Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Cəlilabad və Masallıda Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri fəaliyyətə başlayıb

11 Noyabr 2019, 16:33 (GMT +4)

Bakı, 11 noyabr, SalamNews.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 oktyabr 2019-cu il tarixli, 1454 saylı Sərəncamına uyğun olaraq, 8 noyabr tarixində Cəlilabad və Masallı rayonlarında yerləşən Heydər Əliyev Mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) nümayəndəlikləri fəaliyyətə başlamışdır.

SalamNews xəbər verir ki, nümayəndəliklərin əsas fəaliyyəti dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq, gənclərin hərtərəfli inkişafının təmin olunması, habelə Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verməkdən ibarətdir. Bu xüsusda, gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri və ustad dərsləri, təhsil və təcrübə proqramları, görüşlər və seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunacaqdır. Nümayəndəliklər vasitəsilə regionda yaşayan gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak etmək imkanı əldə edəcəklər.

Açılış mərasimlərində çıxış edən Gənclər Fondunun icraçı direktoru, rayon icra hakimiyyətlərinin rəhbərliyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Cəlilabad və Masallı rayon nümayəndəliklərinin direktorları dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi gənclər siyasətindən və gənclər üçün mövcud olan imkanlardan danışdılar. Qeyd olundu ki, bu gün gənclərin hərtərəfli inkişafının təmin olunması, onların məşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsi, asudə vaxtının təşkili, habelə gənclər üçün təhsilin əlçatanlığının daha da artırılması istiqamətində mütəmadi işlər davam etdirilir. Cənab Prezidentin göstərişi ilə regionlarda açılan GİKM nümayəndəliklərinin gənclərin şəxsi inkişafının, təhsilinin, karyera və peşə seçimlərinin dəstəklənməsi, onların ictimai-sosial həyatda daha aktiv fəaliyyətlərinin təşviq edilməsi işinə töhfə verəcəyi vurğulandı, gənclər bu imkanlardan yararlanmağa və sıx əməkdaşlığa dəvət olundular.

Daha sonra tədbir iştirakçıları üçün Cəlilabad və Masallı rayonlarındakı Heydər Əliyev Mərkəzlərində fəaliyyət göstərən muzeylərə ekskursiya təşkil olundu, eyni zamanda Mərkəzlərin imkanları barədə onlara ətraflı məlumat verildi. Həmçinin, region gəncləri “Gənc Könüllü” proqramına qoşulmaq üçün qeydiyyatdan keçdilər. Tədbirlər musiqili-əyləncəli proqram və intellektual oyunlarla davam etdirildi.

Ölkəmizin şəhər və rayonlarında gənclər üçün inşa edilmiş infrastruktur obyektlərinin təyinatı üzrə və səmərəli fəaliyyətinin, regionlarda yaşayan gənclərin dövlət tərəfindən onlar üçün yaradılmış şəraitdən tam şəkildə yararlanmasının təmin edilməsi ilə bağlı Dövlət başçısının verdiyi göstərişə uyğun olaraq, bu ilin sonu və növbəti ilin ilk rübü ərzində ölkənin bütün şəhər və rayonlarında Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri yaradılacaqdır.

Gənclərin İnkişaf və Karyera Mərkəzində mövcud vakansiyalar və yeni açılan iş yerləri barədə məlumatı Azərbaycan Respublikası Gənclər Fondunun mütəmadi olaraq yenilənən internet səhifəsindən əldə etmək mümkündür (https://youthfoundation.az/69937/). Gənclər Fondu ictimai fəal və təşəbbüskar gəncləri bu vakansiyalar üzrə müraciət etməyə dəvət edir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

10 İyul 2020, 18:01 (GMT +4)
Respublikaya daxil olan bütün sürücülər test edilir - TƏBİB

10 İyul 2020, 17:55 (GMT +4)
Yaqut Qarayeva: Bəlli bir sabitləşməyə nail ola bilmişik

10 İyul 2020, 17:54 (GMT +4)
ABŞ Yaponiyaya 105 ədəd "F-35" təyyarəsinin satışını təsdiqləyib

10 İyul 2020, 17:47 (GMT +4)
Hikmət Hacıyev: Yoluxanlarla sağalanlar arasında cüzi fərq nisbəti var

10 İyul 2020, 17:46 (GMT +4)
İran XİN Nətənz nüvə obyektindəki insidentin arxasında xarici amilin olması ehtimalını şərh edib

10 İyul 2020, 17:45 (GMT +4)
Sobyanin Moskvada koronavirusun ikinci dalğası ehtimalını dəyərləndirib

10 İyul 2020, 17:33 (GMT +4)
Türkiyə Dövlət Şurası "Ayasofya"nın statusu ilə bağlı qərarını elan edib

10 İyul 2020, 17:25 (GMT +4)
DGK sədri İspaniyanın müvəqqəti olaraq Qərb altqrupunda təmsil olunmasını təklif edib

10 İyul 2020, 17:11 (GMT +4)
Ərdoğanın nümayəndəsi Ayasofyanın statusu ilə bağlı açıqlama verib

10 İyul 2020, 17:09 (GMT +4)
Azərbaycanda daha 526 nəfər COVID-19-a yoluxub, 8 nəfər vəfat edib

10 İyul 2020, 16:56 (GMT +4)
Azərbaycanda 190 manatın verilməsi başa çatdırılıb

10 İyul 2020, 16:51 (GMT +4)
Səudiyyə Ərəbistanında son sutkada koronavirusdan 51 nəfər ölüb

10 İyul 2020, 16:40 (GMT +4)
ABŞ-da son sutkada COVID-19-a yoluxmuşların sayı rekord həddə çatıb

10 İyul 2020, 16:32 (GMT +4)
DİM vaxtında qeydiyyatdan keçməyən rezident namizədlərə müraciət edib

10 İyul 2020, 16:17 (GMT +4)
Energetika Nazirliyi: I yarımildə elektrik enerjisi ilə bağlı 2 700-dən çox müraciət olub

10 İyul 2020, 16:15 (GMT +4)
Braziliyada son sutkada COVID-19-a yoluxanların sayı 42 mindən çox artıb

10 İyul 2020, 16:01 (GMT +4)
Şamaxıda yeni stadion inşa olunur

10 İyul 2020, 15:47 (GMT +4)
Emanuel Makron İsraili Fələstin ərazilərini özünə ilhaq etməməyə çağırıb

10 İyul 2020, 15:44 (GMT +4)
Kreml Safronovun cinayət işinin qapalı olmasına münasibət bildirib

10 İyul 2020, 15:40 (GMT +4)
Nazirlik onlayn müsahibələrin keçirilmə tarixi açıqlayıb

10 İyul 2020, 15:24 (GMT +4)
AZAL sərnişinlərə müraciət edib

10 İyul 2020, 15:07 (GMT +4)
Lavrov nüvə təhlükəsinin artıdığını bəyan edib

10 İyul 2020, 14:44 (GMT +4)
Baş Prokurorluq əsgər ölümü ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib

10 İyul 2020, 14:39 (GMT +4)
İranda son sutkada koronavirusdan 142 nəfərin ölümü qeydə alınıb

10 İyul 2020, 14:34 (GMT +4)
Trampın fikrincə Baydenin "beyni yuyulub"

10 İyul 2020, 14:30 (GMT +4)
DYP: 1 440 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

10 İyul 2020, 14:14 (GMT +4)
ABŞ generalı: Rusiyanın Talibanla əlbir olması barədə məlumatlar təsdiqlənsə müvafiq tədbirlər görüləcək 

10 İyul 2020, 14:05 (GMT +4)
AERA bu il 431 texniki yoxlama aparıb

10 İyul 2020, 13:43 (GMT +4)
Çin Qazaxıstanda "ölümcül sətəlcəmin" yayıldığı iddia edir

10 İyul 2020, 13:30 (GMT +4)
Vüsal Qasımlı: Dövlət 1,5 mlrd. manatlıq kredit portfelinə subsidiya və zəmanət verəcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66