Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur 

09 Noyabr 2019, 08:01 (GMT +4)

Bakı, 9 noyabr, SalamNews. Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür. 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq xalqımızın azadlıq məfkurəsinə, milli mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir.

Azərbaycan Respublikasının dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu dövlət bayrağı elan edib.

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa edib. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib.

Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.

2010-cu il sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının - Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olub. Bayraq dirəyinin hündürlüyü 162 metr, bünövrəsinin diametri 3,2 metr, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.

Qeyd edək ki, müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “türkçülük, islamçılıq və müasirlik” formulunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Birinci vitse-prezident Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Azərbaycan Prezidenti Dövlət Bayrağı Günü münasibətilə video paylaşıb

Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçirilib (FOTOLAR)

Azərbaycanın Dövlət Bayrağı Günü Poltavada qeyd edilib

Təhsil müəssisələrində Dövlət Bayrağı Günü qeyd olunub

Dövlət Bayrağı Günü münasibətilə veloyürüş keçirilib (FOTOLAR)

Gömrük Akademiyasında “Dövlət bayrağı günü” qeyd olunub

Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

Mərkəzi Elmi Kitabxanada Dövlət Bayrağı Gününə həsr olunan sərgi açılıb

İtaliya mətbuatı Azərbaycanda Dövlət Bayrağı Günündən yazıb

Mədəniyyət Evində Dövlət Bayrağı günü münasibəti ilə konsert keçirilib

UNEC-də Dövlət Bayrağı Günü qeyd olunub (VIDEO)

Kaliforniyanın Monterey şəhər meri Azərbaycan Dövlət Bayrağı Günü ilə bağlı bəyannamə imzalayıb (FOTO)

Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

İsmayıllıda Dövlət Bayrağı günü qeyd olunub

Dövlət Bayrağı Gününə həsr olunan veloyürüş keçirilib (FOTOLAR)

Bu gün Rusiyada Dövlət Bayrağı Günü qeyd olunur

Bu il Dövlət Bayrağı Günü tədbiri avtomobil yürüşü ilə yadda qalıb (FOTOLAR)

BƏƏ-nin “Əl-Fəcr” qəzetində Dövlət Bayrağı Gününə dair yazı dərc olunub

Daşkəsəndə 9 noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə tədbir keçirilib (FOTO)

26 Fevral 2020, 18:10 (GMT +4)
Bakıda saxta kərə yağı istehsal edən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb

26 Fevral 2020, 18:05 (GMT +4)
“Azərişıq” ASC-də Xocalı faciəsinin ildönümü ilə bağlı tədbir keçirilib

26 Fevral 2020, 18:00 (GMT +4)
DSX: Türkiyə-Naxçıvan sərhədi açılıb

26 Fevral 2020, 17:54 (GMT +4)
Məşğulluqla bağlı 2020-ci il üçün Tədbirlər Planı təsdiqlənib

26 Fevral 2020, 17:48 (GMT +4)
Məcburi köçkünlər üçün yeni binalar tikiləcək

26 Fevral 2020, 17:47 (GMT +4)
Putin Ərdoğanı ad günü münasibətilə təbrik edib

26 Fevral 2020, 17:34 (GMT +4)
Vyanada İran nüvə sazişilə bağlı 4+1 formatında toplantı işinə başlayıb

26 Fevral 2020, 17:11 (GMT +4)
“E-sosial”ın aktiv istifadəçi sayı 153,6 minə çatıb

26 Fevral 2020, 17:10 (GMT +4)
Kiyevdə Xocalı soyqırımı haqqında məlumatlandırıcı bilbordlar qurulub

26 Fevral 2020, 17:01 (GMT +4)
Moldovada Xocalı soyqırımı ilə bağlı yürüş keçirilib

26 Fevral 2020, 17:00 (GMT +4)
Tanrıverdi Mustafayev: Güclü külək iri gövdəli ağacları elektrik xətlərinin üzərinə aşırıb

26 Fevral 2020, 16:54 (GMT +4)
2 saylı DOST mərkəzinə iki ayda 5 minə yaxın müraciət daxil olub

26 Fevral 2020, 16:45 (GMT +4)
İran ABŞ-a koronavirusdan sui-istifadə etməyə imkan verməyəcək - Həsən Ruhani

26 Fevral 2020, 16:45 (GMT +4)
ÜST ekspertləri koronavirusla bağlı vəziyyətə görə İrana səfər edəcək 

26 Fevral 2020, 16:30 (GMT +4)
İtaliyada koronavirusa görə "Mission Impossible" filminin çəkilişi dayandırılıb

26 Fevral 2020, 16:17 (GMT +4)
Azercell ADA Universitetinin təqaüd proqramına dəstək olur

26 Fevral 2020, 16:15 (GMT +4)
Nyu-Delhidə qarşıdurmalar zamanı ölənlərin sayı 20-yə çatıb

26 Fevral 2020, 16:05 (GMT +4)
MN: Azərbaycan Ordusunda koronavirusa qarşı ciddi tədbirlər həyata keçirilir

26 Fevral 2020, 15:55 (GMT +4)
ABŞ-da prezidentliyə namizəd səfirliyi Qüdsdən Təl-Əvivə qaytaracağını bildirib

26 Fevral 2020, 15:51 (GMT +4)
Aprel şəhidi Nəcməddin Savalanov yaşasaydı bu gün 35 yaşı olacaqdı

26 Fevral 2020, 15:44 (GMT +4)
Xocalı ilə bağlı bəyanat Belarus XİN-ə və ölkədəki səfirliklərə təqdim edilib

26 Fevral 2020, 15:24 (GMT +4)
MSK: Ümumilikdə 328 seçki məntəqəsində nəticələr ləğv edilib

26 Fevral 2020, 15:11 (GMT +4)
Cənubi Koreyada koronavirusa yoluxanların sayı artıb 

26 Fevral 2020, 15:00 (GMT +4)
Dövlət Gömrük Komitəsinin sədri vətəndaşları qəbul edəcək

26 Fevral 2020, 14:59 (GMT +4)
İraqın Səlahəddin əyalətində əməliyyat zamanı 39 İŞİD-çi zərərsizləşdirilib

26 Fevral 2020, 14:52 (GMT +4)
Bu gün Cəlilabad xəstəxanasına koronavirusa görə 29 nəfər daxil olub (RƏSMİ)

26 Fevral 2020, 14:48 (GMT +4)
Türkiyə İdlib məsələsində güzəştə getməyəcək - Ərdoğan

26 Fevral 2020, 14:40 (GMT +4)
ABŞ Dövlət Departamenti Xocalı faciəsi ilə bağlı bəyanat verib

26 Fevral 2020, 14:27 (GMT +4)
Külli miqdarda xarici valyutanın ölkədən çıxmasının qarşısı alınıb

26 Fevral 2020, 13:54 (GMT +4)
Çoxistifadəli ekopaketlər polietilen torbaların istifadəsini azalda bilər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66