Sergey Şoyqu Ermənistana səfər edib29 Oktyabr 2019, 14:46 (GMT +4) Bakı, 29 oktyabr, SalamNews. Rusiya Müdafiə naziri Sergey Şoyqu, Gümrüdəki Rusiya hərbi bazasında yoxlama aparmaq üçün Ermənistana işgüzar səfərə gedib.
SalamNews bu barədəTASS-a istinadən xəbər verir.
"Səfər zamanı nazir 102-ci Rusiya hərbi bazasında yoxlama aparacaq. Burada döyüş hazırlığı planının icrası və sosial obyektlərin təşkili ilə bağlı baza komandirinin məruzəsini dinləyəcək", nazirliyin sözçüsü Rossiyana Markovskaya bildirib.
Onun sözlərinə görə, Şoyqu İrəvanda həmkarı David Tonoyan ilə danışıqlar aparacaq: "Hərbi və hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə ediləcək".
|