Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Bakıda "Nəsimi-650" adlı tədbir keçirilib

06 Noyabr 2019, 15:25 (GMT +4)

Bakı, 6 noyabr, SalamNews. Bakı Konqres Mərkəzində Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi "NƏSİMİ-650" adlı layihə çərçivəsində klassik Azərbaycan şairi, filosofu İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə "Nəsimi-650" adlı tədbir keçirilib.

SalamNews xəbər verir ki, tədbiri giriş sözü ilə açan Dünya Gənc Türk Yazarlar Birliyinin sədri İntiqam Yaşar bu il ölkəmizdə Prezident İlham Əliyevin sərəncamı ilə böyük şairimiz İmadəddin Nəsiminin yubileyinin geniş şəkildə qeyd edilməsini və bu ilin "Nəsimi ili" elan edilməsini Azərbaycan, eləcə də dünya mədəniyyətində əlamətdar hadisə adlandırdı. Qeyd etdi ki, DGTYB də öz növbəsində İmadəddin Nəsimi irsinin gənc nəslə daha dərindən və ətraflı çatdırılması üçün "Nəsimi ili"nə öz töhfəsini verir. Daha sonra çıxış edən DGTYB Məsləhət Şurasının başqanı, Atatürk Mərkəzinin şöbə müdiri, şair-publisist Əkbər Qoşalı Nəsimi yaradıcılığının fəlsəfi və mənəvi özəlliklərinə toxundu və vurğuladı ki, Nəsimi yaradıcılığını olduğu kimi, dərin qatları ilə gənc nəslə çatdırmaq olduqca önəmlidir. Onun insana verdiyi dəyər bu gün də aktualdır.

Tədbirdə Nəsimi irsinin tanınmış araşdırmaçısı, AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu Nəsimi qrupunun rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva şairin yaradıcılığında mühüm yer tutan hürufilikdən və İmadəddin Nəsiminin öz dövründə insanlara təsir etməsi qabiliyyətindən və onu ölümə aparan səbəblərdən ətraflı söhbət açdı. Daha sonra çıxış edən məruzəçilərdən Fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub Nəsimi yaradıcılığında irfan, həyat, fəlsəfə və s. çoxşaxəli qatlardan nümunələrlə misallar gətirərək izahlar verdi.

Tədbirdə çıxış edən qonaqlardan "Milli Hüquq Evi"nin rəhbəri bir oxucu kimi ona Nəsimi yaradıcılığında böyük təsir edən məqamlardan danışdı, Nəsimi yaradıcılığında insana, vətənə, dünyaya sevginin sərhədsiz olduğunu vurğuladı. Gənc Nəsimişünas, AMEA şərqşünaslıq institutunun dissertantı Vüsal Hətəmov şairin dərin fəlsəfi görüşləri barədə fikirlərini bölüşdü. Qəzəllərindən birinin beytlərini ayrı-ayrılıqda təhlil etdi. Təbrizdən gəlmiş şair-tədqiqatçı Məhəmmədrza Çalğın Nəsiminin təkcə İslam aləmi üçün deyil, bəşəriyyət üçün önəmli fikir adamı, filosof olduğunu vurğuladı. O qeyd etdi ki, sonrakı dövrlərdə Nəsiminin fəlsəfi fikrinin Avropada təsirinin olması danılmaz faktdır və bu təqdir olunmalıdır.

Əli Kərim adına poeziya evinin direktoru şair-tərcüməçi İbrahim İlyaslı "Nəsimi ili"nin Azərbaycan ədəbi və mədəni həyatında böyük canlanma yaratdığını vurğuladı. Nəsimi yaradıcılığı istiqamətində böyük işlərin görüldüyünü bildirdi. Ədəbiyyatşünas alim, yazar Təranə Turan Rəhimli çıxışında Dünya Gənc Türk Yazarlar Birliyinin icra etdiyi "NƏSİMİ-650" adlı layihəni təqdir etdi. Nəsimi yaradıcılığının böyük bəşəri məziyyətlərindən söz açdı. Məruzəçi alimlər tədbirin sonunda DGTYB-nin fəxri fərmanı ilə təltif edildilər. Daha sonra xatirə şəkli çəkilərək, tədbirə yekun vuruldu.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib

Gənclər Fonduna 4 milyon manat ayrılıb

Gənclər Fondu “GəncLİK” proqramının üçüncü seçim mərhələsinin nəticələrini açıqlayıb

Gənclər Fondu müsabiqənin nəticələrini açıqlayıb

Gənclər Fondu 13-cü qrant müsabiqəsini elan edib

Gənclər Fondu 12-ci qrant müsabiqəsinin nəticələrini elan edib

SalamNews Gənclər Fondu tərəfindən təltif edilib

Gənclər Fondu KOBİA ilə birgə forum keçirib (FOTOLAR)

Gənclər Fondu yazı müsabiqəsinin nəticələrini elan edib

Gənclər Fondu növbəti müsabiqə elan edib

Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib

"Asan Xidmət" və Gənclər Fondu yeni proqrama start verir

Gənclər Fondunun maliyyə dəstəyi “Enactus 2019” Milli yarışı keçirilib

Xaricdə oxumaq istəyənləri Gənclər Fondu maliyyələşdirəcək

Gənclər Fondunun dəstəyi ilə "Respublika Rəy Sorğusu" həyata keçirilir

Gənclər Fondu internet saytının yenilənmiş versiyasını təqdim edib

Gənclər Fondunun maliyyə dəstəyi 5 tələbə ABŞ-da olub

Gənclər Fondu yeni proqrama start verib

Gənclər Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib

Gənclər Fondu müsabiqənin nəticəsini elan edib

17 Noyabr 2019, 11:00 (GMT +4)
Azərbaycanda Milli Dirçəliş Günüdür

16 Noyabr 2019, 17:05 (GMT +4)
Ağsuda ağac kəsən şəxs cəzalanıb

16 Noyabr 2019, 17:00 (GMT +4)
Prezident İlham Əliyev latviyalı həmkarını təbrik edib

16 Noyabr 2019, 16:55 (GMT +4)
İspaniyada güclü qar yağıb

16 Noyabr 2019, 16:51 (GMT +4)
“Qala” qoruğunda ağacəkmə aksiyası keçirilib

16 Noyabr 2019, 16:42 (GMT +4)
Prezident İlham Əliyev Oman Sultanını təbrik edib

16 Noyabr 2019, 16:37 (GMT +4)
Əl-Bağdadinin 25 qohumu Türkiyədə saxlanılıb

16 Noyabr 2019, 16:30 (GMT +4)
Səudiyyə Ərəbistanın vəliəhdi husilərin nümayəndə heyətilə görüşəcək - Anadolu

16 Noyabr 2019, 16:19 (GMT +4)
Pompeo Makronun NATO-nun "beyin ölümü" ilə bağlı açıqlamasını  şərh edib

16 Noyabr 2019, 16:18 (GMT +4)
Vilayət Eyvazov İnterpolun Milli Mərkəzi Bürosunun yeni rəisini kollektivə təqdim edib

16 Noyabr 2019, 15:54 (GMT +4)
İraqda cümə namazını hədəfə alan terror aktının qarşısı alınıb

16 Noyabr 2019, 15:53 (GMT +4)
“Azərsun” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edib

16 Noyabr 2019, 15:52 (GMT +4)
ETSN Sumqayıtda kəskin iy-qoxu ilə bağlı araşdırma aparır

16 Noyabr 2019, 15:46 (GMT +4)
BDU kollektivi Universitet ərazisinə 650 ağac əkib

16 Noyabr 2019, 15:43 (GMT +4)
Ankara ABŞ-ın təhdidlərinə baxmayaraq S-400-dən istifadə edəcəyini açıqlayıb

16 Noyabr 2019, 15:20 (GMT +4)
Almaniyada İŞİD terrorçusu saxlanılıb

16 Noyabr 2019, 15:10 (GMT +4)
Lahıcda 228 il yaşı olan Bədöyün məscidi təmir ediləcək

16 Noyabr 2019, 14:49 (GMT +4)
ABŞ hərbçiləri Rusiya istehsalı "T-80" tankını sınaqdan keçirib

16 Noyabr 2019, 14:48 (GMT +4)
Suriyanın əl-Bab şəhərində şiddətli partlayış törədilib, azı 13 ölü var (VİDEO)

16 Noyabr 2019, 14:37 (GMT +4)
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vətəndaşları qəbul edib

16 Noyabr 2019, 14:11 (GMT +4)
Serbiya prezidenti ürək problemləri səbəbiylə xəstəxanaya yerləşdirilib

16 Noyabr 2019, 14:07 (GMT +4)
DQİDK-nin sədri Fələstin Prezidentinin Dini işlər və İslam münasibətləri üzrə müşaviri ilə görüşüb

16 Noyabr 2019, 14:04 (GMT +4)
İranda benzinin bahalaşmasına görə etiraz aksiyaları keçirilib

16 Noyabr 2019, 13:53 (GMT +4)
Paytaxtda qadına qarşı dələduzluq edən şəxs tutulub

16 Noyabr 2019, 13:39 (GMT +4)
Bill Geyts Bloomberg-in milyonerlər siyahısına rəhbərlik edir 

16 Noyabr 2019, 13:24 (GMT +4)
Tramp "impiçment" qaydalarını "millət üçün utanc" adlandırıb

16 Noyabr 2019, 13:16 (GMT +4)
Taliban girovluğundakı ABŞ və Avstraliya vətəndaşlarının təhvilini təxirə salıb

16 Noyabr 2019, 13:15 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

16 Noyabr 2019, 13:07 (GMT +4)
Nazirlik: Bəzi açıq meşə sahələri uzunmüddətli icarəyə verilib

16 Noyabr 2019, 12:58 (GMT +4)
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66