Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Qarabağda “Xarı Bülbül” gənclərin 2-ci yaradıcılıq festivalı keçirilib

08 Noyabr 2019, 17:00 (GMT +4)

Bakı, 8 noyabr, SalamNews.Gənclər üçün Təhsil Mərkəzi əzəli Azərbaycan torpağı olan Qarabağda, Ağcabədi rayonunda “Xarı Bülbül” gənclərin 2-ci yaradıcılıq festivalını keçirmişdir. 

SalamNews xəbər verir ki, festival Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi və Ağcabədi Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə baş tutub.

Qarabağ Muğam Mərkəzin keçirilən festivalın əsas məqsədi Qarabağın mədəni incilərini təbliğ etmək, gənclərin yaradıcılıq bacarıqlarının üzə çıxarılmasına və artırılmasına yardımçı olmaq, habelə uşaq və yeniyetmələrdə yaradıcılığa maraq oyatmaq idi.

Açılış mərasimində Mərkəzin Qarabağ Regional Ofisinin rəhbəri Radə Qafarova, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Vüsalə Məmmədova və Ağcabədi Regional Mədəniyyət İdarəsinin müdiri Rza Quliyev iştirak etmişdir. Çıxış edən qonaqlar festivalın əhəmiyyətini qeyd edərək, Gənclər üçün Təhsil Mərkəzinin “Xarı Bülbül” adı ilə yaradıcılıq festivalları keçirməsini alqışlamışlar.

Daha sonra yaradıcı gənclərin ifalarında musiqilər səsləndirilmiş, milli rəqslər nümayiş etdirilmiş, şeirlər söylənilmiş, tamaşalar göstərilmişdir. Festival çərçivəsində yaradıcı gənclərin əl işləri, rəsm əsərlərinə də baxış keçirilmişdir.

Festival yeniyetmə və gənclərin böyük marağına səbəb olmuş, orada yalnız Ağcabədi rayonunun deyil, qonşu rayonların da istedadlı gəncləri təmsil olunmuşdur.

Mərkəzdən verilən məlumata görə, Ağcabədi rayonunda festivalın keçirilməsi üçün yaradıcılıq dərnəyi qurulmuş, iştirakçı olmaq istəyənlər bu dərnəklərdə bütün hazırlıq işlərini həyata keçirmişlər. Dərnəklərdə gənclərin istifadəsi üçün zəruri olan avadanlıqlar, rəsm və digər sahələr üzrə müvafiq materiallar yerləşdirilmiş, o cümlədən yaradıcılıq təlimləri keçirilmişdir. Dərnək qismən yaradıcılıq qabiliyyəti olan yeniyetmə və gənclərin burada öz bacarıqlarını inkişaf etdirmək, özünü cəmiyyətə tanıtmaq və inkişaf etmək imkanı yaratmışdır.

Qeyd edək ki, Gənclər üçün Təhsil Mərkəzi tərəfindən “Xarı Bülbül” gənclərin yaradıcılıq festivallarının hər il keçirilməsi, Qarabağın mədəni incilərinin bu tədbirlər vasitəsilə gənc nəsil arasında təbliği nəzərdə tutulur.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Gənclər üçün Təhsil Mərkəzi 3S proqramına start verib

Gənclər üçün Təhsil Mərkəzinin "Şanlı tarix - 99 il" "Twitter" aksiyası kütləvi keçib

Gənclər üçün Təhsil Mərkəzinin keçirdiyi aksiyası başa çatıb

Gənclər üçün Təhsil Mərkəzi Orta Asiya ölkələri ilə əməkdaşlığa başlayıb

İntiqam Babayev və Fərhad Hacıyev Gənclər üçün Təhsil Mərkəzinin Gəncədəki ofisində olublar

Gənclər üçün Təhsil Mərkəzinin üzvləri "Heydər" zirvəsinə qalxıblar

30 Oktyabr 2020, 11:43 (GMT +4)
İtaliyada son sutkada COVID-19-a yoluxmada yeni anti-rekord yenilənib

30 Oktyabr 2020, 11:40 (GMT +4)
Bağça və məktəbəqədər müəssisələrdə distant təhsil olmayacaq

30 Oktyabr 2020, 11:40 (GMT +4)
Təhsil naziri: Qiymət və davamiyyətə görə şagirdlərin sinifdə saxlanılması nəzərdə tutulmur

30 Oktyabr 2020, 11:30 (GMT +4)
Təhsil naziri: Son bir ayda erməni təcavüzü nəticəsində 9 şagirdimiz dünyasını dəyişib

30 Oktyabr 2020, 11:23 (GMT +4)
Müdafiə Nazirliyi: Azərbaycan tərəfinin hücum cəhdi olmayıb

30 Oktyabr 2020, 11:22 (GMT +4)
Braziliya prezidenti Nitsadakı hücumu xristianofobiyanın təzahürü adlandırıb

30 Oktyabr 2020, 11:10 (GMT +4)
FHN düşmənin atəşi nəticəsində baş verən meşə yanğınları ilə bağlı açıqlama verib

30 Oktyabr 2020, 11:00 (GMT +4)
Paytaxtda koronavirusla bağlı reydlər keçirilib

30 Oktyabr 2020, 10:50 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxmanın bölgələr üzrə statistikası açıqlanıb

30 Oktyabr 2020, 10:45 (GMT +4)
MN: Ermənistan ordusunun polkovniki məhv edilib

30 Oktyabr 2020, 10:41 (GMT +4)
ABŞ BƏƏ-yə "F-35" qırıcılarını satmaq istəyir

30 Oktyabr 2020, 10:30 (GMT +4)
Konstitusiya Məhkəməsi Bərdə terroru ilə bağlı dünya ölkələrinin konstitusiya ədalət mühakiməsi orqanlarina müraciət edib

30 Oktyabr 2020, 10:26 (GMT +4)
Ermənistanın Bərdəyə kasetli raketlərlə hücum etdiyini “Human Rights Watch” təşkilatı da təsdiqləyib

30 Oktyabr 2020, 10:15 (GMT +4)
MN: Bərdəni atəşə tutan "Smerç" məhv edilib

30 Oktyabr 2020, 10:14 (GMT +4)
Trampın fikrincə Bayden qalib gəlsə Fransadakı hücumlardan ABŞ-da da başlayacaq

30 Oktyabr 2020, 10:00 (GMT +4)
Noyabrın 2-dən bütün təhsil müəssisələrində dərslər distant formada keçiriləcək

30 Oktyabr 2020, 09:50 (GMT +4)
Dünyada koronavirusa yoluxanların sayı 45 milyon nəfəri ötüb

30 Oktyabr 2020, 09:43 (GMT +4)
Avropada COVID-19-a yoluxma hallarının sayı 10 milyonu keçib

30 Oktyabr 2020, 09:36 (GMT +4)
ABŞ hökuməti BƏƏ-ə 50 ədəd F-35 satmaq niyyətində olduğunu bildirib

30 Oktyabr 2020, 09:30 (GMT +4)
Ceyhun Bayramov Cenevrədə işçi səfərdədir

30 Oktyabr 2020, 09:17 (GMT +4)
ABŞ-da qitələrarası ballistik raket sınaqdan keçirilib

30 Oktyabr 2020, 09:16 (GMT +4)
Yəməndə yüz mindən çox insanın iştirakı ilə Məhəmməd Peyğəmbərin mövludu qeyd edilib (FOTO)

30 Oktyabr 2020, 09:10 (GMT +4)
Cəbhəboyu ərazilərdə top mərmisi, raketlər, tank əleyhinə minalar zərərsizləşdirilib

30 Oktyabr 2020, 09:00 (GMT +4)
MN: Düşmən səhər saatlarından bir sıra yaşayış məntəqələrimizi atəşə tutur

30 Oktyabr 2020, 08:59 (GMT +4)
ABŞ İranla əməkdaşlıq edən 16 fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib

30 Oktyabr 2020, 08:33 (GMT +4)
MN: Düşmənin bir sıra texnikası və canlı qüvvəsi məhv edilib

30 Oktyabr 2020, 08:27 (GMT +4)
MN: Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində düşmənin hücum etmək cəhdlərinin qarşısı alınıb

29 Oktyabr 2020, 18:25 (GMT +4)
İctimai Nəzarət qrupları paytaxt və regionlarda fəaliyyətinə davam edir

29 Oktyabr 2020, 18:02 (GMT +4)
Baş Narkotiklərlə Mübarizə İdarəsi Sumqayıtda xüsusi əməliyyat keçirib

29 Oktyabr 2020, 17:58 (GMT +4)
MN: Goranboy, Tərtər və Bərdə rayonlarının ərazisi artilleriya atəşinə tutulur

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66