Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » HADİSƏLƏR

FHN və Baş Prokurorluq Xəzərdə baş vermiş partlayışla bağlı birgə məlumat yayıb

30 Oktyabr 2019, 09:25 (GMT +4)

Bakı, 30 oktyabr, SalamNews.Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) və Baş Prokurorluğu Pirallahı rayonunun Gürgan qəsəbəsi yaxınlığında Xəzər dənizində baş vermiş partlayışla bağlı birgə məlumat yayıb.

SalamNews xəbər verir ki, birgə məlumatda deyilir:

"Oktyabrın 29-u saat 13 radələrində paytaxtın Pirallahı rayonunun Gürgan qəsəbəsi yaxınlığında Xəzər dənizinin Azərbaycan Respublikasına aid hissəsində Dövlət Neft Şirkətinin kiçik həcmli ekspedisiya qayığında partlayışla müşayiət olunan yanğın baş verməsi səbəbindən şirkətin əməkdaşı Habil Məmmədov hadisə yerində vəfat edib, şirkətin digər əməkdaşları Azər Vəliyev, Bəhruz Paşayev və müqavilə əsasında xidmət göstərən qayıqçı Böyükağa Xəlilov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə zamanı xəsarət almış şəxslərin təxirəsalınmadan sahilə çıxarılaraq müalicə müəssisəsinə yerləşdirilməsi təmin olunmaqla yüksək ixtisaslı həkimlər cəlb edilərək zərərçəkənlərin müayinə və müalicələri Səhiyyə Nazirliyinin rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb.

Hazırda onların vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, Fövqəladə Hallar Nazirliyinin və prokurorluğun təcrübəli əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.

Hazırda Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi, Fövqəladə Hallar Nazirliyi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin ekspert və mütəxəssislərinin iştirakı ilə hadisənin baş vermə səbəblərinin və sair xüsusatların araşdırılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir".

Hadisə nəticəsində zərərçəkmiş vətəndaşlardan, eləcə də hadisə ilə bağlı məlumatlı şəxslərdən Fövqəladə Hallar Nazirliyinin “112”, Baş Prokurorluğun “961” nömrəli “Qaynar xətt” əlaqə mərkəzlərinə zəng etmələri xahiş olunur.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Baş Prokurorluq düşmənin Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb

Baş Prokurorluq: Ermənistan Ağcabədi və Tərtərə raket atıb

Baş Prokurorluq: Gəncənin atəşə tutulması nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb

Baş Prokurorluq: "Ermənistan silahlı qüvvələri Mingəçevirə raketlər atmışdır

Baş Prokurorluq: Gəncədə istintaq-əməliyyat tədbirləri həyata keçirilir

Baş Prokurorluq Ermənistanın mülki əhaliyə vurduğu ziyan barədə yeni məlumat yayıb

Baş Prokurorluq düşmənin mülki əhaliyə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb

Baş Prokurorluq Ermənistan ordusunun Ağdam rayonunu atəşə tutması ilə bağlı məlumat yayıb

Baş Prokurorluq: “ASALA”nın üzvləri barəsində cinayət işi başlanılıb

Baş Prokurorluq: Erməni təcavüzü nəticəsində həlak olan mülki şəxslərin sayı 43-ə çatıb

Baş Prokurorluq: Mülki əhali arasında yaralananların sayı 206-ya çatıb

Baş Prokurorluq: Düşmənin hücumları nəticəsində 41 mülki şəxs qətlə yetirilib, 207 nəfər isə yaralanıb

Baş Prokurorluq: Düşmən Ağcabədini intensiv atəşə tutub

Baş Prokurorluq: Gəncədə ölənlərin sayı 9 nəfərə çatıb

Baş Prokurorluq: Mülki əhali arasında yaralananların sayı 171-ə çatıb

Baş Prokurorluq: İndiyədək ermənilər 31 mülki şəxsi qətlə yetirib, 164 nəfəri yaralayıb

Baş Prokurorluq: Ermənilərin Bərdəni atəşə tutması nəticəsində 7 mülki şəxs yaralanıb

Baş Prokurorluq: Düşmən dinc əhaliyə qarşı terror əməllərini davam etdirir

Baş Prokurorluq: Ermənistan Goranboyda evləri, məktəbi, polis şöbəsini top atəşinə tutub

Baş Prokurorluq: Ermənilərin Goranboyu atəşə tutması nəticəsində bir nəfər ölüb

20 Oktyabr 2020, 18:05 (GMT +4)
MN: Ermənistan ordusu tərəfindən yaşayış məntəqələrimiz atəşə tutulub

20 Oktyabr 2020, 17:58 (GMT +4)
Kolleclərə qəbul olunan abituriyentlərin sabahdan etibarən qeydiyyatı başlanır

20 Oktyabr 2020, 17:45 (GMT +4)
Azərbaycanda son sutkada 584 nəfər COVID-19-a yoluxub

20 Oktyabr 2020, 17:41 (GMT +4)
Azərbaycanın idxal etdiyi malın həcmi cüzi artıb

20 Oktyabr 2020, 17:30 (GMT +4)
Mehriban Əliyeva xalqı təbrik edib

20 Oktyabr 2020, 17:27 (GMT +4)
Qarabağ döyüşləri fonunda İran ərazisinə daha bir PUA düşüb (FOTO)

20 Oktyabr 2020, 17:16 (GMT +4)
Azərbaycan xam neft ixracını 6%-dən çox azaldıb

20 Oktyabr 2020, 17:09 (GMT +4)
Azərbaycan Prezidenti: Düşmənin belini qırırıq, qıracağıq!

20 Oktyabr 2020, 17:05 (GMT +4)
Metaləritmə sexinin rəhbərliyinə məcburi göstəriş verilib

20 Oktyabr 2020, 16:48 (GMT +4)
İranda koronavirusa gündəlik yolxumada rekord rəqəm qeydə alınıb

20 Oktyabr 2020, 16:30 (GMT +4)
İlham Əliyev: Düşmənin 4 ədəd S-300 zenit raket kompleksi məhv edilib

20 Oktyabr 2020, 16:18 (GMT +4)
Düşmənin mülki şəxsləri hədəfə alması nəticəsində Tərtər rayonunda iki nəfər həlak olub, bir nəfər xəsarət alıb

20 Oktyabr 2020, 15:57 (GMT +4)
Prezident İlham Əliyev: Düşmənin başını yaran yumruğumuz bizim birliyimiz, məqsədyönlü fəaliyyətdir

20 Oktyabr 2020, 15:32 (GMT +4)
Zəngilana Azərbaycan bayrağı sancıldı (VİDEO)

20 Oktyabr 2020, 15:30 (GMT +4)
Prezident İlham Əliyev: Biz Böyük Qayıdışın astanasındayıq

20 Oktyabr 2020, 15:24 (GMT +4)
Prezident İlham Əliyev Xocavənd rayonunun isğaldan azad edilən Vəng kəndinə Çinarlı adı verib

20 Oktyabr 2020, 15:12 (GMT +4)
Prezident İlham Əliyev: Zəngilan şəhəri işğaldan azad edilib

20 Oktyabr 2020, 15:11 (GMT +4)
Prezident İlham Əliyev: Müzəffər Azərbaycan Ordusu döyüş meydanında yeni qələbələr qazanır

20 Oktyabr 2020, 15:07 (GMT +4)
İlham Əliyev: Mən xoşbəxt adamam ki, bu şad xəbərləri Azərbaycan xalqına çatdırıram

20 Oktyabr 2020, 14:55 (GMT +4)
Prezident İlham Əliyev xalqa müraciət edir (CANLI)

20 Oktyabr 2020, 14:49 (GMT +4)
Suriya Ordusu ölkənin şimalında “Cabhatan-Nusra” qruplaşmasına aviazərbələr endirib

20 Oktyabr 2020, 14:40 (GMT +4)
TBMM Sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti Gəncədədir

20 Oktyabr 2020, 14:30 (GMT +4)
Son 10 ildə Azərbaycan elektrik enerjisi ixracını 3 dəfə artırıb

20 Oktyabr 2020, 14:28 (GMT +4)
Prezident İlham Əliyev xalqa müraciət edəcək

20 Oktyabr 2020, 14:16 (GMT +4)
Türkiyənin baş konsulu Gəncə terrorundan zərərçəkmişlərə baş çəkib

20 Oktyabr 2020, 14:06 (GMT +4)
Konqo həbsxanasında 900 məhbus silahlılar tərəfindən qaçırılıb

20 Oktyabr 2020, 14:05 (GMT +4)
Energetika naziri: “Son 10 ildə elektrik enerjisinin istehsalı 40% artıb”

20 Oktyabr 2020, 13:51 (GMT +4)
Sabahın hava proqnozu açıqlanıb

20 Oktyabr 2020, 13:43 (GMT +4)
Əfqanıstanda Talibanın quraşdırdığı minalar can almaqda davam edir

20 Oktyabr 2020, 13:20 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66