Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Bakı metrosunda "Dieqo və Frida. Yolun yarısında bir təbəssüm" adlı sərgi açılıb (FOTOLAR)

07 Noyabr 2019, 16:00 (GMT +4)

 

Bakı, 7 noyabr, SalamNews. Parlaq şəxsiyyətləri ilə XX əsrin fenomeninə çevrilən, Meksikada incəsənət tarixinin ən çox müzakirə olunan cütlüklərindən biri Dieqo Rivera və Frida Kalonun 2002-ci ildə öz ev muzeylərində keçirilən sərgilərindən sonra ikinci dəfə “Dieqo və Frida. Yolun yarısında bir təbəssüm” adlı sərginin açılışı məhz Bakıda, noyabr ayının 7-də “Gənclik” stansiyasında keçirilib.

SalamNews xəbər verir ki, Meksikanın Azərbaycan səfirliyinin təşəbbüsü ilə Meksika həftəsi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin yaxından iştirakı və Unibankın təşkilati dəstəyi ilə keçirilən bu unikal sərginin açılışında Meksikanın Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini Flores, “Bakı Metropoliteni” QSC sədrinin müavini Hidayət Məmmədov, Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədri Arif Mərdanov, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Unibankın rəsmi nümayəndələri iştirak ediblər.

Sərgini açıq elan edən mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov tamaşaçıları salamlayaraq Meksikanın Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini Floresə söz verib. Səfir Azərbaycan və Meksika arasındakı mədəni əlaqələrin inkişafına toxunaraq, səfirlik tərəfindən bu istiqamətdə təşkil edilmiş sərgilərdə Meksika rəssamlıq nümunələrinin nəinki Bakı, eyni zamanda, Azərbaycanın digər şəhərlərində də nümayiş olunduğunu sərgi iştirakçılarının diqqətinə çatdırıb. “Dieqo və Frida. Yolun yarısında bir təbəssüm” adlı sərginin də metro keçidlərində təşkil edilməsinin əsas məqsədinin bütün dünyada məşhur olan cütlüyün sənət dünyası ilə paytaxt sakinlərini və şəhərimizin qonaqlarını yaxından tanış etmək olduğunu söyləyib, təşkilatçılara da dərin təşəkkürünü bildirib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin beynəlxalq layihələr və innovasiyalar sektorunun müdiri Ramil Əbubəkirov öz çıxışında bu sərgidə tamaşaçılara təqdim olunmuş Dieqo Rivera və Frida Kalonun 90-dan artıq əsərlərinin seçilməsində nazirlik əməkdaşlarının da yaxından iştirak etdiyini xüsusi olaraq vurğulayıb, həmçinin belə sosialyönümlü layihələrin Bakı metropoliteni tərəfindən təşkilini təqdirəlayiq addım kimi qiymətləndirib.

Daha sonra tədbir iştirakçılarını salamlayan “Bakı Metropoliteni” QSC sədrinin müavini Hidayət Məmmədov Meksikanın görkəmli incəsənət nümayəndələrinin sərgisinin məhz Bakı metropolitenində keçirilməsinin iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın daha da inkişafına mühüm töhfə verəcəyi və münasibətlərin inkişafında böyük rol oynayacağına əminliyini ifadə edib. H. Məmmədov öz çıxışında onu da xüsusi olaraq vurğuladı ki, sərnişin axınının sıx olduğu metropolitendə belə bir sosialyönümlü layihənin keçirilməsi incəsənət və mədəniyyətin təbliği baxımından əhəmiyyətli addımdır.

Tədbirdə iştirak edən Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədri Arif Mərdanov öz çıxışında bildirdi ki, paytaxt sakinlərinin bu nadir sənət inciləri ilə məhz metro stansiyanın keçidlərində tanış olmağın onlar üçün əla fürsət olduğunu qeyd edərək, təşkilatçılara öz təşəkkürünü bildirib.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bu layihənin QSC-nin sosialyönümlü layihələrinin tərkib hissəsi olmaqla yanaşı, metro sərnişinlərinə ilk ictimai töhfəsi olduğunu da sərgi iştirakçılarının diqqətinə çatdırıb. B.Məmmədov onu da vurğulayıb ki, bu sərginin əsas məqsədi stansiya keçidlərindən istifadə edənləri, eləcə də sənətsevərləri Dieqo Rivera və Frida Kalonun sənət əsərlərinin incəlikləri ilə yaxından tanış etməkdir. "Bakı Metropoliteni" QSC-nin xidmət şöbəsinin rəisi Lalə Babayeva açılış mərasimindən sonra sərgi ilə yaxından tanış olan iştirakçıların nəzərinə çatdırıb ki, əsərlərlə ətraflı tanışlığı sərgini tərk etdikdən sonra da şəkil üzərindəki kod vasitəsi ilə virtual şəkildə izləmək mümkündür. Bunun üçün smartfon və planşetlərə “QR-code” proqramını yükləmək kifayətdir. L.Babayeva onu da bildirib ki, sərginin nümayişi altı ay müddətində davam etdiriləcək.

Onu da xüsusi olaraq qeyd etməliyik ki, sərgi dünyada populyar Meksika milli musiqisi olan Mariaçi ilə müşayiət edilib. Tədbir mərasimə toplaşanların xoş ovqatlı söhbət və sənət inciləri ətrafında apardıqları müzakirələrlə davam edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

"Bakı Metropoliteni" bu gün 2 yeni qatarını xəttə buraxır

“Bakı Metropoliteni”nin daha bir vəzifəli şəxsi vəfat edib

"Bakı Metropoliteni"nin 29 əməkdaşı koronavirusa yoluxub

Bakı metrosunun xidmət rəisi vəfat edib

Bakıya daha dörd yeni metro qatarı gətirilib

DİN: Metroda polisə müqavimət göstərən 5 nəfər barəsində cinayət işi açılıb

DİN metroda polis əməkdaşları ilə vətəndaşların mübahisəsinə aydınlıq gətirib

DİN metrodan istifadə edən sərnişinlərə xəbərdarlıq edib

Bakı metrosunda intihara cəhd olub

Bakı Metropoliteninə giriş məhdudlaşdırılıb

“Bakı Metropoliteni” sərnişinlərə xəbərdarlıq edib

Bakı metrosunda maska taxmayan sərnişin həbs edilib

Bakı metrosunda sərnişinlərin hərarəti yoxlanılır

Bakı metrosunda generator stansiyaları hazır vəziyyətə gətirilib

Metroda bir sərnişinin daşınması 52 qəpiyə başa gəlir

Sosial məsafə qorunmasa, koronavirusa yoluxma arta, metro yenidən bağlana bilər

Sabahdan metroda sərnişinlərin hərarəti yoxlanılacaq

Bakı Metropoliteni sabahdan fəaliyyətini bərpa edir

Bakıda metronun bərpa edəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirilib

Nazirlər Kabineti: Metronun fəaliyyətinin bərpası məsələsi müzakirə olunur

04 İyul 2020, 17:05 (GMT +4)
AQTA: Daha 78 obyektdə qanun pozuntuları aşkarlanıb

04 İyul 2020, 17:00 (GMT +4)
Lənkəran sakinindən 11 kq-dan çox narkotik vasitə götürülüb

04 İyul 2020, 16:47 (GMT +4)
Tacikistanda 5 bal gücündə zəlzələ baş verib

04 İyul 2020, 16:33 (GMT +4)
İsrail qüvvələri fələstinlilərin aksiyasına müdaxilə edib, 23 nəfər xəsarət alıb

04 İyul 2020, 16:27 (GMT +4)
Əflatun Amaşov: KİV-lərin ümumrespublika konfransı keçiriləcək

04 İyul 2020, 16:19 (GMT +4)
NYT: ABŞ kəşfiyyatı Rusiyanın Talibanla əlaqələrinə dair dəlil olmadığını iddia edir

04 İyul 2020, 16:08 (GMT +4)
“İcazələrin Alınması və Monitorinqi Sistemi”ndə bir sıra yeniliklər tətbiq edilib

04 İyul 2020, 15:50 (GMT +4)
AMEA-nın şöbə müdiri vəfat edib

04 İyul 2020, 15:47 (GMT +4)
"Mançester Siti" Messinin yeni klubu ola bilər

04 İyul 2020, 15:29 (GMT +4)
İranda koronavirusa yoluxanlardan 198 mini sağalıb

04 İyul 2020, 15:29 (GMT +4)
Qazaxda nişan mərasimi etmək istəyən şəxslər saxlanılıb

04 İyul 2020, 15:18 (GMT +4)
Ermənistanda son sutkada 580 nəfər COVID-19-a yoluxub, 8 nəfər ölüb

04 İyul 2020, 15:07 (GMT +4)
Abşeronda qanunsuz işləyən dərzi sexi aşkarlanıb, 56 nəfər cərimələnib

04 İyul 2020, 14:51 (GMT +4)
Türkiyə Kaşıqçının işi üzrə şəffaflığı təmin edib

04 İyul 2020, 14:34 (GMT +4)
Əlcəzair Fransaya qarşı mübarizə aparmış şəhid cənazələrini Paris muzeyindən ölkəyə gətirib (FOTO)

04 İyul 2020, 14:34 (GMT +4)
Qanunsuz yollarla Bakıdan Qəbələyə gələn şəxslər cəzalandırılıblar

04 İyul 2020, 14:30 (GMT +4)
Sahibkarlara hüquqi xidmətlərin göstərilməsi müzakirə edilib

04 İyul 2020, 14:20 (GMT +4)
Yenilənmiş Rusiya Konstitusiyasının mətni dərc edilib

04 İyul 2020, 14:06 (GMT +4)
Bakıda alternativ qaz xətləri yaradılır

04 İyul 2020, 13:49 (GMT +4)
Bostonda baş verən atışma ilə bağlı iki nəfər saxlanılıb

04 İyul 2020, 13:46 (GMT +4)
İranda dolların qiyməti rekord həddə bahalaşıb

04 İyul 2020, 13:40 (GMT +4)
Şamaxıda ictimai iaşə və ərzaq satışı müəssisələrində reydlər keçirilir (FOTO)

04 İyul 2020, 13:20 (GMT +4)
KİV: Hindistanın şimal-şərqində sel nəticəsində təxminən 60 nəfər ölüb

04 İyul 2020, 13:13 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

04 İyul 2020, 13:00 (GMT +4)
Bakıda geniş miqyaslı dezinfeksiya işləri aparılır 

04 İyul 2020, 12:50 (GMT +4)
ABŞ, Taliban və hökumət Əfqanıstandaxili sülh danışıqlarının zamanını təyin edə bilməyiblər

04 İyul 2020, 12:44 (GMT +4)
Rusiyada son sutkada koronavirusa yoluxanların sayı 6 632 nəfər artıb

04 İyul 2020, 12:41 (GMT +4)
DYP: 2 491 hərəkət iştirakçısı karantin qaydalarını pozub

04 İyul 2020, 12:25 (GMT +4)
Forbes: İlon Maskın sərvəti bir həftədə $5 milyard artıb

04 İyul 2020, 12:15 (GMT +4)
İran Nətənz nüvə obyektindəki hadisənin səbəbilə bağlı açıqlamanı təxirə salıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66