Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

“Rəqəmsal təhsil” mövzusunda dəyirmi masa keçirilib

06 Noyabr 2019, 13:15 (GMT +4)

Bakı, 6 noyabr, SalamNews.“Rəqəmsal bacarıqlar” və “STEAM” layihələri ilə bağlı Təhsil Nazirliyinin tabeliyindəki 6 nömrəli məktəb-liseyə infotur təşkil edilib.

İnfoturda Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, layihələrin əhatə etdiyi müəllim heyəti və digər qonaqlar iştirak ediblər. Məqsəd infotur iştirakçılarını sözügedən layihələr çərçivəsində görülən işlərlə əyani tanış etmək olub.

İştirakçılar əvvəlcə “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində yeni formatda keçirilən informatika dərsinin, həmçinin pilot layihə olan STEAM fənninin tədris prosesini izləyiblər.

Daha sonra İctimai Şuranın üzvləri və layihələrin əhatə etdiyi müəllimlərin iştirakı ilə “Rəqəmsal təhsil” mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masa çərçivəsində “Rəqəmsal bacarıqlar” layihəsi üzrə tətbiq edilən metodologiyanın şagirdlərin informatika fənnini mənimsəməsində rolu müzakirə olunub. Bildirilib ki, cari tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsi 6 şəhər və rayonu, 123 məktəbi, 700 müəllimi və 70 000 şagirdi əhatə edir. Layihə informasiya texnologiyaları sistemləri və rəqəmsal bacarıqların öyrədilməsi üzrə proqramlar hazırlayan “Alqoritmika” beynəlxalq təhsil şirkəti ilə birgə həyata keçirilir.

Daha sonra bu ildən pilot olaraq həyata keçirilən “STEAM” layihəsi çərçivəsində görülən işlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, Təhsil Nazirliyi tərəfindən başladılan layihə hazırda Bakı şəhərində yerləşən 42 ümumi təhsil müəssisəsini və 6 mindən çox şagirdi əhatə edir. Layihənin tətbiq edildiyi ümumtəhsil məktəbləri Təhsil Nazirliyi tərəfindən 3D printer, robot texnologiyalar və digər zəruri təlim avadanlıqları ilə təmin edilib.

İctimai Şuranın üzvləri də öz növbəsində şagirdlərin kompüter savadlılığının yüksəldilməsində, onların yüksək texnoloji ixtisaslara marağının artırılmasında layihələrin rolunu yüksək qiymətləndiriblər. Yeni yanaşmanın başqa fənlərə də tətbiqinin vacibliyi vurğulanıb.

Sonda geniş fikir mübadiləsi aparılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

"Azercell" yeni rəqəmsal layihəyə start verib

“Kapital Bank” rəqəmsal bankçılıq sahəsində ilkə imza atıb

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının üçüncü beynəlxalq forumu keçirilir

Bakıda “Mikromaliyyə Yol Kəsişməsində: Rəqəmsal Erada Dayanıqlı İnkişaf” mövzusunda İnvestorlar Yarmarkası keçirilir

Bakıda Rəqəmsal Ticarət Qovşağı üçüncü beynəlxalq forumu keçiriləcək

"Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində "Kod saatı" keçiriləcək

Rəqəmsal reklam qurğuları Azərbaycanda istehsal olunacaq

“ASAN xidmət”in rəqəmsal innovasiyaları Qırğızıstanda təqdim olunub

Azercell “Rəqəmsal Dünya Bölgələrdə” layihəsi çərçivəsində uşaqları və məcburi köçkünləri sevindirib

“Azercell”in rəqəmsal dünyası Lənkəranda

Azercell-in Rəqəmsal Dünyası Cocuq Mərcanlıda

Azercell-in “Rəqəmsal Dünya bölgələrdə” layihəsinin yeni səfərləri davam edir

Rabitəbank “Rəqəmsal trendlər və media” mövzusunda təlim təşkil edib

Azercell yenilənmiş rəqəmsal məhsullar portfelini təqdim edib

Azercell ilk dəfə möhtəşəm rəqəmsal şou təşkil edib (FOTOLAR)

“Nar” Azərbaycanın rəqəmsal inkişafına öz töhfəsini verməyə davam edir

Elmir Vəlizadə: Azərbaycan gələcəkdə “Rəqəmsal İpək Yolu” layihəsinin bir hissəsi olacaq

“Azercell” şirkəti “Optimal Elektronika” MMC-nin yeni rəqəmsal tərəfdaşıdır

Azərbaycanın rəqəmsal taxoqraf sisteminin tətbiqi ilə bağlı Milli Açarları sertifikatlaşdırılıb

Bakıda “Maliyyə və rəqəmsal texnologiyalar həftəsi” keçiriləcək

17 Noyabr 2019, 11:00 (GMT +4)
Azərbaycanda Milli Dirçəliş Günüdür

16 Noyabr 2019, 17:05 (GMT +4)
Ağsuda ağac kəsən şəxs cəzalanıb

16 Noyabr 2019, 17:00 (GMT +4)
Prezident İlham Əliyev latviyalı həmkarını təbrik edib

16 Noyabr 2019, 16:55 (GMT +4)
İspaniyada güclü qar yağıb

16 Noyabr 2019, 16:51 (GMT +4)
“Qala” qoruğunda ağacəkmə aksiyası keçirilib

16 Noyabr 2019, 16:42 (GMT +4)
Prezident İlham Əliyev Oman Sultanını təbrik edib

16 Noyabr 2019, 16:37 (GMT +4)
Əl-Bağdadinin 25 qohumu Türkiyədə saxlanılıb

16 Noyabr 2019, 16:30 (GMT +4)
Səudiyyə Ərəbistanın vəliəhdi husilərin nümayəndə heyətilə görüşəcək - Anadolu

16 Noyabr 2019, 16:19 (GMT +4)
Pompeo Makronun NATO-nun "beyin ölümü" ilə bağlı açıqlamasını  şərh edib

16 Noyabr 2019, 16:18 (GMT +4)
Vilayət Eyvazov İnterpolun Milli Mərkəzi Bürosunun yeni rəisini kollektivə təqdim edib

16 Noyabr 2019, 15:54 (GMT +4)
İraqda cümə namazını hədəfə alan terror aktının qarşısı alınıb

16 Noyabr 2019, 15:53 (GMT +4)
“Azərsun” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edib

16 Noyabr 2019, 15:52 (GMT +4)
ETSN Sumqayıtda kəskin iy-qoxu ilə bağlı araşdırma aparır

16 Noyabr 2019, 15:46 (GMT +4)
BDU kollektivi Universitet ərazisinə 650 ağac əkib

16 Noyabr 2019, 15:43 (GMT +4)
Ankara ABŞ-ın təhdidlərinə baxmayaraq S-400-dən istifadə edəcəyini açıqlayıb

16 Noyabr 2019, 15:20 (GMT +4)
Almaniyada İŞİD terrorçusu saxlanılıb

16 Noyabr 2019, 15:10 (GMT +4)
Lahıcda 228 il yaşı olan Bədöyün məscidi təmir ediləcək

16 Noyabr 2019, 14:49 (GMT +4)
ABŞ hərbçiləri Rusiya istehsalı "T-80" tankını sınaqdan keçirib

16 Noyabr 2019, 14:48 (GMT +4)
Suriyanın əl-Bab şəhərində şiddətli partlayış törədilib, azı 13 ölü var (VİDEO)

16 Noyabr 2019, 14:37 (GMT +4)
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vətəndaşları qəbul edib

16 Noyabr 2019, 14:11 (GMT +4)
Serbiya prezidenti ürək problemləri səbəbiylə xəstəxanaya yerləşdirilib

16 Noyabr 2019, 14:07 (GMT +4)
DQİDK-nin sədri Fələstin Prezidentinin Dini işlər və İslam münasibətləri üzrə müşaviri ilə görüşüb

16 Noyabr 2019, 14:04 (GMT +4)
İranda benzinin bahalaşmasına görə etiraz aksiyaları keçirilib

16 Noyabr 2019, 13:53 (GMT +4)
Paytaxtda qadına qarşı dələduzluq edən şəxs tutulub

16 Noyabr 2019, 13:39 (GMT +4)
Bill Geyts Bloomberg-in milyonerlər siyahısına rəhbərlik edir 

16 Noyabr 2019, 13:24 (GMT +4)
Tramp "impiçment" qaydalarını "millət üçün utanc" adlandırıb

16 Noyabr 2019, 13:16 (GMT +4)
Taliban girovluğundakı ABŞ və Avstraliya vətəndaşlarının təhvilini təxirə salıb

16 Noyabr 2019, 13:15 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

16 Noyabr 2019, 13:07 (GMT +4)
Nazirlik: Bəzi açıq meşə sahələri uzunmüddətli icarəyə verilib

16 Noyabr 2019, 12:58 (GMT +4)
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66