Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Azərbaycan Fransaya nota verib

29 Oktyabr 2019, 10:51 (GMT +4)

Bakı, 29 oktyabr, SalamNews.Azərbaycan Fransaya nota verib.

Bu barədə SalamNews-a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 28-də Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zakari Qross Xarici İşlər Nazirliyinə çağırılıb və onunla Xarici İşlər nazirinin müavini Xələf Xələfov görüş keçirib.

Görüşdə Fransa səfirinə bu ölkənin Overn-Ron-Alplar Regional Şurasının sədri Loran Vokyenin ötən həftə Yerevana etdiyi səfər zamanı Ermənistan Respublikası tərəfindən Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yaradılan qondarma qurumun “xarici işlər naziri” Masis Mayılyan ilə görüşərək onunla “birgə bəyannamə” imzalaması ilə bağlı etiraz notası təqdim edilib.

Bəyanatda əksini tapmiş çağırışlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinə zərbə vurur və onun formatının dəyişdirilməsinə dair işğalçı Ermənistanın mövqeyinə dəstək ifadə edir.

Fransa Respublikasının inzibati məhkəmələrinin bu ölkənin bir sıra bələdiyyə və regional qurumları tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərindəki “hakimiyyət qurumları” ilə imzalanan qeyri-qanuni “saziş”lərin ləğv olunmasına dair qərarlar qəbul etdiyi fonda bu cür “birgə bəyannamə”nin imzalanması, o cümlədən Fransadakı erməni lobbisinin təxribatçı səyləri nəticəsində baş verir.

Xatırladırıq ki, Fransanın yerli hakimiyyət orqanlarının qondarma rejim ilə imzaladığı bu cür qeyri-qanuni “sənədlər” Azərbaycan və Fransanın milli qanunvericiliyi, xüsusilə də Fransa Konstitusiyasının 73-cü maddəsi, “Ərazi Vahidləri Ümumi Məcəlləsi”nin maddələri və 24 may 2018-ci il tarixində Daxili İşlər və Avropa və Xarici İşlər nazirləri tərəfindən imzalanmış sirkulyar sənədin müddəalarına ziddir.

Avropa İttifaqının aparıcı ölkələrindən və ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransada yerli və regional hakimiyyət orqanları tərəfindən bu cür qanunsuz “sənədlər”in imzalanmasının davam etdirilməsi bu dövlətin qərəzsiz vasitəşilik roluna kölgə saldığı və Aİ-nin digər üzv ölkələrinə mənfi nümunə olduğu Fransa diplomatına qəti şəkildə bildirilib.

Fransa səfirinin diqqəti bu arzu olunmayan tendensiyalara yönəldilərək ondan ölkəsinin XİN-i qarşısında məsələyə müdaxilə etməsi və Azərbaycan tərəfinə izahat verilməsi istənilib.

Fransa səfiri Z.Qross, öz növbəsində, yerli və bələdiyyə orqanlarının bu kimi çıxışlarının heç bir hüquqi qüvvəyə malik olmadığını və Fransa hökumətinin mövqeyini əks etdirmədiyini bildirib. Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Fransa dövlətinin mövqeyinin prinsipial və dəyişməz olduğunu vurğulayıb. Fransa səfiri L.Vokyenin Yerevana etdiyi səfəri proqramının Fransa hökuməti tərəfindən dəstəklənmədiyini, onun qondarma qurumun nümayəndəsi ilə görüşünün səfərin rəsmi hissəsi bitdikdən sonra baş verdiyini və bu zaman Fransanın Yerevandakı səfirinin təmsil olunmadığını bildirib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Pentaqon Yaxın Şərqə 14 min hərbçi göndərmək xəbərinə münasibət bildirib

ATƏT XİN rəhbərləri Dağlıq Qarabağ tənzimlənməsini müzakirə edəcəklər

Azərbaycan və Ermənistan XİN başçıları arasında görüş 3 saat yarımdan çox davam edib

Rusiya XİN diplomatların Almaniyadan qovulmasına görə cavab tədbirləri görəcəyini açıqlayıb

Bu gün Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçiriləcək

Ukrayna XİN Macarıstan səfirinə etiraz notası təqdim edib

Azərbaycan və Qətər XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Prezident: Yaxın günlərdə Nazirlər Kabinetinin yeni strukturu təsdiq olunacaq

İranla Səudiyyə arasında vasitəçi ölkənin XİN rəhbəri Tehrana gedib

Rusiya XİN: Qarabağ tənzimlənməsində tərəflərə yardım Rusiya prezidentinin diqqət mərkəzindədir

Ötən ay Təhsil Nazirliyinə 15 minə yaxın müraciət daxil olub

Azərbaycan və Ermənistan XİN rəhbərləri dekabrın 4-də görüş keçirəcək

Rusiya XİN rəhbəri Bakıda Dağlıq Qarabağ tənzimlənməsi və ikitərəfli münasibətləri müzakirə edəcək

Azərbaycan gömrüyünün tarixində rekord həddə heroin dövriyyədən çıxarılıb (FOTO)

Türkiyənin XİN rəhbəri NATO baş katibi ilə telefon danışığı keçirib

Kreml Putin və Ərdoğanın "Türk axını"nı birlikdə açacaqlarını təsdiqləyib

XİN: Paşinyan anlamalıdır ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin KTMT-yə heç bir aidiyyəti yoxdur

AQTA Gəncədə süd və süd məhsullarının istehsalı sexinin fəaliyyətini məhdudlaşdırıb

Azərbaycanda 77 minə yaxın fermer əkdiyi məhsul barədə dövləti məlumatlandırıb

Rusiya XİN: Bratislavada Lavrov ATƏT-in Qarabağ tənzimlənməsindəki rolunu müzakirə edəcək

06 Dekabr 2019, 15:44 (GMT +4)
"20th Century Fox" kinostudiyasının eks-prezidenti vəfat edib

06 Dekabr 2019, 15:34 (GMT +4)
AFFA-nın baş katibi Türkiyə millisinin baş məşqçisi ilə görüşüb

06 Dekabr 2019, 15:21 (GMT +4)
AzMİU ilə PMD Projects MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb

06 Dekabr 2019, 15:12 (GMT +4)
ABŞ-da kor məhbus elektrik stulda edam edilib

06 Dekabr 2019, 15:00 (GMT +4)
Baş Nazirin müavini: Əkilən ağaclar Azərbaycanın ekoloji şəraitini yaxşılaşdıracaq

06 Dekabr 2019, 14:50 (GMT +4)
İspaniyada həkimlər 6 saat ürəyi dayanan xəstəni həyata qaytarıb

06 Dekabr 2019, 14:15 (GMT +4)
Nigeriyada neft boru kəmərinin partlaması nəticəsində 7 nəfər ölüb

06 Dekabr 2019, 14:13 (GMT +4)
SalamNews İA və İnterAz TV Nəsiminin 650 illik yubileyi münasibətilə ağacəkmə aksiyasında iştirak edib

06 Dekabr 2019, 14:06 (GMT +4)
Nazir Mikayıl Cabbarov Simonyanın təxribat xarakterli fikrinə cavab verib

06 Dekabr 2019, 14:00 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

06 Dekabr 2019, 13:41 (GMT +4)
Salyanda piyadanı vurub hadisə yerindən qaçan sürücü tutulub

06 Dekabr 2019, 13:36 (GMT +4)
Qərb, İsrail və bir sıra ərəb dövlətləri Türkiyə-Liviya razılaşmasından narahatdır

06 Dekabr 2019, 13:34 (GMT +4)
Tramp: ABŞ Səudiyyə Ərəbistanına 12 min əsgər göndərmək niyyətində deyil

06 Dekabr 2019, 13:26 (GMT +4)
Məşhur yazıçı bu dəfə buzlaqlar ölkəsində (FOTOLAR)

06 Dekabr 2019, 13:22 (GMT +4)
Dövlət Komitəsinin əməkdaşları ağacəkmə kampaniyasına qoşulublar

06 Dekabr 2019, 13:05 (GMT +4)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda ağacəkmə aksiyasında iştirak ediblər

06 Dekabr 2019, 13:01 (GMT +4)
Trampa impiçment elan edilməlidir - Blumberq

06 Dekabr 2019, 12:57 (GMT +4)
Azərbaycan ilə İrlandiya arasında əməkdaşlıq məsələləri müzakirə olunub

06 Dekabr 2019, 12:37 (GMT +4)
“Kapital Bank” yenilənən “Cəlilabad” filialını istifadəyə verib

06 Dekabr 2019, 12:32 (GMT +4)
Prezident Şamaxıda Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olub

06 Dekabr 2019, 12:29 (GMT +4)
Hərbçilərimizi İraqdan çıxarmağa niyyətində deyilik - ABŞ

06 Dekabr 2019, 12:28 (GMT +4)
Sərbəst güləş üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşib

06 Dekabr 2019, 12:20 (GMT +4)
Tramp Rusiya nümayəndələrinə vizaların verilməməsi problemi ilə məşğul olacağına söz verib

06 Dekabr 2019, 12:03 (GMT +4)
ABŞ İranın iki həbsxanasına sanksiya tətbiq edir

06 Dekabr 2019, 11:58 (GMT +4)
“Qala Sığorta” və “Qala Həyat” rabitə işçiləri üçün xüsusi kampaniya keçirir

06 Dekabr 2019, 11:52 (GMT +4)
“Azərbaycan Dəmir Yolları” QSC-də Dünya Bankının missiyası ilə müzakirələr aparılıb

06 Dekabr 2019, 11:47 (GMT +4)
İlin sonunadək “Yaşıl dəhliz”lə 7 milyard dollarlıq ticarət əməliyyatlarının aparılması proqnozlaşdırılır

06 Dekabr 2019, 11:45 (GMT +4)
Fransadakı nümayişlərdə təxminən 1,5 milyon insan iştirak edir

06 Dekabr 2019, 11:35 (GMT +4)
DİN vakant post-patrul xidmətinə qəbulla əlaqədar müsabiqə elan edir

06 Dekabr 2019, 11:22 (GMT +4)
"İslam terrorizmi" anlayışı mövcud deyil - Ərdoğan

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66