Türkiyə terrorçular haqqında məlumata 10 milyon lirə ödəyəcək06 Noyabr 2019, 13:20 (GMT +4) Bakı, 6 noyabr, SalamNews. Türkiyə Daxili İşlər Nazirliyi "Terrorizmlə mübarizə qanunu" çərçivəsində baş verən cinayətlərdə iştirak edən şəxslərin tutulmasına kömək üçün pul mükafatının ödənilməsinin yeni qaydalarını müəyyən edib.
SalamNews-un xəbərinə görə, müvafiq sərəncam Türkiyə hökumətinin rəsmi nəşri sayılan "Resmi Qazete"də yayımlanıb.
Fərmana əsasən, terror fəaliyyətində iştirak edən şəxslərin tutulması üçün 200 min türk lirəsinə qədər pul mükafatı ödəniləcək. Terror təşkilatlarının liderlərinə gəlincə bu məbləğ 50 qat artaraq 10 milyon lirəyə çata bilər.
|