Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Azərbaycanda hərbi xidmətə oktyabr çağırışı başa çatıb

31 Oktyabr 2019, 10:37 (GMT +4)

Bakı, 31 oktyabr, SalamNews. Prezident İlham Əliyevin bu il avqustun 28-də imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncama uyğun olaraq, oktyabrın 1-dən başlanmış növbəti həqiqi hərbi xidmətə çağırış başa çatıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) SalamNews-a verilən məlumata görə, Dövlət Xidməti Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsini ay ərzində müvəffəqiyyətlə yekunlaşdırıb.

Bildirilib ki, ölkənin bütün şəhər və rayonlarında SHXÇDX-nin yerli idarə, şöbə və bölmələrinin şəxsi heyətinin, ictimaiyyətin, hüquq mühafizə orqanları, şəhər və rayon icra hakimiyyətləri, kütləvi informasiya vasitələri nümayəndələrinin, ziyalıların, ağsaqqalların, şəhid ailələri üzvlərinin, veteranların və valideynlərin iştirakı ilə keçirilən yolasalma mərasimləri əsl bayram təntənəsinə çevrilib. Çağırışçılar həqiqi hərbi xidmətə mütəşəkkilliklə və böyük ruh yüksəkliyi ilə yola düşüblər.

Sərəncama əsasən, 2001-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1984–2000-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılıblar.

Oktyabr ayında müddətli həqiqi hərbi xidmətə cəlb edilən çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən SMS vasitəsilə məlumatlandırılıblar. Vətəndaşlara xidmət edəcəkləri hərbi hissə və qoşun növünü həm də SHXÇDX-nin rəsmi internet saytının “Elektron xidmət” bölməsinin “Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” alt bölməsində özləri haqqında tələb olunan məlumatları müvafiq qaydada daxil etməklə dəqiqləşdirmək imkanı yaradılıb.

Qeyd edək ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna əsasən, ölkə vətəndaşları müddətli həqiqi hərbi xidmətə ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılırlar.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycan ilə Latviya arasında hərbi-təhlükəsizlik məsələləri müzakirə olunub (FOTO)

Türkiyə-Liviya memorandumundan sonra Misir Aralıq dənizində sualtı qayıqla hərbi təlimlər keçirib

MN Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsi məsələsinə aydınlıq gətirib

Sudan Yəməndə qalan hərbi qüvvələrinin sayını açıqlayıb

Florida Hərbi Dəniz Qüvvələri bazası atışma ilə bağlı məlumatlarından sonra bağlanıb

Türkiyə ilə Qazaxıstan hərbi əməkdaşlığı inkişaf etdirir

ABŞ Hərbi Dəniz Qüvvələrinin "Pearl Harbor" hərbi bazasında atışma baş verib

Azərbaycanın hərbi qulluqçusu vəfat edib

Peskov: Rusiya NATO ilə hərbi xərclər yarışına qoşulmayacaq

Müdafiə naziri cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub

Yaponiya ABŞ hərbi təlimləri üçün 146 milyon dollara ada alacaq

Husilər Səudiyyə koalisiyasının hərbi pilotsuz təyyarəsini vurublar (VİDEO)

Husilər Səudiyyənin hərbi helikopterinin vurulma anının görüntülərini yayımlayıblar (VİDEO)

MN: Hərbi qulluqçunun həlak olması barədə erməni mətbuatının yaydığı məlumat növbəti dezinformasiyadır

Taliban Helmənddə hərbi karvana hücum edib, bir briqada generalı ölüb

İran Çin və Rusiya ilə birgə böyük hərbi təlimlər keçirəcəyini bildirib

Məhərrəm Əliyevə general-polkovnik ali hərbi rütbəsi verilib

Husilər Səudiyyənin bir hərbi helikopterini vuraraq saldıqlarını elan ediblər

Zakir Həsənov NATO-nun Hərbi Komitəsinin sədri ilə görüşüb

Prezident İlham Əliyev NATO-nun Hərbi Komitəsinin sədrini qəbul edib

14 Dekabr 2019, 18:30 (GMT +4)
Bakıda “3-cü mikrorayon bazarındakı” yanğın söndürülüb

14 Dekabr 2019, 18:22 (GMT +4)
3-cü mikrorayon dairəsi istiqamətində avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb

14 Dekabr 2019, 18:17 (GMT +4)
Bakıda "3-cü mikrorayon bazarı" yanır (FOTO)

14 Dekabr 2019, 17:00 (GMT +4)
“Heydər Əliyev: vətəndaşlıq və dövlətçilik” mövzusunda görüş keçirilib

14 Dekabr 2019, 16:51 (GMT +4)
Prezident İlham Əliyev Qazaxıstanın dövlət başçısını təbrik edib

14 Dekabr 2019, 16:50 (GMT +4)
Yeni Zelandiyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb

14 Dekabr 2019, 16:46 (GMT +4)
Regionlarda 760 fərdi evə təbii qaz verilib

14 Dekabr 2019, 16:35 (GMT +4)
Türkiyə ABŞ-dan "Patriot" raketdən müdafiə sistemi almağı təklif edib

14 Dekabr 2019, 16:24 (GMT +4)
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 751 avroparlamentariyə məktub göndərib

14 Dekabr 2019, 16:15 (GMT +4)
Ərbəin mərasimi UNESCO-nun dünya mədəni irsi siyahısına daxil olub (VİDEO)

14 Dekabr 2019, 16:15 (GMT +4)
Tayvanın cənubunda baş verən yanğında 7 nəfər ölüb

14 Dekabr 2019, 16:12 (GMT +4)
Britaniyalı mütəxəssis İdman Jurnalistikası Magistr tələbələrinə intensiv tədris sessiyası keçib

14 Dekabr 2019, 16:00 (GMT +4)
Təhsil Nazirliyi ağacəkmə aksiyası keçirib (FOTOLAR)

14 Dekabr 2019, 15:40 (GMT +4)
Malayziyanın Baş naziri Mahathir Mohamad 2030-cu ilə qədər  hakimiyyətdə qalmaq niyyətindədir

14 Dekabr 2019, 15:36 (GMT +4)
FHN-nin əməkdaşı dünya çempionu olub (FOTO)

14 Dekabr 2019, 15:16 (GMT +4)
Səudiyyə hücumu dayandırmayıb, atəşkəs danşıqlarından xəbər yoxdur - Husi mənbələri

14 Dekabr 2019, 15:13 (GMT +4)
“Şahdağ” Turizm Mərkəzində xizək mövsümünə start verilib

14 Dekabr 2019, 15:05 (GMT +4)
Fransanın "Total" neft emalı zavodunda yanğın baş verib

14 Dekabr 2019, 15:00 (GMT +4)
Elvin İsayev Ukraynadan Azərbaycana deportasiya edilib

14 Dekabr 2019, 14:33 (GMT +4)
Ərdoğan Trampa Türkiyənin S-400-dən imtina etməsinin mümkün olmadığını izah edib

14 Dekabr 2019, 14:27 (GMT +4)
Sudanın sabiq diktatoru Ömər əl-Bəşir iki il azadlıqdan məhrum edilib

14 Dekabr 2019, 14:23 (GMT +4)
Azercell öz instaqram səhifəsində yarış keçirir

14 Dekabr 2019, 14:10 (GMT +4)
Cənubi Koreyada ağır yol qəzasında altı nəfər ölüb

14 Dekabr 2019, 14:05 (GMT +4)
Məcburi köçkünlər arasında futbol turniri keçiriləcək

14 Dekabr 2019, 13:49 (GMT +4)
"Şahdağ" Turizm Mərkəzində SOCAR-ın yanacaqdoldurma məntəqəsi tikilir

14 Dekabr 2019, 13:40 (GMT +4)
ŞKTR ABŞ-ın Kipr yunanlarına silah verməsi ilə bağlı qətnaməni pisləyib

14 Dekabr 2019, 13:23 (GMT +4)
Ulu öndərin anım gününə həsr edilmiş elmi konfrans keçirilib (FOTOLAR)

14 Dekabr 2019, 13:16 (GMT +4)
Əfqanıstanın Qarabağ rayonunda Talibanın hücumunda ordunun 25 əsgəri həlak olub

14 Dekabr 2019, 13:15 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

14 Dekabr 2019, 13:14 (GMT +4)
LG Group-un keçmiş sədri vəfat edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66