HƏMAS Təl-Əvivi 6 ay durmadan vurmaqla təhdid edib05 Noyabr 2019, 12:04 (GMT +4) Bakı, 5 noyabr, SalamNews, B.Samid. HƏMAS nəzarətində olan hərbçilərinin sayını açıqlayıb və İsrail paytaxtı Təl-Əvivi 6 ay durmadan vurmaqla təhdid edib.
SalamNews əl-Aləmə istinadla xəbər verir ki, bunu HƏMAS-ın İdarə Heyətinin sədri Yəhya Sinvar ötən günkü çıxışında deyib.
HƏMAS rəsmisi son günlərdə İsrail tərəfidnən Qəzzada hərbi əməliyyatın həyata keçirilməsi ilə bağlı bildirilən təhdidlərə cavab olaraq, deyib ki, onların nəzarətində 70 min silahlı var və onlar istənilən zaman irimiqyaslı cavab hücumuna keçə bilərlər.
Y. Sinvar baş verə biləcək əməliyyat zamanı yerin altından havadan müdafiə və hücum raketlərinin çıxarılacağını deyib.
Onun sözlərinə görə HƏMAS-ın hərbi cinahı "İzzuddin əl-Qəssam"ın briqadaları durmadan 6 ay ərzində Təl-Əvivi vura bilərlər.
|