Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Ağdamda yeni məktəb binasının açılışı olub

07 Noyabr 2019, 16:38 (GMT +4)

Bakı, 7 noyabr, SalamNews.Noyabrın 7-də Ağdam rayonu I Yüzbaşılı kənd tam orta məktəbinin açılış mərasimi keçirilib.

Tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, məktəbin pedaqoji kollektivi, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdən əvvəl Təhsil nazirinin müavini Firudin Qurbanov və Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Heydər Əliyev Mərkəzinin qarşısında ulu öndərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Açılış mərasimində çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov 9 Noyabr- Dövlət Bayrağı Günü ərəfəsində Ağdamda I Yüzbaşılı kənd tam orta məktəbinin yenidənqurmadan sonra istifadəyə verilməsinin sevindirici hal olduğunu deyib. Firudin Qurbanov qeyd edib ki, cəbhə zonasında belə bir məktəbin istifadəyə verilməsi çox böyük əhəmiyyətə malikdir. Nazir müavini diqqətə çatdırıb ki, ölkə başçısı tərəfindən qarşımıza qoyulan əsas vəzifə yüksək istedad və qabiliyyətə, eləcə də milli-mənəvi dəyərlərə sahib vətənpərvər gənclərin yetişdirilməsidir.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov yeni məktəbin istifadəyə verilməsi münasibətilə məktəbin kollektivini təbrik edib, son illər təhsilin inkişafı üzrə əhəmiyyətli işlərin görüldüyünü deyib.

Tədbirdə məktəb haqqında qonaqlara məlumat verilib. Bildirilib ki, təhsil müəssisəsi 1991-ci ildən fəaliyyətə başlayıb. Məktəb binası ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə müasir standartlara əsasən yenidən tikilərək istifadəyə verilib. Yeni tədris binası 132 şagird yerlikdir. Hazırda məktəbdə 110 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 31 müəllim məşğul olur. Təhsil müəssisəsində 13 məktəbəqədər hazırlıq qrupu fəaliyyət göstərir.

Sonra Ağdam rayonu Əhmədağalı kənd tam orta məktəbinin müəllim və şagird heyəti ilə görüş keçirilib. Firudin Qurbanov onlarla səmimi söhbət aparıb. Nazir müavini məktəbdə yaradılmış şəraitlə tanış olub. Bildirilib ki, ümumi təhsil müəssisəsi 1990-cı ilin sentyabrında istifadəyə verilib və məktəbin məzunu olmuş şəhid Müşviq Hüseynovun adını daşıyır. 2013-cü ildə məktəb əsaslı təmir edilib. Tədris binasında 18 sinif otağı, idman, akt zalları, fənn laboratoriyaları, müəllimlər otağı, direktor otağı, kitabxana və yardımçı otaqlar var. Məktəbdə 287 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 50 müəllim məşğul olur. Ötən tədris ilində məktəbi bitirən 14 nəfərdən 13-ü tələbə adını qazanıb.

Daha sonra məktəbə Təhsil Nazirliyinin hədiyyələri təqdim olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

BMT yenidən Colan Yüksəkliklərilə bağlı qətnamə çıxarıb: Bölgə Suriya ərazisidir

ABŞ senatoru 1915-ci illə bağlı qətnaməyə veto qoyub

Konqres Trampın impiçmenti ilə bağlı qətnamə qəbul edib

ABŞ Konqresi Rusiyanın G7-yə daxil olmasına qarşı qətnamə qəbul edib

PA: ABŞ Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” haqqında qətnaməsini qərəzli və ədalətsiz hesab edirik

ABŞ-ın Türkiyə əleyhinə qətnamələri Suriyaya görə Ankaradan qisas almaqdır - Çavuşoğlu 

ABŞ Konqresi qondarma "erməni soyqırımı"nı tanıyan qətnamə qəbul edib

Reuters: Esseksdə yük maşınında aşkar edilən cəsədlər vyetnamlılara aid ola bilər

Prezident İlham Əliyev Vyetnamın vitse-prezidentini qəbul edib

Husilər ABŞ-ın Səudiyyəyə yeni qüvvə göndərməsinə münasibət bildirib: Vyetnamdan ibrət götürün

Kreml Tramp və Zelenskinin arasındakı söhbətin mətninin açıqlanmasına münasibət bildirib

KTN-nin dəstəklədiyi ilk aqrobiznes dəyər zənciri layihələri fəaliyyətə başlayıb

Rusiyalı ekspert: Siyasi iradə olmadığı üçün BMT-nin Qarabağla bağlı qətnamələri icra edilmir

Prezident İlham Əliyev Vyetnam və Slovakiyanın dövlət başçılarını təbrik edib

KTN 200 əməkdaşına yeni subsidiya qaydaları ilə bağlı təlimlər keçməyə başlayıb

Vyetnamda daşqınlar nəticəsində bir nəfər ölüb, 13 nəfər itkin düşüb

NRYTN "Bakı-2019"la bağlı gücləndirilmiş iş rejiminə keçib

ABŞ Nümayəndələr Palatası Tramp Administrasiyasının Səudiyyəyə silah satışına qarşı qətnamə çıxarıb

İsrail Qüdsün əhalisinin etnik tərkibini dəyişdirməyə çalışır - Çavuşoğlu

Tramp ona qarşı qəbul edilən qətnaməyə münasibət bildirib 

17 Noyabr 2019, 11:00 (GMT +4)
Azərbaycanda Milli Dirçəliş Günüdür

16 Noyabr 2019, 17:05 (GMT +4)
Ağsuda ağac kəsən şəxs cəzalanıb

16 Noyabr 2019, 17:00 (GMT +4)
Prezident İlham Əliyev latviyalı həmkarını təbrik edib

16 Noyabr 2019, 16:55 (GMT +4)
İspaniyada güclü qar yağıb

16 Noyabr 2019, 16:51 (GMT +4)
“Qala” qoruğunda ağacəkmə aksiyası keçirilib

16 Noyabr 2019, 16:42 (GMT +4)
Prezident İlham Əliyev Oman Sultanını təbrik edib

16 Noyabr 2019, 16:37 (GMT +4)
Əl-Bağdadinin 25 qohumu Türkiyədə saxlanılıb

16 Noyabr 2019, 16:30 (GMT +4)
Səudiyyə Ərəbistanın vəliəhdi husilərin nümayəndə heyətilə görüşəcək - Anadolu

16 Noyabr 2019, 16:19 (GMT +4)
Pompeo Makronun NATO-nun "beyin ölümü" ilə bağlı açıqlamasını  şərh edib

16 Noyabr 2019, 16:18 (GMT +4)
Vilayət Eyvazov İnterpolun Milli Mərkəzi Bürosunun yeni rəisini kollektivə təqdim edib

16 Noyabr 2019, 15:54 (GMT +4)
İraqda cümə namazını hədəfə alan terror aktının qarşısı alınıb

16 Noyabr 2019, 15:53 (GMT +4)
“Azərsun” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edib

16 Noyabr 2019, 15:52 (GMT +4)
ETSN Sumqayıtda kəskin iy-qoxu ilə bağlı araşdırma aparır

16 Noyabr 2019, 15:46 (GMT +4)
BDU kollektivi Universitet ərazisinə 650 ağac əkib

16 Noyabr 2019, 15:43 (GMT +4)
Ankara ABŞ-ın təhdidlərinə baxmayaraq S-400-dən istifadə edəcəyini açıqlayıb

16 Noyabr 2019, 15:20 (GMT +4)
Almaniyada İŞİD terrorçusu saxlanılıb

16 Noyabr 2019, 15:10 (GMT +4)
Lahıcda 228 il yaşı olan Bədöyün məscidi təmir ediləcək

16 Noyabr 2019, 14:49 (GMT +4)
ABŞ hərbçiləri Rusiya istehsalı "T-80" tankını sınaqdan keçirib

16 Noyabr 2019, 14:48 (GMT +4)
Suriyanın əl-Bab şəhərində şiddətli partlayış törədilib, azı 13 ölü var (VİDEO)

16 Noyabr 2019, 14:37 (GMT +4)
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vətəndaşları qəbul edib

16 Noyabr 2019, 14:11 (GMT +4)
Serbiya prezidenti ürək problemləri səbəbiylə xəstəxanaya yerləşdirilib

16 Noyabr 2019, 14:07 (GMT +4)
DQİDK-nin sədri Fələstin Prezidentinin Dini işlər və İslam münasibətləri üzrə müşaviri ilə görüşüb

16 Noyabr 2019, 14:04 (GMT +4)
İranda benzinin bahalaşmasına görə etiraz aksiyaları keçirilib

16 Noyabr 2019, 13:53 (GMT +4)
Paytaxtda qadına qarşı dələduzluq edən şəxs tutulub

16 Noyabr 2019, 13:39 (GMT +4)
Bill Geyts Bloomberg-in milyonerlər siyahısına rəhbərlik edir 

16 Noyabr 2019, 13:24 (GMT +4)
Tramp "impiçment" qaydalarını "millət üçün utanc" adlandırıb

16 Noyabr 2019, 13:16 (GMT +4)
Taliban girovluğundakı ABŞ və Avstraliya vətəndaşlarının təhvilini təxirə salıb

16 Noyabr 2019, 13:15 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

16 Noyabr 2019, 13:07 (GMT +4)
Nazirlik: Bəzi açıq meşə sahələri uzunmüddətli icarəyə verilib

16 Noyabr 2019, 12:58 (GMT +4)
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66