Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azərbaycan məhsulları BƏƏ-də nümayiş etdirilib

04 Noyabr 2019, 11:59 (GMT +4)

Bakı, 4 noyabr, SalamNews.Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində hər il ənənəvi olaraq keçirilən “Global Village” Beynəlxalq Yarmarkasında ilk dəfə olaraq Azərbaycan məhsulları da nümayiş olunur.

Bu barədə SalamNews-a İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib.

KOBİA və Dubaydakı Azərbaycan Ticarət Evinin təşkilatçılığı, ölkəmizin BƏƏ-dəki Ticarət Nümayəndəliyinin dəstəyi ilə yarmarka çərçivəsində Azərbaycan pavilyonu açılıb. Burada 25 Azərbaycan şirkətinin 200-ə yaxın çeşiddə məhsulları – meyvə-tərəvəz, meyvə şirələri, şərablar, kompotlar, bal, çay, mürəbbə, şirniyyat, konservləşdirilmiş məhsullar, xalçalar, kəlağayı, milli suvenirlər, parfumeriya və s. təqdim olunur. Pavilyonumuzda Azərbaycan məhsullarının nümayişi və satışı ilə yanaşı, “Global Village”in ümumi ərazisində və Azərbaycan pavilyonu daxilində milli musiqimiz, rəqslərimiz və mətbəximiz, eləcə də “Azərbaycan irsi” guşəsində Azərbaycan mədəniyyətinə dair eksponatlar sərgilənir.

Yarmarkanın açılışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, “Global Village” Beynəlxalq Yarmarkasının baş icraçı direktoru Bader Anvahi və digər rəsmi şəxslər və ziyarətçilər Azərbaycan pavilyonu ilə tanış olublar. Azərbaycan pavilyonu və məhsullarımız sərgi ziyarətçiləri və xarici qonaqlar tərəfindən maraqla qarşılanıb.

1996-cı ildən təşkil edilən “Global Village” Beynəlxalq Yarmarkası hazırda Dubayın ən böyük satış bazarı, açıq havada isə dünyanın ən böyük beynəlxalq yarmarkasıdır. Keçirildiyi müddətdə yarmarka bölgədəki turizm, istirahət, əyləncə və alış-veriş mərkəzinə çevrilir. 2018-ci ildə “Global Village”i 7 milyon nəfər ziyarət edib. Oktyabrın 29-dan 2020-ci ilin aprelinədək davam edəcək yarmarka 150 hektar ərazidə yerləşir. Burada müxtəlif ölkələrin məhsulları nümayiş olunur və satışı həyata keçirilir. Bu ilki “Global Village” Beynəlxalq Yarmarkasında Azərbaycan da daxil olmaqla 78 ölkənin 26 pavilyonu nümayiş olunur. Ümumilikdə bu ilki “Global Village” pavilyonlarında 3500-dən çox mağaza, 78 mədəniyyət tədbiri, 20-dən çox restoran və kafe, 120-dən artıq kiosk fəaliyyət göstərəcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

KOBİA-nın iştirakı ilə istixana təsərrüfatlarının sahibkarları ilə görüş keçirilib

Sahibkarlar və fermerlər KOBİA-nın onlayn maarifləndirmə tədbirindən yararlanıblar

KOBİA iki sahibkarlıq subyekti arasındakı mübahisəni həll edib

KOBİA onlayn maarifləndirmə tədbiri keçirəcək

KOBİA Qusarda kələm satışı ilə məşğul olan fermerlərə dəstək göstərib

KOBİA: Elektron ticarətlə bağlı maarifləndirmə tədbirlərinə zərurət var

KOBİA mikro və kiçik sahibkarların məhsullarının satışına dəstək göstərir

KOBİA TDƏŞ-ə üzv ölkələrin müvafiq qurumları ilə əlaqələri genişləndirir (FOTO)

KOBİA-nın stendi “Ən yaxşı sosial layihə” mükafatına layiq görülüb

KOBİA-da biznes assosiasiyaları ilə görüş keçirilib

KOBİA-nın dəstəyi ilə Abşeronda kombi istehsalı zavodu fəaliyyətə başlayıb

Sənətkarlıqla məşğul olan sahibkarlar KOBİA-nın dəstəyindən yararlanır

KOBİA Şəkidə arıçılıqla məşğul olan sahibkarlara dəstək olub

KOBİA-nın dəstəyi ilə sahibkarın müraciəti müsbət həll olunub

KOBİA Koreyanın KOSME Agentliyi ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır

KOBİA-nın informasiya və məsləhət xidmətlərindən yüzlərlə sahibkar yararlanıb

BMT KOBİA ilə əməkdaşlıq etmək niyyətindədir

KOBİA və “Ernst & Yanq Holdinqs” şirkəti əməkdaşlıq edəcək

KOBİA-nın səlahiyyətləri artırılıb

KOBİA tikiş sexinin sənədləşdirilməsində sahibkara dəstək göstərib

22 Noyabr 2019, 12:47 (GMT +4)
“Kapital Bank” KSM fəaliyyətinə görə təşəkkürnamə ilə təltif edilib

22 Noyabr 2019, 12:23 (GMT +4)
Dövlət Departamenti Su-35 almaqdan imtina ilə əlaqədar Misirlə danışıqlar aparmaq cəhdləri barədə məlumat verib

22 Noyabr 2019, 12:11 (GMT +4)
Netanyahu həbs edilməsin deyə istefa verməyəcəyini bildirib

22 Noyabr 2019, 12:09 (GMT +4)
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşlara müraciət edib

22 Noyabr 2019, 11:58 (GMT +4)
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb

22 Noyabr 2019, 11:43 (GMT +4)
ABŞ-da Honq Konqda demokratiya dəstək layihəsi təsdiqlənib

22 Noyabr 2019, 11:30 (GMT +4)
«Ən-Nusra »nın Hələbə raketlər atması nəticəsində 7 sakin həyatını itirib

22 Noyabr 2019, 11:29 (GMT +4)
"Azərişıq": Yağış elektrik enerjisi təchizatında ciddi problem yaratmayıb

22 Noyabr 2019, 11:29 (GMT +4)
“Qala Sığorta” və “Qala Həyat” şirkəti Ədliyyə işçiləri üçün kampaniya keçirir

22 Noyabr 2019, 11:20 (GMT +4)
AzTU-nun professoru Aşqabadda erməni yalanını ifşa edib

22 Noyabr 2019, 11:15 (GMT +4)
Kürdlər Rusiya patruluna hücuma görə üzr istəyib

22 Noyabr 2019, 11:04 (GMT +4)
Səudiyyənin müharibə və mühasirəsinə görə Yəməndə ilə yüz min uşaq ölür - Səhiyyə Nazirliyi

22 Noyabr 2019, 10:52 (GMT +4)
“Bulla-dəniz” yatağındakı qazma işləri ilə tanışlıq olub

22 Noyabr 2019, 10:46 (GMT +4)
ABŞ-da məktəb binasının altında 145 qəbir olan qəbiristanlıq tapılıb

22 Noyabr 2019, 10:25 (GMT +4)
Etiraz və iğtişaşlardan sonra İran irimiqyaslı havadan müdafiə təlimlərinə başlayıb (FOTO)

22 Noyabr 2019, 10:17 (GMT +4)
ABŞ senatoru 1915-ci illə bağlı qətnaməyə veto qoyub

22 Noyabr 2019, 09:56 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub

22 Noyabr 2019, 09:52 (GMT +4)
İrandakı etirazlara görə çox sevinirik - ABŞ

22 Noyabr 2019, 09:51 (GMT +4)
Dövlət Departamenti ABŞ-la danışıqları davam etdirmək üçün Türkiyəni S-400-dən qurtulmağa çağırıb

22 Noyabr 2019, 09:40 (GMT +4)
Bu gün Azərbaycanın ədliyyə orqanlarının yaradılmasından 101 il ötür

22 Noyabr 2019, 09:25 (GMT +4)
Baş Nazir Əli Əsədov Londonda görüş keçirib

22 Noyabr 2019, 09:22 (GMT +4)
Türkiyə S-400-ü işə salacaq - Hulusi Akar

22 Noyabr 2019, 09:13 (GMT +4)
İsrail Prokurorluğu baş nazir Netanyahuya qarşı rəsmən ittihamlar irəli sürüb

22 Noyabr 2019, 09:11 (GMT +4)
Prezident Sumqayıtda “CinemaPlus” kinoteatrının açılışında iştirak edib (FOTOLAR)

22 Noyabr 2019, 09:04 (GMT +4)
Görmə məhdudiyyətli insanlar üçün “Nar”ın “Canlı kitab” layihəsi davam edir

21 Noyabr 2019, 18:00 (GMT +4)
Sumqayıt Şəhər İcra Hakimiyyətinə 6 milyon manat ayrılıb

21 Noyabr 2019, 17:50 (GMT +4)
İdman Jurnalistikası magistr proqramının tələbələri Böyük Britaniyada səfərdədirlər

21 Noyabr 2019, 17:48 (GMT +4)
Türkiyə Suriyanın şimalında təhlükəsizlik zonası yaradıldığını elan edib

21 Noyabr 2019, 17:30 (GMT +4)
Prezident İlham Əliyev Bolqarıstanın Daxili İşlər nazirini qəbul edib

21 Noyabr 2019, 17:27 (GMT +4)
Nazir müavini ŞƏT üzv dövlətlərin iclasında iştirak edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66