Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Kənd Təsərrüfatı Nazirliyi sisteminə EKTİS-in tətbiqi ilə əlaqədar 38 nəfər işə qəbul olunub

29 Oktyabr 2019, 18:00 (GMT +4)

Bakı, 29 oktyabr, SalamNews. Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyat və məlumatların bəyan edilməsi, yeni subsidiya qaydalarının tətbiqi ilə bağlı 13 “ASAN xidmət” mərkəzində yaradılmış xidmət pəncərələrində çalışmaq üçün 38 nəfər seçilib. Bu gün Kənd Təsərrüfatı Nazirliyi sisteminə yeni qəbul edilmiş və “ASAN xidmət” mərkəzlərində xidmət göstərəcək əməkdaşlarla görüş keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən SalamNews-a bildiriblər ki, görüşdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbərinin müavini Mahir Məlikov işə qəbul olunan əməkdaşları təbrik edərək nazirliyin fəaliyyət istiqamətləri, qarşıda duran hədəflər və yanaşmalar barədə ətraflı məlumat verib. Mahir Məlikov qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətində əsas hədəflər daim fermerlərin yanında olmaq, vətəndaşlara layiqincə xidmət göstərmək, xidmətlərin keyfiyyətini yüksəltmək, şəffaflığı və vətəndaş məmnunluğunu təmin etməkdir. EKTİS-in və yeni subsidiya mexanizminin tətbiqinə hazırlıqla əlaqədar “ASAN xidmət” mərkəzlərində xidmət pəncərələri yaradıldığını deyən Mahir Məlikov əlavə edib ki, bu xidmət pəncərələrində çalışacaq şəxslər vətəndaşlara hərtərəfli köməklik göstərəcəklər. Aparat rəhbərinin müavini “ASAN xidmət” mərkəzlərində yeni yaradılmış xidmət pəncərələrində çalışacaq mütəxəssislərin üzərinə mühüm vəzifələr qoyulduğunu vurğulayıb, innovativ texnologiyaların tətbiqi, etik davranış qaydalarına dair mütəmadi təlimlərin keçirilməsinin vacibliyini qeyd edib. O, yeni əməkdaşlara xidmətin səmərəli, şəffaf, nəzakət, məsuliyyət və etik davranış qaydalarına riayət edilməklə aparılması barədə tövsiyələr verib.

Kənd Təsərrüfatı Nazirliyinin İnsan resurslarının idarəedilməsi şöbəsinin müdir müavini İlham Süleymanov kadrların seçilməsində tam şəffaflığın təmin olunduğunu, seçilmiş kadrlarla yeni innovativ texnologiyaların tətbiqi ilə bağlı mütəmadi təlimlərin keçiriləcəyini bildirib. O, Kənd Təsərrüfatı Nazirliyi sistemində çalışan əməkdaşların etik davranış qaydarlarına əməl etməsinin vacibliyini görüş iştirakçılarının diqqətinə çatdırıb.

Nazirliyin Elektron kənd təsərrüfatının tətbiqi şöbəsinin Xidmətlərin qiymətləndirilməsi sektorunun müdiri Əli Əmirəliyev qeyd edib ki, yeni əməkdaşlara hərtərəfli dəstək göstəriləcək.

Görüşdən sonra Kənd Təsərrüfatı Nazirliyi Aparatının Təhsil və təlim şöbəsinin Təlimin təşkili və monitorinqi sektorunun müdiri Fidan Fətəliyeva Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyat və məlumatların bəyan edilməsi, “Etik davranış qaydaları” və “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” mövzusunda təlim keçib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Kənd Təsərrüfatı Nazirliyi daha 31 mütəxəssisi işə götürüb

Kənd Təsərrüfatı Nazirliyində “Tütünçülükdə qarşıda duran vəzifələr” mövzusunda iclas keçirilib

Kənd Təsərrüfatı Nazirliyi yanında Barama İstehsalçıları Şurası yaradılıb

Kənd Təsərrüfatı Nazirliyi mediatur təşkil edib (FOTOLAR)

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi vətəndaşları qəbul edəcək

Kənd Təsərrüfatı Nazirliyində AHA üzvləri ilə görüş keçirilib

Kənd Təsərrüfatı Nazirliyində taxılçılığın inkişafına həsr olunmuş növbəti müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyində Fermerlər Şurasının növbəti toplantısı keçirilib

Kənd Təsərrüfatı Nazirliyində müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzinə 11074 müraciət daxil olub

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılıb

Kənd Təsərrüfatı Nazirliyi bayram yarmarkalarının keçirilməsinə başlayır

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində yeni qurum yaradılıb

Kənd Təsərrüfatı Nazirliyi yeni mövsümdə yığılan pambığın həcmini açıqlayıb

Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə əməkdaşlıq edəcək

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Məşvərət Şurası yaradılıb

Kənd Təsərrüfatı Nazirliyinin FAO ilə birgə reallaşdırdığı layihə müzakirə olunub

Kənd Təsərrüfatı Nazirliyinin kollegiyasının tərkibi genişləndirilib

Kənd Təsərrüfatı Nazirliyi barama istehsalçılarına 2,5 mln. manat subsidiya ödəyəcək

"Kənd Təsərrüfatı Nazirliyi əməkdaşlarının etik davranış Qaydaları” təsdiq edilib

13 Dekabr 2019, 18:20 (GMT +4)
“Nar” abunəçilərinə xəbərdarlıq edib

13 Dekabr 2019, 18:13 (GMT +4)
ASCO-da Həştərxan vilayətinin nümayəndə heyəti ilə görüş keçirilib

13 Dekabr 2019, 18:06 (GMT +4)
Qubadlı, Şuşa və Zəngilan rayon təhsil işçiləri ilə görüş keçirilib

13 Dekabr 2019, 18:00 (GMT +4)
“Bizim supermarket”də kərə yağı adı altında satılan spred yağı aşkarlanıb

13 Dekabr 2019, 17:53 (GMT +4)
Moskvada terror aktı hazırlayan İŞİD terrorçuları saxlanılıb 

13 Dekabr 2019, 17:36 (GMT +4)
AB sammitində Merkel və Makron arasında mübahisə düşüb

13 Dekabr 2019, 17:36 (GMT +4)
Azərbaycan Mərkəzi Bankı inflyasiya proqnozunu yeniləyib

13 Dekabr 2019, 17:34 (GMT +4)
Milli KSM Mükafatı müsabiqəsi layihə qəbulu elan edib

13 Dekabr 2019, 17:24 (GMT +4)
Husilər Yəmənin şimalında Səudiyyənin bir PUA-sını vurublar

13 Dekabr 2019, 17:20 (GMT +4)
“Azəriqaz” rəhbərliyi Caspian European Club-un üzv şirkətlərinin menecerləri ilə görüşüb

13 Dekabr 2019, 17:17 (GMT +4)
Peskov Zelenskiyə Krımı xatırlatmadan Putinin əlini sıxmağı məsləhət görüb

13 Dekabr 2019, 17:10 (GMT +4)
Qara və Xəzər Dənizi Ölkələri Hüquqşünasları Assosiasyası Moskvada elmi konfrans keçirib

13 Dekabr 2019, 16:56 (GMT +4)
Prezident "20 Yanvar faciəsinin 30-cu ildönümü haqqında" sərəncam imzalayıb

13 Dekabr 2019, 16:51 (GMT +4)
Meliorasiya və Su Təsərrüfatı ASC-ninsədr müavinləri vətəndaşlarla görüşüblər

13 Dekabr 2019, 16:50 (GMT +4)
"Scale Up"akselerator proqramının açılış mərasimi baş tutub

13 Dekabr 2019, 16:40 (GMT +4)
Moskvada parça anbarında güclü yanğın başlayıb, xəsarət alanlar var

13 Dekabr 2019, 16:35 (GMT +4)
Nazir müavini Abşeronda gənc müəllimlərlə görüşüb (FOTOLAR)

13 Dekabr 2019, 16:27 (GMT +4)
Nazir müavini: "Fermerlər payızlıq əkin sahələrinin bəyan edilməsində fəal iştirak etməlidir"

13 Dekabr 2019, 16:26 (GMT +4)
İran qonşumuzdur, mühasirəyə alınmasını istəmirik - Küveyt

13 Dekabr 2019, 16:12 (GMT +4)
"ASAN xidmət"ə gəlib belə "mədəniyyət" göstərənlər (VİDEO)

13 Dekabr 2019, 16:01 (GMT +4)
Böyük Britaniya AB-ni 31 yanvar 2020-ci ildə tərk edəcək - Boris Conson

13 Dekabr 2019, 15:53 (GMT +4)
Gömrük Hospitalının təşkilatçılığı ilə keçiriləcək elmi konfrans canlı yayımlanacaq

13 Dekabr 2019, 15:43 (GMT +4)
Əlcəzairin yeni prezidenti məlum olub

13 Dekabr 2019, 15:31 (GMT +4)
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

13 Dekabr 2019, 15:25 (GMT +4)
Türkiyənin həkimləri Gömrük Hospitalında uşaqları müayinə edəcəklər

13 Dekabr 2019, 15:21 (GMT +4)
Azərbaycanın investisiya imkanları Səudiyyə Ərəbistanında təqdim olunub (FOTO)

13 Dekabr 2019, 15:13 (GMT +4)
Almaniyada yaşayış binasında baş verən partlayışda 25 nəfər yaralanıb

13 Dekabr 2019, 15:10 (GMT +4)
Biznes inkubatorlara iştirakçıların seçilməsinə başlanılıb

13 Dekabr 2019, 15:04 (GMT +4)
Bakıda yeni Kiçik Su Elektrik Stansiyası istismara verilib

13 Dekabr 2019, 15:02 (GMT +4)
Suriyanın cənubunda terrorçuların quraşdırdığı mina partlayıb, 4 uşaq həlak olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66