Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Zakir Həsənov Fransanın yeni səfiri ilə hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edib

07 Noyabr 2019, 11:39 (GMT +4)

Bakı, 7 noyabr, SalamNews.Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Fransa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zakari Qros ilə görüşüb.

Müdafiə Nazirliyindən SalamNews-a verilən məlumata görə, Müdafiə naziri səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib və ona Azərbaycan ilə Fransa arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

Azərbaycan ilə Fransa arasında hərbi əlaqələrin genişləndirilməsi məsələlərinin müzakirə olunduğu görüşdə regiondakı hərbi-siyasi vəziyyət, beynəlxalq və regional təhlükəsizlik problemləri, eləcə də əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Qoşunların təmas xəttindəki hazırkı vəziyyət barədə diplomata məlumat verən Müdafiə naziri vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe regional təhlükəsizliyə ciddi təhdiddir. Nazir xüsusi qeyd edib ki, məsələnin həlli yolu beynəlxalq hüququn norma və prinsipləri əsasında Ermənistanın BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərini yerinə yetirməyə məcbur edilməsidir.

Fransanın bəzi şəhərləri ilə Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma rejim tərəfindən yaradılan “yerli hakimiyyət orqanları” arasında imzalanan bir neçə qanunsuz “müqavilə”nin Fransanın müvafiq məhkəmələrinin qərarları ilə ləğv olunmasını yüksək dəyərləndirən Müdafiə naziri Fransanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olaraq Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında səylərinin daha da artıracağına ümidvar olduğunu bildirib.

Müdafiə sahəsində ikitərəfli münasibətlərin əhəmiyyətini qeyd edən general-polkovnik Z.Həsənov Azərbaycan ilə Fransa arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın mövcud vəziyyətini yüksək qiymətləndirib.

Öz növbəsində ölkələrimiz arasında əməkdaşlığın və dost münasibətlərin olduğunu qeyd edən diplomat Fransanın Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.

Səfir Z.Qros Fransanın Azərbaycan ilə müdafiə sahəsində, xüsusilə hərbi-texniki, hərbi təhsil, hərbi tibb sahələrində birgə layihələrin həyata keçirildiyini və bu proqramların inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Görüşdə tərəflər Fransanın müdafiə məhsulları istehsal edən bir sıra şirkətləri tərəfindən Azərbaycanda həyata keçirilən müxtəlif layihələrin hazırkı vəziyyətini, eləcə də müdafiə və təhlükəsizlik sahələrində qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə “Bayraq yürüşü” keçirəcək

Rusiya Müdafiə Nazirliyi S-400 kompleksini alıb

Zakir Həsənov Türkiyə Müdafiə Nazirliyinə təşəkkür edib

Azərbaycan Müdafiə Nazirliyi Pakistan tərəfinə başsağlığı verib

Müdafiə Nazirliyi: Qəzaya uğramış hərbi təyyarənin axtarışı davam edir (FOTOLAR)

Müdafiə Nazirliyi: Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul balları artırılıb

Müdafiə Nazirliyi: Monitorinq insidentsiz başa çatıb

Müdafiə Nazirliyi: ABŞ indiyədək Azərbaycana heç bir silah satmayıb

Türkiyə Müdafiə Nazirliyi  S-400 üçün yer axtarmağa başlayıb

Azərbaycan Müdafiə Nazirliyi Rusiya tərəfinə başsağlığı verib

Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərə müraciət edib

Müdafiə Nazirliyi: Qoşunların təmas xəttində nisbi sakitlikdir

Müdafiə Nazirliyi: Atəşkəs ara-sıra açılan atəşlə pozulub

Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib

ABŞ nümayəndə heyəti Müdafiə Nazirliyinin hərbi hissəsində olub

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti “MILEX -2019” beynəlxalq sərgisində iştirak edəcək

Müdafiə Nazirliyinin nümayəndə heyəti Moskvaya gedəcək

FHN Goranboyda baş verən yanğını söndürmək üçün Müdafiə Nazirliyindən kömək istəyib

Müdafiə Nazirliyi vətəndaşlara və KİV nümayəndələrinə müraciət edib

Müdafiə Nazirliyi: Ermənistan müdafiə nazirinin beynəlxalq terrorçu kimi çıxış etməsi anormal düşüncəli şəxsin sayıqlamasıdır

14 Noyabr 2019, 13:50 (GMT +4)
Tusk Rusiyanı AB-nin "strateji problemi" adlandırıb

14 Noyabr 2019, 13:42 (GMT +4)
İntensiv aksiyalardan sonra Küveyt hökuməti istefa verib

14 Noyabr 2019, 13:38 (GMT +4)
Vilayət Eyvazov Fransa səfirini qəbul edib

14 Noyabr 2019, 13:18 (GMT +4)
İsveçdə 30 il gizlənən "cəllad" həbs edilib

14 Noyabr 2019, 13:04 (GMT +4)
Azərbaycanın Energetika naziri Qazaxıstana səfər edəcək

14 Noyabr 2019, 13:00 (GMT +4)
KOB-ların maliyyələşdirilməsinə dair ictimai müzakirə təşkil edilib

14 Noyabr 2019, 12:41 (GMT +4)
Ərdoğan Trampın məktubunu ona qaytarıb

14 Noyabr 2019, 12:30 (GMT +4)
AQTA quş qripi ilə bağlı epizotoloji monitorinqlərə başlayıb

14 Noyabr 2019, 12:23 (GMT +4)
İranın cənub şərqində avtoqəza nəticəsində 28 nəfər həyatını itirib

14 Noyabr 2019, 12:14 (GMT +4)
Prezident İlham Əliyev “Heydər Əliyev” ordenini Şeyxülislam Allahşükür Paşazadəyə təqdim edib

14 Noyabr 2019, 12:03 (GMT +4)
Quaydonun tərəfdarları Venesuelanın Braziliyadakı səfirliyini işğal ediblər

14 Noyabr 2019, 11:55 (GMT +4)
UNESKO Baş Konfransında Azərbaycan nümayəndə heyəti erməni yalanlarını ifşa edib

14 Noyabr 2019, 11:42 (GMT +4)
ABŞ senatoru 1915-ci illə bağlı qətnaməyə veto qoyub

14 Noyabr 2019, 11:32 (GMT +4)
Livan və İraqdakı aksiyaları daxili müharibəyə çevirmək istəyənlər var - İran prezidenti

14 Noyabr 2019, 11:16 (GMT +4)
Siyasi maraqlar naminə tarixin təhrif edilməsi qəbuledilməzdir - Ərdoğan

14 Noyabr 2019, 11:06 (GMT +4)
Suriya Ordusu İdlibdə hərbi əməliyyata başlayıb

14 Noyabr 2019, 11:06 (GMT +4)
Sağlamlıq imkanları məhdud uşağa müavinət və ona qulluq edənə təqaüdün təyinatı elektronlaşdırılıb

14 Noyabr 2019, 10:54 (GMT +4)
ABŞ Konqresində impiçmentlə bağlı açıq iclas başlayıb

14 Noyabr 2019, 10:47 (GMT +4)
Azərbaycanda gələn il üçün yaşayış minimumunun məbləği məlum olub

14 Noyabr 2019, 10:33 (GMT +4)
İslam dünyasının birliyi ilə bağlı Beynəlxalq Vəhdət Konfransı işinə start verib (VİDEO)

14 Noyabr 2019, 10:27 (GMT +4)
Türkiyə ABŞ ilə münasibətlərdə yeni bir səhifə açmağa hazırdır - Ərdoğan

14 Noyabr 2019, 10:16 (GMT +4)
Dünya dini liderlərinin II Bakı Sammiti başlayırb

14 Noyabr 2019, 10:04 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub

14 Noyabr 2019, 09:57 (GMT +4)
Rusiyada kollecdə atışma olub, ölən və yaralananlar var

14 Noyabr 2019, 09:49 (GMT +4)
İsrail və fələstinli hərəkatlar atəşkəs elan ediblər

14 Noyabr 2019, 09:46 (GMT +4)
Hacı Şahin: Bu gün də dünya Peyğəmbər (s) nümunəsinə ehtiyaclıdır

14 Noyabr 2019, 09:34 (GMT +4)
AzTU-da tanınmış şəxslər tələbələrə həyat hekayələrindən bəhs ediblər

14 Noyabr 2019, 09:14 (GMT +4)
İsrailin Qəzzaya aviazərbələrində ölənlərin sayı 32-ə çatıb (FOTO)

14 Noyabr 2019, 09:12 (GMT +4)
ABŞ və Türkiyə bölgədə barışığa töhfə verir - Tramp

14 Noyabr 2019, 09:07 (GMT +4)
Qida məhsullarının idxalının elektronlaşmasına start verilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66