Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

“Sosial bağlar” layihəsi çərçivəsində daha 250 ailə üçün meyvə bağları salınır

01 Noyabr 2019, 14:30 (GMT +4)

Bakı, 1 noyabr, SalamNews.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin birgə icra etdiyi “Sosial bağlar” layhəsinin ikinci mərhələsi kimi, daha 250 ailə üçün meyvə bağları salınır.

Bu barədə SalamNews-a ƏƏSMN-dən məlumat verilib.

Özünüməşğulluq proqramına dəstək məqsədi daşıyan layihənin ilk mərhələsi kimi, ötən il 37 rayonda 125 aztəminatlı ailə üçün müasir meyvə bağları, tərəvəz və bostançılıq təsərrüfatları yaradılaraq onların istifadəsinə verilib. Layihənin ikinci mərhələsində bundan iki dəfə çox olmaqla, cari ildə 250 ailə intensiv meyvə bağlarına sahib olacaq.

Bunun üçün hazırda müxtəlif relyefə, coğrafi əraziyə və struktura malik 195 ha torpaq sahəsinin şumlanaraq əkin üçün hazır vəziyyətə gətirilməsi, 143 minə yaxın müxtəlif məhsuldar meyvə tinglərinin əkilməsi, sahələrdə müasir damlama suvarma sistemlərinin quraşdırılması, təsərrüfatların mineral və üzvü gübrələrlə təmin edilməsi işləri aparılır. 22 hektardan çox ərazinin köhnə ağac və kötüklərdən, kollardan təmizlənməsi, 25 min metrdən çox məsafədə dayaqların basdırılması və çəpər çəkilməsi də görülən işlər sırasındadır.

Həmçinin suvarma sistemlərinin elektrik təchizatı üçün 9 min metrdən çox məsafədə elektrik dayaqlarının basdırılması, xətlərin çəkilməsi, sayğacların quraşdırılması, suvarma suyuna ehtiyacı olan sahələrin su təminatı üçün 6,2 min metrdən çox məsafədən plastik borularla suyun sahələrə gətirilməsi və s. nəzərdə tutulub.

Bağ təsərrüfatlarının suvarılması, aqrotexniki qulluq, məsləhət xidmətlərinin göstərilməsi, logistika və hazır məhsulun satışının təşkili istqamətlərində də ailələrə dəstək göstərilməsi təmin olunacaq.

“Sosial bağlar” layihəsi daha 250 aztəminatlı ailənin özünüməşğulluğu və kiçik ailə biznesinə keçidinin təmin edilməsinə, eyni zamanda, yeni bağçılıq sahələrinin yaradılması ilə qeyri-neft sektorunun mühüm sahəsi olan kənd təsərrüfatının inkişafına öz dəstəyini verməkdədir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ƏƏSMN müharibədə yaralanmış Elçin Səmədovun ailəsinə ev tikilməsini öhdəsinə götürüb

ƏƏSMN-nin bir neçə işçisi hazırda cəbhə bölgəsində xidmət edir

ƏƏSMN Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 642 mənzil alır

ƏƏSMN: İşğaldan azad edilmiş ərazilərdə də sosial xidmət və reabilitasiya müəssisələri yaradılacaq

ƏƏSMN: Daha 4 rayonda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ev verilib

ƏƏSMN: Oktyabr ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ödənilib

ƏƏSMN-nin vəzifəli şəxslərinə cinayət işi başlanılıb

ƏƏSMN: 155 əlilə reabilitasiya vasitələri verilib

ƏƏSMN: İlin sonunadək 5 yeni reabilitasiya müəssisəsi açılacaq

ƏƏSMN: Əmək və sosial müdafiə üzrə e-xidmətlərin sayı gələn il 100-ə çatdırılacaq

ƏƏSMN: Bu il özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 5100-ə çatıb

ƏƏSMN: Müharibə əlillərinə 250 avtomobil veriləcək

ƏƏSMN: Şəhid ailələri və müharibə əlilləri üçün 800 ev tikilir

ƏƏSMN: Son 6 ayda 646 min vətəndaşın müraciəti cavablandırılıb

ƏƏSMN birinci yarımilin yekunlarına dair kollegiya iclası keçirib

ƏƏSMN: Daha 51 şəhidin vərəsələrinə birdəfəlik ödəmə veriləcək

ƏƏSMN: Daha 200 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə veriləcək

ƏƏSMN: Ünvanlı sosial yardım alanların sayı 84 mini keçib

ƏƏSMN 190 manatın verilməsi ilə bağlı açıqlama yayıb

ƏƏSMN-də əlillik və reabilitasiya məsələləri ilə bağlı işçi qrupunun onlayn iclası keçirilib

26 Noyabr 2020, 15:44 (GMT +4)
Almaniyada ordumuzun tarixi qələbəsi münasibəti ilə aksiya keçirilib

26 Noyabr 2020, 15:32 (GMT +4)
Milli Məclisin sədri Laçınla bağlı açıqlama verib

26 Noyabr 2020, 15:29 (GMT +4)
İranda koronavirusa yoluxduğu qeydə alınanların sayı 900 mini ötüb

26 Noyabr 2020, 15:18 (GMT +4)
Milli Məclisin Fransaya etiraz bəyanatının tam mətni açıqlanıb

26 Noyabr 2020, 15:04 (GMT +4)
Milli Məclis Fransaya etiraz etmək üçün işçi qrup yaradıb

26 Noyabr 2020, 14:57 (GMT +4)
Neftçala sakinindən silah götürülüb

26 Noyabr 2020, 14:42 (GMT +4)
Azərbaycan İƏT-ə üzv ölkələri Qarabağdakı layihələrdə iştiraka dəvət edib

26 Noyabr 2020, 14:35 (GMT +4)
Ermənilər Laçında da evləri yandıraraq tərk edirlər

26 Noyabr 2020, 14:23 (GMT +4)
“Azərenerji” daha bir mühüm layihənin həyata keçirilməsinə başlayıb

26 Noyabr 2020, 14:18 (GMT +4)
Əmlak Məsələləri Dövlət Xidməti ABŞ şirkəti ilə əməkdaşlığa başlayır

26 Noyabr 2020, 13:58 (GMT +4)
Bakıda kişi müəmmalı şəkildə qətlə yetirilib

26 Noyabr 2020, 13:43 (GMT +4)
Bakıda motosiklet, Lənkəranda avtomobil qaçırılıb

26 Noyabr 2020, 13:35 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

26 Noyabr 2020, 13:24 (GMT +4)
Rusiyada son sutkada 520-dən çox insan COVID-19-dan ölüb

26 Noyabr 2020, 13:14 (GMT +4)
Fransadakı soydaşlarımız ölkə senatını Azərbaycanın haqlı mövqeyinə zidd addımları rədd etməyə çağırıb

26 Noyabr 2020, 13:12 (GMT +4)
Elşad Hacıyev DİN-də şöbə rəisi təyin edilib

26 Noyabr 2020, 13:00 (GMT +4)
Efiopiya hökuməti ölkənin şimalında separatçılara qarşı irimiqyaslı hücum əmri verib

26 Noyabr 2020, 13:00 (GMT +4)
Milli Məclis Fransanın həmsədrlikdən çıxarılması üçün hökumətə müraciət edib

26 Noyabr 2020, 12:45 (GMT +4)
Milli Məclisdə Fransa Senatına etiraz bəyanatı qəbul olunub

26 Noyabr 2020, 12:44 (GMT +4)
Gürcüstanda 3 801 yeni koronavirusa yoluxma aşkar edilib 

26 Noyabr 2020, 12:30 (GMT +4)
Fransanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib

26 Noyabr 2020, 12:15 (GMT +4)
İşğaldan azad olunan Kəlbəcərin çayları və gölləri yenidən qiymətləndiriləcək

26 Noyabr 2020, 12:08 (GMT +4)
Türkiyə XİN Fransa Senatının Dağlıq Qarabağla bağlı qətnaməsinə münasibət bildirib

26 Noyabr 2020, 12:00 (GMT +4)
Azərbaycan banklarının xarici öhdəlikləri azalıb

26 Noyabr 2020, 11:50 (GMT +4)
Livanlı məzunlar Azərbaycan prezidenti və xalqını təbrik ediblər

26 Noyabr 2020, 11:48 (GMT +4)
Biden XXI əsrin "Amerika əsri" olacağına inanır

26 Noyabr 2020, 11:45 (GMT +4)
Mərkəzi Gömrük Hospitalı pandemiya xəstəxanası kimi fəaliyyət göstərir

26 Noyabr 2020, 11:30 (GMT +4)
Beyləqanda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi müəyyən edilib

26 Noyabr 2020, 11:24 (GMT +4)
Dünyada COVID-19-dan sağalanların sayı 42 milyonu keçib

26 Noyabr 2020, 11:15 (GMT +4)
Şamaxıda COVID-19 xəstələri barəsində cinayət işi başlanılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66