Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

“Judo Club 2012”nin karateçiləri Avropa çempionatında uğurla yarışıblar

05 Noyabr 2019, 17:08 (GMT +4)

Bakı, 5 noyabr, SalamNews.  Macarıstanın Monor şəhərində vado-kai karate üzrə 47-ci Avropa çempionatı keçirilib. 16 ölkədən 600-dən çox idmançının iştirak etdiyi yarışda Azərbaycan karateçiləri də qüvvələrini sınayıblar.

SalamNews xəbər verir ki, çempionatda ölkəmiz 10 idmançı ilə təmsil olunub. Avropa Vado-Kai Karate-Do Federasiyasının Azərbaycandakı rəsmi nümayəndəsi, “Judo Club 2012”nin karate bölməsinin rəhbəri, Əməkdar məşqçi Gündüz Mahmudovun rəhbərliyi altında Macarıstana yollanan karateçilərimiz fərdi yarışlarda 7 (2 qızıl, 4 gümüş, 1 bürünc) medal qazanıblar. Karateçilərimiz komanda yarışlarında da uğurla çıxış ediblər. 16-17 yaşlı idmançıların mübarizəsində bütün rəqiblərinə qalib gələn Azərbaycan komandası birinci yeri tutub. 

47-ci Avropa çempionatında medal qazanan idmançılar arasında “Judo Club 2012”nin yetirmələri də var. Çempionatda 8 idmançı ilə təmsil olunan klubun üzvləri fərdi yarışlarda 6 (2 qızıl, 3 gümüş, 1 bürünc) medala layiq görülüb. 14-15 yaşlı idmançıların mübarizəsində çıxış edən “Judo Club 2012”nin karateçisi Musa Məmmədov -63 kq çəki dərəcəsində qızıl medala sahib çıxıb. Klubun digər istedadlı yetirməsi Fərid Ağayev (-76 kq) isə 16-17 yaşlı idmançıların yarışında fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Kluba gümüş medalları 14-15 yaşlı idmançılar arasında çıxış edən Rəsul Abbasov (-57 kq), həmçinin 16-17 yaşlı idmançılar arasında yarışan Abbas Dadaşov (-68 kq) və Adil Quliyev (-76 kq) qazandırıblar. Klubun digər idmançısı Kənan Babayev (-68 kq) isə 16-17 yaşlı idmançıların mübarizəsində bürünc medala sahib olub.
“Judo Club 2012”nin yeniyetmə karateçiləri fərdi mübarizələrlə yanaşı, komanda yarışlarında da uğurla çıxış ediblər. Heyətində Kənan Babayev, Fərid Ağayev və Abbas Dadaşovun da yer aldığı komandamız 16-17 yaşınadək idmançılar arasında birinci yeri tutub.

Qeyd edək ki, Macarstana yollanan Azərbaycan yığmasının tərkibində “Judo Club 2012”nin karate bölməsi üzrə baş məşqçisi Namiq Pirverdiyev də yer alıb. Milli dərəcəli hakimimiz Vidadi Mahmudov isə 47-ci Avropa çempionatında ədaləti qoruyub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Judo Club 2012”nin yeniyetmə karateçiləri Avropa çempionatına yollanırlar

13 Noyabr 2019, 17:28 (GMT +4)
Prezident İlham Əliyev Misirin Nümayəndələr Palatası sədrinin birinci müavinini qəbul edib

13 Noyabr 2019, 17:12 (GMT +4)
Gömrük rəsmiləşdirilməsi üzrə təlimlər keçirilir

13 Noyabr 2019, 17:11 (GMT +4)
Türkiyə İŞİD terrorçusu olan 29 Azərbaycan vətəndaşını deportasiya edəcək

13 Noyabr 2019, 17:07 (GMT +4)
Azərbaycanlı skaut Dünya Skaut Hərəkatı tərəfindən mükafatlandırılıb

13 Noyabr 2019, 17:02 (GMT +4)
Hindistanın Kəşmirə humanitar yardım göndərilməsinə icazə verilməyib

13 Noyabr 2019, 16:57 (GMT +4)
Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrini qəbul edib

13 Noyabr 2019, 16:47 (GMT +4)
Suriya Ordusu minalanmış kamikadze maşınını zərərsizləşdirib (FOTO)

13 Noyabr 2019, 16:32 (GMT +4)
Tanınmış jurnalist Sevinc İsgəndərova yeni vəzifəyə təyin edilib

13 Noyabr 2019, 16:30 (GMT +4)
Azərbaycan komandası «Ən yaxşı səhnəciyi»-nə görə mükafatlandırılıb

13 Noyabr 2019, 16:25 (GMT +4)
Musiqi məktəbi "Yeni nəfəs" adlı solo konsert  proqramı təqdim edib

13 Noyabr 2019, 16:20 (GMT +4)
Prezident İlham Əliyev Rusiya Federasiya Şurasının sədr müavinini və komitə sədrini qəbul edib

13 Noyabr 2019, 16:17 (GMT +4)
İndoneziyada terror aktı törədilib

13 Noyabr 2019, 15:53 (GMT +4)
Rusiya XİN Boliviyadakı vəziyyətdən mənfəət güdməməyə çağırır

13 Noyabr 2019, 15:32 (GMT +4)
İlham Əliyev İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədrini qəbul edib

13 Noyabr 2019, 15:24 (GMT +4)
Türkiyənin şərqində "Kıran" əməliyyatının altıncı mərhələsi başlayıb

13 Noyabr 2019, 15:13 (GMT +4)
AQTİ işə qəbul üçün vakansiya elan edir

13 Noyabr 2019, 14:57 (GMT +4)
Almaniya və Hollandiya Türkiyədəki İŞİD terrorçularını qəbul etməyə hazırdır - nazir

13 Noyabr 2019, 14:34 (GMT +4)
Fələstin hərəkatları İsraillə hərbi qarşıdurmanın dayandırılması üçün vasitəçiləri rədd edəcəklərini bildiriblər

13 Noyabr 2019, 14:30 (GMT +4)
“Şahdəniz”dən indiyədək 112 milyard kubmetrdən çox təbii qaz çıxarılıb

13 Noyabr 2019, 14:11 (GMT +4)
Evo Morales Boliviyadakı hadisələri "məkrli çevriliş" adlandırıb

13 Noyabr 2019, 14:01 (GMT +4)
Göyçayda Abşeron sakininə qarşı soyğunçuluq edilib

13 Noyabr 2019, 13:50 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

13 Noyabr 2019, 13:41 (GMT +4)
Moskvada qanunsuz odlu silah gəzdirən azərbaycanlı tutulub

13 Noyabr 2019, 13:35 (GMT +4)
Nostrifikasiya ilə bağlı sənəd qəbulu müvəqqəti olaraq dayandırılır

13 Noyabr 2019, 13:24 (GMT +4)
Turagentliklər üçün yeni mexanizm hazırlanıb

13 Noyabr 2019, 13:19 (GMT +4)
İranın Fordo nüvə reaktoru uranı 20 faizlik zənginləşdirməyə hazır olduğunu bildirib

13 Noyabr 2019, 13:09 (GMT +4)
ABŞ-da "Google" layihəsinə qarşı istintaq başladılıb

13 Noyabr 2019, 13:02 (GMT +4)
Palata Ukrayna və Belarusun milli bankları ilə əməkdaşlıq edəcək

13 Noyabr 2019, 12:50 (GMT +4)
Bakıda sosial şəbəkələrdə narkotik satan dəstə üzvü saxlanılıb

13 Noyabr 2019, 12:24 (GMT +4)
"Sənədsiz məktəbli qalmasın” aksiyasına yenidən start verilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66