Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Daha bir milli parkda həvəskar balıq ovu turniri keçirilib

05 Noyabr 2019, 11:12 (GMT +4)

Bakı, 5 noyabr, SalamNews.Ölkədə sivil balıq ovunun təbliği və təşviqi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Həvəskar Balıqçılar İttifaqı ilə birgə Şirvan Milli Parkının ərazisindəki Baş Şirvan kollektorunda "Brakonyerlik cinayətdir" devizi altında növbəti həvəskar balıq ovu turniri keçirib.

SalamNews xəbər verir ki, brakonyerliyə son qoymaq, sivil balıq ovlanması qaydalarına əməl etmək, icazə verilən ərazilərdə, icazə verilən alətlərlə balıq ovu qaydalarını təbliğ etmək məqsədilə keçirilən turnirdə 70-dən çox həvəskar balıqçı iştirak edib.

Şirvan Milli Parkının direktoru Arzu Mustafayev bu cür turnirlərin milli park ərazisində müntəzəm keçirmək fikrində olduqlarını bildirib. Gələcəkdə parkımızda həvəskar balıq ovu üçün müəyyən şəraitin yaradılması nəzərdə tutulub, biz qanuna riayət edən, Azərbaycan təbiətini, balıq resurslarının qorunmasını diqqətdə saxlayan həvəskar balıqçılara zəruri şərait yaradaraq onları milli parkda qəbul etməyə hazırıq. Hər kəs icazəsiz vasitələrlə balıq ovlayanlara iradlarını bildirsə, vətəndaş mövqeyi nümayiş etdirsə brakonyerliyin qarşısı daha tez alınar.

Azərbaycan Həvəskar Balıqçılar İttifaqının rəhbəri Əfqan Əliyev hesab edir ki, ictimai qınaq hüquqi və inzibati tənbehlərdən daha effektivdir: “Buna qarşı mübarizə aparmaq təkcə nazirliyin işi deyil, hər birimizin vətəndaşlıq borcudur. Azərbaycanda həvəskar balıqçılığa olan diqqət və dəstəyə görə hər kəsə minnətdarlığımı bildirirəm. İştirakçılara isə soyuq hava şəraitinə baxmayaraq “Brokenyerlik cinayətdir” turnirinə qatıldıqları üçün təşəkkür edirəm”.

Turnirdə iştirak edən həvəskar balıqçı Nicat Mahmudov əsas məqsədlərinin qadağan olunmuş vasitələrlə balıq ovlanmasına qarşı mübarizə aparmaq olduğunu qeyd edib. O deyib: “Əsl balıqçı xırda balıqları ovlamamalı, torlarına körpə balıq düşən zaman onu suya buraxmalıdır. Bununla da brakonyerlərə bir mesaj göndərmək istəyirik, onları sivil qaydada ov etməyə çağırırıq”.

Turnirdə iştirak edən digər balıqçı Elçin Baloğlanov da balıqçıların sintetik tor, elektrik cərəyanı və digər qadağan edilmiş vasitələrlə balıq ovlamasının əleyhinə olduğunu söyləyib: “Bu mübarizəyə bizimlə yanaşı, balıqçı olub-olmamağından asılı olmayaraq bütün ictimaiyyət qoşulmalıdır. İcazəsiz vasitələrlə ov edənləri, cərəyanla balıqların nəslini kəsənləri gördükdə hər bir vətəndaş mühafizə orqanlarına müraciət etməlidir. Biz bütün balıqçıları qaydalara riayət etməyə, brakonyerliyə son qoymağa çağırırıq, əgər birgə mübarizə aparsaq gələcək nəsillər bizdən razı qalar”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Həvəskar Balıqçılar İttifaqı bu cür tədbirləri keçirməklə hər bir vətəndaşı balıq ehtiyatlarının qədrini bilməyə, faunamıza dost münasibət bəsləməyə və onu qorumağa çağırır.

Sonda turnirin qalıbləri müxtəlif nominasiyalar üzrə mükafatlandırılıblar.

Xatırladaq ki, bu cür turnir ilk dəfə oktyabr ayında Abşeron Milli Parkında "Brakonyerliyə son" devizi altında keçirilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ETSN rəhbər vəzifələrə işçi axtarır

ETSN “Kristal Abşeron”a 1800 manat məbləğində akt tərtib edib

ETSN yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib

ETSN: Ekoloji rəy tələb olunan bütün tikinti layihələrinə ictimai dinləmələrdən sonra rəy veriləcək

ETSN nadir quş növlərini görmək istəyənləri milli parklara dəvət edib

ETSN Sumqayıtda kəskin iy-qoxu ilə bağlı araşdırma aparır

ETSN: Şikayət yerində araşdırılıb

ETSN güclü küləklə bağlı xəbərdarlıq edib

ETSN-də Xorvatiyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib

ETSN ictimai-iaşə obyektlərinə xəbərdarlıq edib

ETSN ağac əkən şəxslərə müraciət edib

ETSN-də Almaniyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib

ETSN balıqçıları sivil balıq tutmağa səsləyən maraqlı təşəbbüslə çıxış edib (FOTOLAR)

ETSN: Nərimanov rayonunda ağacları kəsən şirkət cərimələnib

ETSN ölkədə müşahidə olunan küləkli hava ilə bağlı məlumat yayıb

ETSN: Milli Parkların inkişafı üzrə Dövlət proqramı hazırlanacaq

ETSN-nin elan etdiyi müsabiqə başa çatıb

ETSN: Bakının iki ərazisi tullantılardan təmizlənib

ETSN: Xəzərdə dalğanın hündürlüyü 2,3 metrə çatıb

ETSN-də bərpa olunan enerji mənbələrinin inkişafı müzakirə olunub

22 Yanvar 2020, 13:16 (GMT +4)
Mixail Mişustin Rusiya Federasiyası hökuməti aparatının strukturunu təsdiqləyib

22 Yanvar 2020, 13:10 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

22 Yanvar 2020, 13:00 (GMT +4)
İranda Qasim Süleymaninin silahdaşlarından biri terror edilib

22 Yanvar 2020, 12:53 (GMT +4)
Prezident İlham Əliyev Davosda Pakistanın Baş Naziri ilə görüşüb

22 Yanvar 2020, 12:39 (GMT +4)
ABŞ İranın hücumu nəticəsində əlavə yaralıların olduğunu bildirib

22 Yanvar 2020, 12:25 (GMT +4)
Azərbaycanda kirayə mənzillər üçün istifadəyə verilən portal çöküb

22 Yanvar 2020, 12:23 (GMT +4)
ABŞ Venesuelaya qarşı sanksiyaları genişləndirib

22 Yanvar 2020, 12:17 (GMT +4)
İsrail ordusu ilə atışmada 3 fələstinli həlak olub

22 Yanvar 2020, 11:51 (GMT +4)
ABŞ-da koronavirusa ilk yoluxma halı qeydə alınıb

22 Yanvar 2020, 11:37 (GMT +4)
Prezident İlham Əliyev Davosda Türkiyənin Xarici İşlər naziri ilə görüşüb

22 Yanvar 2020, 11:23 (GMT +4)
Fijidə 5.5 bal gücündə zəlzələ baş verib

22 Yanvar 2020, 11:06 (GMT +4)
İran Qasim Süleymaninin adına beynəlxalq fədakarlıq ordeni təsis edib

22 Yanvar 2020, 10:51 (GMT +4)
Berlində II Dünya müharibəsindən qalan bomba zərərsizləşdirilib

22 Yanvar 2020, 10:35 (GMT +4)
“Naxçıvan” və “Qoşadaş” yataqlarının “LUKOIL” şirkəti ilə birgə işlənilməsi barədə qərar qəbul olunub

22 Yanvar 2020, 10:27 (GMT +4)
Beni Qants qalib gələcəyi təqdirdə İordan vadisini İsrailə əlavə edəcəyini bildirib

22 Yanvar 2020, 10:15 (GMT +4)
Rusiya Federasiyası yeni hökumətinin tərkibi açıqlanıb

22 Yanvar 2020, 09:58 (GMT +4)
İran Cənubi Koreyanın Hörmüzə hərbi gəmi göndərməsinə münasibət bildirib

22 Yanvar 2020, 09:56 (GMT +4)
Prezident İlham Əliyev Dünya İqtisadi Forumu çərçivəsində keçirilən iclasda iştirak edib

22 Yanvar 2020, 09:44 (GMT +4)
Stoltenberq NATO-nun Yaxın Şərqdəki rolunu genişləndirməyə çağırıb

22 Yanvar 2020, 09:30 (GMT +4)
Dünya İqtisadi Forumunun Azərbaycanda regional mərkəzi yaradılacaq

22 Yanvar 2020, 09:25 (GMT +4)
KXDR yeni koronavirus  səbəbindən Çin ilə sərhədi bağlayır

22 Yanvar 2020, 09:18 (GMT +4)
Livanda yeni hökumət elan edilib, altı nazir qadındır

22 Yanvar 2020, 09:11 (GMT +4)
Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə konteyner daşımaları rekord dərəcədə artıb

22 Yanvar 2020, 09:01 (GMT +4)
"Signify" şirkətinin baş icraçı direktoru ilə görüşdə Azərbaycana yeni texnologiyaların gətirilməsi məsələsi müzakirə olunub

21 Yanvar 2020, 18:45 (GMT +4)
Vilayət Eyvazovun iştirakı ilə keçirilən müşavirələrdə Vaqif Əsədov ön sıralarda yer alıb (FOTO)

21 Yanvar 2020, 18:00 (GMT +4)
Qətərin Azərbaycana yeni təyin olunmuş səfiri Mətbuat Şurasında olub

21 Yanvar 2020, 17:48 (GMT +4)
Türkiyə İtaliya, Almaniya və Yunanıstanla birgə hərbi təlimlər keçirir

21 Yanvar 2020, 17:46 (GMT +4)
«Ən-Nusra» Hələbin qərb rayonlarına raket və mərmi atıb, ölənlər var

21 Yanvar 2020, 17:20 (GMT +4)
Türkiyə XİN rəhbəri: Ərdoğan Putini İdlibdəki hücumların dayandırılmasına kömək etməyə çağırıb

21 Yanvar 2020, 17:05 (GMT +4)
Generallar «Qırmızı Körpü» gömrük-sərhəd buraxılış məntəqəsində olublar

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66