Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Rövşən Abdullaoğlunun kitabı Türkiyədə böyük marağa səbəb olub

04 Noyabr 2019, 17:52 (GMT +4)

Bakı, 4 noyabr, SalamNews. Ölkəmizdə bestseller kitablar müəllifi kimi tanınan yazıçı Rövşən Abdullaoğlu son günlərdə yeni uğuru ilə gündəmdədir. Yazıçının qardaş ölkə Türkiyədə 4 ay bundan əvvəl işıq üzü görən "Çətin olsa da, həyat davam edir" adlı motivasiya kitabının ilk nəşri tez bir zamanda satılıb qurtardı.

Qeyd edək ki, uzun illər Azərbaycanda da ən çox oxunan kitablar siyahısında yer alan bu kitab Türkiyənin ən məşhur nəşriyyatlarından olan Destek yayınları tərəfindən nəşr edilib.

Biz də yazıçı ilə elə bu məsələ ilə bağlı həmsöhbət olduq. Rövşən Abdullaoğlu Türkiyədə kitabının uğuruna belə münasibət bildirdi: Bu ilin əvvəllərində Türkiyənin böyük nəşriyyatlarından olan Destek yayınları tərəfindən kitablarımdan birinin çap edilməsi təklifi gündəmə gəldi. Əlbəttə, bu təklifi dəyərləndirməyə bilməzdik. Hazırlıq işləri tamamlandıqdan sonra 4 ay əvvəl "Zor olsa da, hayat davam ediyor" kitabı 2000 tirajla çap olundu və qısa zamanda da ilk nəşrinin tükəndiyi xəbərini aldıq.

Türkiyə oxucusuna tanış olmayan bir yazıcı üçün bunu uğurlu göstərici hesab edirəm. Hazırda nəşriyyat kitabın təkrar nəşrinə hazırlaşır, tanış olmaq üçün digər kitabları da istəyiblər, göndərmişik. Düşünürəm, yaxın zamanlarda digər kitablarımın da Türkiyədə nəşri reallaşacaq. Hələ ki, yolun əvvəlindəyik, görüləcək çox işimiz var. Motivasiya psixologiyasından olan kitablarım, romanlarım rus, türk, ingilis dillərinə tərcümə olunub. Kitablarımın digər ölkələrdə də çapında maraqlıyam.

Bu istiqamətdə əldə edəcəyimiz uğurlar hər şeydən əvvəl Vətənimizin adı ilə bağlıdır. Türkiyədəki oxucular kitab haqqında münasibət bildirərkən, mənə müraciət edərkən "qardaş ölkə yazarı", "azərbaycanlı yazar" deyirlər. Bu da məni çox qürurlandırır. Ölkəmin təmsilçisi kimi qəbul edilmək qürur verməklə yanaşı həm də böyük məsuliyyətdir və bütün qüvvəmizi bu yolda səfərbər etməyə təşviq edir.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Rövşən Abdullaoğlunun kitabı Türkiyədə nəşr olunub

Rövşən Abdullaoğlu: Cəmiyyətdə kitaba sevgi olsa, çox problemlər kökündən həll olunar

Rövşən Abdullaoğlunun kitabından əldə olunan gəlir şəhid ailələrinə ianə ediləcək

Rövşən Abdullaoğlunun yeni romanı işıq üzü görüb

Rövşən Abdullaoğlunun yeni psixoloji romanı işıq üzü görüb

22 Yanvar 2020, 16:29 (GMT +4)
ABŞ Dövlət Katibi ilk dəfə Belarusa səfər edəcək

22 Yanvar 2020, 16:25 (GMT +4)
Hikmət Hacıyev: Aİ ilə yeni tərəfdaşlıq sazişi üzrə danışıqlar prosesini başlatmışıq (MÜSAHİBƏ)

22 Yanvar 2020, 16:20 (GMT +4)
AzTU məzunları Abşeron Logistika Mərkəzində işlə təmin olunacaq

22 Yanvar 2020, 16:00 (GMT +4)
Xəzər dənizinin səviyyəsinin öyrənilməsinin yeni modeli hazırlanır

22 Yanvar 2020, 15:58 (GMT +4)
Tramp AB-ni avtomobil rüsumu tətbiq etməklə hədələyib

22 Yanvar 2020, 15:49 (GMT +4)
İraq və ABŞ prezidentləri görüşüblər

22 Yanvar 2020, 15:44 (GMT +4)
Azərbaycanın ən yaxşı dizaynerləri bəlli olacaq

22 Yanvar 2020, 15:32 (GMT +4)
Yunanıstanın prezidenti ilk dəfə qadın olacaq

22 Yanvar 2020, 15:27 (GMT +4)
AŞ PA nümayəndə heyəti Azərbaycanda səfərdədir

22 Yanvar 2020, 15:10 (GMT +4)
ETSN hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib

22 Yanvar 2020, 15:02 (GMT +4)
Gürcüstanın ikinci Baş naziri Tengiz Siqua vəfat edib

22 Yanvar 2020, 14:53 (GMT +4)
Haşd-Şabi ABŞ-in terror etdiyi Mehdi əl-Mühəndisin yerinə kimsənin təyin edilmədiyini bildirib

22 Yanvar 2020, 14:33 (GMT +4)
Azercell “Təhlükəsiz internet” təlimin keçirilməsinə dəstək olub

22 Yanvar 2020, 14:18 (GMT +4)
Gürcüstanda 3,3 bal gücündə zəlzələ baş verib

22 Yanvar 2020, 14:09 (GMT +4)
AQTA növbəti reyd keçirib

22 Yanvar 2020, 13:43 (GMT +4)
Çində yeni növ koronavirus qurbanlarının sayı doqquzadək artıb

22 Yanvar 2020, 13:16 (GMT +4)
Mixail Mişustin Rusiya Federasiyası hökuməti aparatının strukturunu təsdiqləyib

22 Yanvar 2020, 13:10 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

22 Yanvar 2020, 13:00 (GMT +4)
İranda Qasim Süleymaninin silahdaşlarından biri terror edilib

22 Yanvar 2020, 12:53 (GMT +4)
Prezident İlham Əliyev Davosda Pakistanın Baş Naziri ilə görüşüb

22 Yanvar 2020, 12:39 (GMT +4)
ABŞ İranın hücumu nəticəsində əlavə yaralıların olduğunu bildirib

22 Yanvar 2020, 12:25 (GMT +4)
Azərbaycanda kirayə mənzillər üçün istifadəyə verilən portal çöküb

22 Yanvar 2020, 12:23 (GMT +4)
ABŞ Venesuelaya qarşı sanksiyaları genişləndirib

22 Yanvar 2020, 12:17 (GMT +4)
İsrail ordusu ilə atışmada 3 fələstinli həlak olub

22 Yanvar 2020, 11:57 (GMT +4)
Davosda Prezident İlham Əliyev ilə OPEC-in baş katibi arasında görüşü olub

22 Yanvar 2020, 11:51 (GMT +4)
ABŞ-da koronavirusa ilk yoluxma halı qeydə alınıb

22 Yanvar 2020, 11:37 (GMT +4)
Prezident İlham Əliyev Davosda Türkiyənin Xarici İşlər naziri ilə görüşüb

22 Yanvar 2020, 11:23 (GMT +4)
Fijidə 5.5 bal gücündə zəlzələ baş verib

22 Yanvar 2020, 11:06 (GMT +4)
İran Qasim Süleymaninin adına beynəlxalq fədakarlıq ordeni təsis edib

22 Yanvar 2020, 10:51 (GMT +4)
Berlində II Dünya müharibəsindən qalan bomba zərərsizləşdirilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66