Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

AQTA: Süd zülallarının isidilməsi müxtəlif zülal dəyişikliklərinə səbəb olur

07 Noyabr 2019, 13:53 (GMT +4)

Bakı, 7 noyabr, SalamNews.Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materaillar, sağlam qidalanma ilə bağlı tövsiyələr, yaxud gündəlik istifadə etdiyimiz qidalarla bağlı məsləhətlər rubrika vasitəsi ilə oxucuların diqqətinə çatdırılır. Bu dəfəki maarifləndirici mövzumuz isə “Süd və süd məhsullarının autizmli uşaqlara təsiri” mövzusunda olacaq.

Süd və süd məhsulları gündəlik qida rasionumuzun önəmli bir hissəsini təşkil edir. Bu məhsullar zülal, kalsium, B2 və B12 vitaminləri də daxil olmaqla bir çox qida maddəsinin mənbəyi hesab olunur. Süd məhsullarının tərkibindəki kalsium, sümük və dişlərin sağlam inkişafında, eləcə də hüceyrələrin normal fəaliyyətində xüsusi rol oynayır. Həmin qidaların tərkibindəki keyfiyyətli zülal isə uşaqlarda böyümə, böyüklərdə toxuma bərpası və hər yaş qrupunda orqanizmin fəaliyyətinə müsbət istiqamətdə təsir göstərir. Lakin autizmdən əziyyət çəkən uşaqlarda bu heç də belə deyil. Çünki süd və süd məhsullarındakı əksəriyyətini antibiotiklər, hormonlar, antihelmintik preparat, pestisid və baytarlıq dərmanları təşkil edən kimyəvi çirkləndiricilər autizm xəstəliyinin yaranması və gedişatında köməkçi faktor ola bilir. Həyat boyu davam edən autizm isə uşaqların sosial münasibətlərində, ünsiyyət vərdişlərində, təxəyyüllərinin inkişafında zəiflik və ya tamamilə yox olma ilə müşahidə edilən xəstəlikdir. Onların vərdişlərində müşahidə edilən rutinləşmə qidalanmalarında da əks olunur. Məsələn, hər dəfə eyni tərkibli qida məhsullarından asılılıq da buradan qaynaqlanır.

Bir sıra tədqiqatlar göstərir ki, süd zülallarının isidilməsi, müxtəlif zülal dəyişikliklərinə səbəb olur. Bu da onların həzmini həm in vitro, həm də in vivo azaldır. İnək südünün sənaye sterilizasiyası və qatıq emalında istifadə edilənə yaxın dərəcədə isidilməsi tərkibindəki kazein zülalını həzmə daha dözümlü hala gətirir. Bu zülalın istilik təsirindən aqreqatlaşması ehtimalı ilə izah olunur. Bundan əlavə radiasiya, qələvi emalı, oksidləşmə, yüksək təzyiq emalı, ekstruziya və qidaların dondurulması-əridilməsi tsikli də protein həzminə təsir göstərə bilər. Ultra emal olunmuş qidaların digər zərərli xüsusiyyətlərinə əlavə olaraq, bəzi emal üsullarının qida zülallarının həzminə olan mənfi təsiri nəzərə alınaraq autizmli uşaqların pəhrizində minimal emal edilmiş süd, yumurta, ət və balıq və s. məhsulları yer almalıdır.

Autizmli uşaqlarda kazein və qlutendən təmizlənmiş pəhrizlə bağlı aparılan araşdırmada uşaqların qan nümunələrində CD26, CD69, streptokinaza, gliadin, kazein və IgG, IgM, IgA anticisimləri araşdırılıb. Əksəriyyətində də kazein və qliadinə qarşı anticisimlərin olduğu aşkarlanıb. Bundan əlavə streptokinaz gliadin və kazeinin limfosit və toxuma enziminə birləşməsi autizmli uşaqlarda iltihablaşma və immunitet reaksiyalarına səbəb ola bilir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AQTA: Mehmanxanalarda reydlər davam etdirilir

AQTA sahibkarlara xəbərdarlıq edib

AQTA sahibkarlara müraciət edib

AQTA yanında İctimai Şuranın üzvlüyünə seçkilər keçiriləcək

AQTA: Kafe-restoranlarda dezinfeksiya işləri aparılmalı, hər bir masada dezinfeksiyaedici yerləşdirilməlidir (FOTO)

AQTA kafe-restoranlarda işçilər və müştərilərin əməl etməli olduğu qaydalar haqqında açıqlama yayıb (FOTO)

AQTA əməkdaşları daha 139 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirib

AQTA ictimai iaşə müəssisələrinə çağırış edib

AQTA sədrinə yeni müavin təyin olunub

AQTA iaşə müəssisələrinə müraciət edib

AQTA fındıq istehsalçıları və ixracatçıları ilə onlayn görüş keçirib

AQTA yeni sistem yaradıb

AQTA 76 iaşə və ərzaq satışı müəssisəsində qayda pozuntusu aşkarlayıb

AQTA 145 obyektdə reyd keçirib, 68-də qanunsuzluq aşkarlanıb

AQTA: Daha 78 obyektdə qanun pozuntuları aşkarlanıb

AQTA qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısını alıb

AQTA: Daha 111 obyektdə qaydaların kobud şəkildə pozulması faktları aşkarlanıb

AQTA 98 müəssisədə kobud pozuntular aşkarlayıb

AQTA könüllü qəbulu elan edib

AQTA yoxlamalarla bağlı yeni elektron sistemin tətbiqinə başlayıb

29 Sentyabr 2020, 13:30 (GMT +4)
MN: Ermənistan ordusunun alay komandiri ağır yaralanıb

29 Sentyabr 2020, 13:25 (GMT +4)
Angela Merkel Prezident İlham Əliyevə telefonla zəng edib

29 Sentyabr 2020, 13:21 (GMT +4)
Milli Məclisin Sədri ilə ATƏT Parlament Assambleyasının prezidenti arasında telefon danışığı olub

29 Sentyabr 2020, 13:05 (GMT +4)
XİN və Baş Prokurorluq birgə bəyanat yayıb

29 Sentyabr 2020, 13:02 (GMT +4)
Rusiyada son sutkada 8232 nəfər koronavirusa yoluxub

29 Sentyabr 2020, 12:55 (GMT +4)
MN: Füzulidə düşmənin əks-hücum cəhdi dəf edilib

29 Sentyabr 2020, 12:48 (GMT +4)
MN: Düşmənin komanda müşahidə məntəqəsi darmadağın edilib

29 Sentyabr 2020, 12:41 (GMT +4)
XİN: BMT Təhlükəsizlik Şurasının qətnamələri məcburi xarakter daşıyır

29 Sentyabr 2020, 12:38 (GMT +4)
Biz ölkə ərazisindən silah-sursatın keçməsinə imkan vermərik – İran XİN

29 Sentyabr 2020, 12:37 (GMT +4)
Baş Prokurorluq: Mülki əhalinin atəşə tutulması ilə bağlı 5 cinayət işi başlanılıb

29 Sentyabr 2020, 12:30 (GMT +4)
İlham Əliyev: "Bu dəfə biz onlara növbəti dərs verəcəyik"

29 Sentyabr 2020, 12:27 (GMT +4)
Ermənilər Xankəndindən qaçır - KİV

29 Sentyabr 2020, 12:18 (GMT +4)
Müğənni Sami Yusuf Azərbaycana dəstəyini ifadə edib

29 Sentyabr 2020, 12:18 (GMT +4)
QMİ sədri: Ölkə dindarları dövlət rəhbərimizin qətiyyətli addımlarını dəstəkləyirlər 

29 Sentyabr 2020, 12:11 (GMT +4)
Gürcüstanda koronavirusa yoluxmanın sayına görə anti-rekord yenilənib

29 Sentyabr 2020, 12:10 (GMT +4)
Ermənistan ordusunun daha bir zabiti məhv edilib (RƏSMİ)

29 Sentyabr 2020, 12:06 (GMT +4)
MN: Ermənistan ordusunun daha bir zabiti məhv edilib

29 Sentyabr 2020, 12:02 (GMT +4)
Azərbaycan MN: Qələbə bizimlədir!

29 Sentyabr 2020, 12:00 (GMT +4)
MN: Ermənistan tərəfi köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir

29 Sentyabr 2020, 11:51 (GMT +4)
Ceyhun Bayramovla Britaniyanın dövlət naziri arasında telefon danışığı olub

29 Sentyabr 2020, 11:45 (GMT +4)
Müqtəda Sədr İraqda yeni vətəndaş müharibəsi barədə xəbərdarlıq edib

29 Sentyabr 2020, 11:41 (GMT +4)
Ermənistan Ordusu İTV-nin avtomobilinə atəş açıb

29 Sentyabr 2020, 11:39 (GMT +4)
ABŞ-da atışma baş verib, ölənlər var

29 Sentyabr 2020, 11:30 (GMT +4)
Ermənistan ordusunun alayı darmadağın edilib - MN

29 Sentyabr 2020, 11:24 (GMT +4)
Müdafiə Nazirliyi: Ermənistan ordusunun polkovniki məhv edilib

29 Sentyabr 2020, 11:19 (GMT +4)
MN: Düşmənin “Uraqan” yaylım atəş sistemi məhv edilib

29 Sentyabr 2020, 11:16 (GMT +4)
Vaqif Dərgahlı: Azad edilən ərazilərin bir qarışı belə itirilməyib

29 Sentyabr 2020, 11:10 (GMT +4)
Cəbhə bölgəsində yerləşən 468 məktəbin dərs cədvəllərinə dəyişiklik edilib

29 Sentyabr 2020, 10:56 (GMT +4)
Türkiyəli millət vəkili ATƏT Minsk Qrupunu ləğv etməyə çağırıb 

29 Sentyabr 2020, 10:50 (GMT +4)
MN: Növbəti düşmən tankları məhv edilib (VİDEO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66