Butinaya Dövlət Dumasında iş təklif oluna bilər06 Noyabr 2019, 12:10 (GMT +4) Bakı, 6 noyabr, SalamNews. Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin rəhbəri Leonid Slutski, Amerika həbsxanasından azad edilmiş Mariya Butinaya Dövlət Dumasında iş təklif oluna biləcəyini açıqlayıb.
SalamNews RİA Novosti-yə istinadən xəbər verir ki, Slutskinin sözlərinə görə, iş təklifi ilə bağlı qərar bir həftə sonra qəbul ediləcək.
Eyni zamanda, siyasətçi son qərarın Butinadan asılı olacağını qeyd edib.
Xatırladaq ki, 25 oktyabr 2019-cu ildə Mariya Butina ABŞ-dakı həbsxanadan azad edilib.
|