Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

“Smart tələbə kartı”nın təqdimat mərasimi keçirilib

01 Noyabr 2019, 17:29 (GMT +4)

Bakı, 1 noyabr, SalamNews. Noyabrın 1-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Smart tələbə kartı”nın təqdimat mərasimi keçirilib.

SalamNews xəbər verir ki, tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov, “Mastercard”ın Türkiyə üzrə vitse-prezidenti və Azərbaycan üzrə ölkə müdiri Erdem Çakar, Azərbaycan Banklar Assosasiyasının prezidenti Zakir Nuriyev, Kapital Bankın Baş Korporativ Satış İnzibatçısı Fərid Hidayətzadə, ali təhsil müəssisələrinin rəhbərləri, müəllim-tələbə heyəti və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, smart tələbə kartlarının hazırlanması ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası çərçivəsində həyata keçirilir. Nazir müavini qeyd edib ki, artıq ali təhsil müəssisələrində mövcud olan tələbə biletinin yeni vahid standartının təsdiq edilməsi, onun əsasında müasir ödəniş funksionallı kartların hazırlanaraq tələbələrə təqdim olunması istiqamətində işlər aparılır.

Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev də bu layihənin ölkədə rəqəmsal ödəniş ekosisteminin inkişafına mühüm dəstək olacağını qeyd edib. O vurğulayıb ki, tələbələrin bu layihəyə cəlbi bütövlükdə təhsillə bank sistemi arasında sıx əməkdaşlığa yeni imkanlar yaradacaq.

UNEC-in rektoru Ədalət Muradov dünyanın aparıcı universitetlərinin tətbiq etdiyi “Smart tələbə kartı”na Azərbaycanda ilk dəfə UNEC tələbələrinin sahib olduqlarını vurğulayıb və bundan qürurlandığını ifadə edib. Ədalət Muradov UNEC-də son 5 ildə uğurla tətbiq olunan elektron universitet modelinin üstünlüklərindən söz açıb, “Smart tələbə kartı”nın həmin model çərçivəsində həyata keçirildiyini qeyd edib.

Tədbirdə çıxış edən “Mastercard”ın Azərbaycan üzrə ölkə müdiri Erdem Çakar da öz növbəsində bu kartın tələbələrə verəcəyi üstünlüklərdən danışıb.

Kapital Bankın Baş Korporativ Satış İnzibatçısı Fərid Hidayətzadə isə smart tələbə kartlarının funksionallığı və ödəniş imkanları haqqında məlumat verib.

Sonda smart tələbə kartı barədə təqdimat nümayiş etdirilib və universitetin birinci kursunda təhsil alan, Prezident təqaüdünə layiq görülmüş 20 tələbəyə kartlar təqdim olunub.

Təqdimatda bildirilib ki, smart tələbə kartı vasitəsilə tələbələr təqaüdlərini alacaq, eyni zamanda ölkə daxilində və xaricdə həmin kartlarla ödənişlər həyata keçirə biləcəklər. Həmçinin, regionlarda yaşayan valideynlər övladlarına rahatlıqla maliyyə vəsaiti göndərə biləcəklər. Tələbələr smart kartdan universitet, kitabxana və oxu zallarına giriş üçün də istifadə edə biləcəklər. Gələcəkdə smart tələbə kartının əhatə imkanlarının daha da genişləndirilməsi, ictimai nəqliyyatda, tələbələr üçün xüsusi endirim kampaniyalarında və digər xidmət sahələrində istifadəsinin nəzərdə tutulduğu vurğulanıb.

Qeyd edək ki, layihə Təhsil Nazirliyi, Mərkəzi Bank, UNEC, “Mastercard” və Kapital Bankın dəstəyi ilə həyata keçirilir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Milli Məclisin Fransaya etiraz bəyanatının tam mətni açıqlanıb

Türkiyə XİN Fransa Senatının Dağlıq Qarabağla bağlı qətnaməsinə münasibət bildirib

Azərbaycan XİN: Fransa Senatının qəbul etdiyi qətnamənin hüquqi qüvvəsi yoxdur

Hikmət Hacıyev: Fransa Senatının qətnaməsi kağız parçasından başqa bir şey deyil

KTN: Çəltikçilikdə orta məhsuldarlıq göstəriciləri yüksəlib

Kreml: Qarabağın statusu ilə bağlı BMT TŞ-nın qətnamələrindən çıxış etmək lazımdır

NRYTN: Sosial şəbəkələrdə saxta elanlar yerləşdirilir

BMT Azərbaycanın çağırışı əsasında qətnamə qəbul edib

NRYTN: Düşmənin telekommunikasiya infrastrukturuna vurduğu ziyan aradan qaldırılır

KTN: Payızlıq əkinlərin bəyanı ilə əlaqədar səyyar aqrar xidmət təşkil olunub

NRYTN: Daha bir erməni saxtakarlığı aşkar edilib

NRYTN: Düşmən kibermühitdə təxribatlarını davam etdirir

KTN: Ərzaq təhlükəsizliyi ilə bağlı heç bir problem yoxdur

XİN: BMT Təhlükəsizlik Şurasının qətnamələri məcburi xarakter daşıyır

Azərbaycandakı etnik icma rəhbərləri bəyanat yayıb

Rusiyanın bütün bölgələrinə "Sputnik V" peyvəndi paylanıb

Türkiyə Avropa Parlamentinin qətnaməsini pisləyib

Vyetnam hökuməti yarım milyon insanın təxliyyəsinə hazırlaşır

NRYTN və “AmCham” arasında videotədbir keçirilib

Ruhani BMT TŞ-da ABŞ qətnaməsini qəbul etməyən dövlətlərə təşəkkür edib

27 Noyabr 2020, 18:03 (GMT +4)
Məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı təsdiqlənib

27 Noyabr 2020, 18:00 (GMT +4)
Naftalanda itkin düşən şəxs tapılıb

27 Noyabr 2020, 17:49 (GMT +4)
Türkiyə xarici işlər naziri ərəb dövlətlərinin İsraillə yeni anlaşmasını qınayıb

27 Noyabr 2020, 17:45 (GMT +4)
Dövlət Vergi Xidməti “ƏDV geri al” layihəsi ilə bağlı açıqlama yayıb

27 Noyabr 2020, 17:34 (GMT +4)
ADA Universiteti Pakistanın Strateji Araşdırmalar Mərkəzi ilə birgə onlayn beynəlxalq konfrans təşkil edib

27 Noyabr 2020, 17:09 (GMT +4)
Vasif Talıbov yaralı hərbçilərlə görüşüb

27 Noyabr 2020, 16:57 (GMT +4)
XİN başçısı: “Münaqişənin həllində dinc birgəyaşayışın bərpası mərhələsinə qədəm qoymuşuq”

27 Noyabr 2020, 16:50 (GMT +4)
Avstraliya Əfqanıstanda mülki şəxsləri qətlə yetirən hərbçilərdən 10-nu kənarlaşdırıb

27 Noyabr 2020, 16:38 (GMT +4)
Bakı-Xırdalan-Sumqayıt qatarı yenidən xəttə buraxılır

27 Noyabr 2020, 16:25 (GMT +4)
DİM distant tədrisin inkişafı üçün beynəlxalq assosiasiyanın üzvlüyünə qəbul edilib

27 Noyabr 2020, 16:16 (GMT +4)
Lənkəran sakinindən tapança götürülüb

27 Noyabr 2020, 15:58 (GMT +4)
Şuşa şəhərinə içməli suyun verilməsinə başlanılıb

27 Noyabr 2020, 15:46 (GMT +4)
Rusiya XİN: Dağlıq Qarabağ nizamlanması ilə bağlı Türkiyəylə təmasdayıq

27 Noyabr 2020, 15:30 (GMT +4)
İranda bir günə 406 koronavirus xəstəsi dünyasını dəyişib

27 Noyabr 2020, 15:20 (GMT +4)
Paşinyan: Hazırda Ermənistan üçün ən vacibi Azərbaycanla sülhdür

27 Noyabr 2020, 15:10 (GMT +4)
“Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə Fəaliyyət Planı” təsdiqlənib

27 Noyabr 2020, 14:55 (GMT +4)
Azərbaycanda son sutkada 3 712 nəfər COVID-19-a yoluxub, 35 nəfər vəfat edib

27 Noyabr 2020, 14:43 (GMT +4)
Neft yenidən ucuzlaşıb

27 Noyabr 2020, 14:27 (GMT +4)
Xaçmazda COVID-19 xəstəsi saxlanılıb

27 Noyabr 2020, 14:10 (GMT +4)
Azərbaycan və İspaniya gömrük orqanları anlaşma memorandumu imzalayıb

27 Noyabr 2020, 13:50 (GMT +4)
Rəsmi Moskva Pompeonun İsrailin işğal etdiyi Colana səfərini tənqid edib

27 Noyabr 2020, 13:40 (GMT +4)
Noyabrın 29-dan hava şəraiti qeyri-sabit keçəcək, yağış, qar yağacaq

27 Noyabr 2020, 13:30 (GMT +4)
Qadın sahibkarlığının inkişafına dair forum keçirilib

27 Noyabr 2020, 13:21 (GMT +4)
Masallıda karantin postundan keçmək istəyən koronavirus xəstələri saxlanılıb

27 Noyabr 2020, 13:07 (GMT +4)
Səudiyyə Ərəbistanı koalisiyası Yəmən paytaxtına 10-dan çox hava zərbəsi endirib

27 Noyabr 2020, 13:00 (GMT +4)
Bakıda növbəti dəfə dezinfeksiya işləri aparılacaq

27 Noyabr 2020, 12:57 (GMT +4)
Rusiyada son sutkada 27.543 nəfərdə koronavirusa yoluxma aşkar edilib

27 Noyabr 2020, 12:45 (GMT +4)
Anar Kərimov beynəlxalq təşkilatlara çağırış edib

27 Noyabr 2020, 12:30 (GMT +4)
DYP sürücülərə müraciət edib

27 Noyabr 2020, 12:24 (GMT +4)
Gürcüstanda koronavirusa yoluxmada yeni anti-rekord qeydə alınıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66