Taliban Əfqanıstanın Bədəxşan əyalətində hücuma keçib - Azı 5 polis həlak olub04 Noyabr 2019, 18:00 (GMT +4) Bakı, 4 noyabr, SalamNews, B.Samid. Taliban silahlıları Əfqanıstaın şimal-şərqində Bədəxşan əyalətində qəfil hücuma keçib.
SalamNews Pajwook-a istinadla xəbər verir ki, Bədəxşan əyalətinin Nusay rayonunun mərkəzinə edilən hücum azı 5 polisin həlak olması ilə nəticələnib.
Taliban bəyanat yayaraq, bu hücumda 10 polis işçisinin öldürüldüyünü bildirib.
Eyni zamanda Əfqanıstan polisi bəyanat verib ki, Baqlan əyalətində yol kənarında quraşdırılan bombanın partlaması nəticəsində 8 mülki şəxs həlak olub.
|