Səudiyyə Ərəbistanı Yəməndəki səfirliyini Adenə köçürəcək06 Noyabr 2019, 11:43 (GMT +4) Bakı, 6 noyabr, SalamNews. Səudiyyə Ərəbistanı Yəməndəki səfirliyini bu ölkənin müvəqqəti paytaxtı - Aden şəhərinə köçürəcək. SalamNews-un "Anadolu"ya istinadən xəbər verir ki, bunu "MBC" telekanalına açıqlamasında Səudiyyə Ərəbistanının Yəməndəki səfiri Məhəmməd əl-Cabir deyib.
Onun sözlərinə görə, Ər-Riyadda Yəmən hökyməti ilə Cənubi Keçid Şurası arasında imzalanan müqavilə Səudiyyə Ərəbistanının Adendəki səfirliyinin işini asanlaşdıracaq.
Nazir səfirliyin təhvil verilməsinin təfərrüatlarını açıqlamayıb.
Səudiyyə Ərəbistanı, 2015-ci ildə Yəməndəki müharibə səbəbiylə Sanadakı səfirliyini və Adendəki baş konsulluğunu Ciddəyə köçürüb.
|