füzulidə düşmənin əks-hücum cəhdi dəf edilib

29 Sentyabr 2020, 12:48 (GMT +4)
MN: Düşmənin komanda müşahidə məntəqəsi darmadağın edilib

29 Sentyabr 2020, 12:41 (GMT +4)
XİN: BMT Təhlükəsizlik Şurasının qətnamələri məcburi xarakter daşıyır

29 Sentyabr 2020, 12:38 (GMT +4)
Biz ölkə ərazisindən silah-sursatın keçməsinə imkan vermərik – İran XİN

29 Sentyabr 2020, 12:37 (GMT +4)
Baş Prokurorluq: Mülki əhalinin atəşə tutulması ilə bağlı 5 cinayət işi başlanılıb

29 Sentyabr 2020, 12:30 (GMT +4)
İlham Əliyev: "Bu dəfə biz onlara növbəti dərs verəcəyik"

29 Sentyabr 2020, 12:27 (GMT +4)
Ermənilər Xankəndindən qaçır - KİV

29 Sentyabr 2020, 12:18 (GMT +4)
Müğənni Sami Yusuf Azərbaycana dəstəyini ifadə edib

29 Sentyabr 2020, 12:18 (GMT +4)
QMİ sədri: Ölkə dindarları dövlət rəhbərimizin qətiyyətli addımlarını dəstəkləyirlər 

29 Sentyabr 2020, 12:11 (GMT +4)
Gürcüstanda koronavirusa yoluxmanın sayına görə anti-rekord yenilənib

29 Sentyabr 2020, 12:10 (GMT +4)
Ermənistan ordusunun daha bir zabiti məhv edilib (RƏSMİ)

29 Sentyabr 2020, 12:06 (GMT +4)
MN: Ermənistan ordusunun daha bir zabiti məhv edilib

29 Sentyabr 2020, 12:02 (GMT +4)
Azərbaycan MN: Qələbə bizimlədir!

29 Sentyabr 2020, 12:00 (GMT +4)
MN: Ermənistan tərəfi köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir

29 Sentyabr 2020, 11:51 (GMT +4)
Ceyhun Bayramovla Britaniyanın dövlət naziri arasında telefon danışığı olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66