Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Azərbaycanlı startapçı əfsanəvi futbolçu ilə ilkin razılıq əldə edib (FOTO)

12 Noyabr 2019, 10:00 (GMT +4)

Bakı, 12 noyabr, SalamNews. Eleven Kings futbol menecer oyununun qurucusu Orxan Rzayev əfsanəvi futbolçu Ronaldinyo ilə görüşüb.

Bu barədə SalamNews-a məlumat verən Orxan Rzayev deyib ki, görüş İspaniyada baş tutub:

"Ronaldinyo  və komandası ilə Lissabonda görüş nəzərdə tutulmuşdu, amma vaxt darlığı səbəbilə alınmadı, məni Barselonaya dəvət etdilər. Burada görüşdük, Eleven Kings’in təqdimatını etdim, Ronaldinyoya influenser olması üçün uzunmüddətli əməkdaşlıq təklif etdim. Təəssüratları çox yaxşı oldu və ilkin razılaşma əldə olundu Növbəti həftədən biznesin detallı analizi və leqal prosedurlara başlanılması qərara alındı. Bir ilə yaxındır Ronaldinyonun menecerləri ilə mütəmadi qurduğumuz ünsiyyət bəhrəsini verdi. İnşallah qarşıda möhtəşəm yeniliklər bizi gözləyir".

Məlumat üçün bildirək ki, yerli oyun startapımız Eleven Kings nüfuzlu Websummit tədbirində iştirak haqqı qazanıb. Seçim mərhələsindən uğurla keçən komanda Portuqaliyanın Lissabon şəhərində keçirilən tədbirdə Azərbaycanı təmsil edib.

Qeyd edək ki, Eleven Kings oyununda işlərə 2017-ci ilin avqust ayında başlanılıb. Ötən müddətdə komanda 150 min dollar toxumöncəsi (pre-seed) investisiya cəlb etməyi bacarıb. Sentyabr ayında Eleven Kings oyunu Google Play-də android istifadəçilərə təqdim olunub. Yaxın günlərdə oyunun iOS ve Desktop versiyası da istifadəyə veriləcək.

Orxan Rzayevin sözlərinə görə, hədəf bir neçə il sonra dünyanın ən böyük futbol oyun platformasına çevrilməkdir:

"Ötən iki ildə bütün işlər planladırdığımız qaydada davam edib, hazırda da istədiyimiz nəticələri əldə edirik. Bu templə davam etsək, artıq 2020-ci ildə qlobal səviyyədə nəticələr görə bilərik.

Nəzərə alsaq ki, daxil olduğumuz bazarın illik dövriyyəsinin 500 milyard dollardan çoxdur, bu bizimçün böyük imkanlar yaradır".

Xatırladaq ki, Orxan Rzayev son bir ildə ABŞ, İspaniya, Almaniya, Çexiya, Polşa və Belarusda keçirilən startap tədbirlərinin də iştirakçısı olub, ABŞ və Avropalı investorlarla görüşlər keçirib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

06 Aprel 2020, 21:25 (GMT +4)
Evində sosial xidmətlə təmin olunan vətəndaş: Dövlətimiz sağ olsun (FOTOLAR)

06 Aprel 2020, 18:45 (GMT +4)
Operativ Qərargah: Bəzi KİV əməkdaşı olmayan şəxslərə saxta vəsiqələr verir

06 Aprel 2020, 18:10 (GMT +4)
Azərbaycanda 622 min telefon nömrəsindən 1 milyon 437 min SMS göndərilib

06 Aprel 2020, 18:00 (GMT +4)
İsmət Səttarov Milli Televiziya və Radio Şurasının sədri seçilib

06 Aprel 2020, 17:54 (GMT +4)
Gənclər Fondu növbəti maraqlı layihəyə start verib

06 Aprel 2020, 17:49 (GMT +4)
Neftçala Rayon İcra Hakimiyyəti aztəminatlı ailələrə yardım edib

06 Aprel 2020, 17:45 (GMT +4)
BANM-ın tələbələri onlayn tərcümə “Hackathon”unda qalib olub

06 Aprel 2020, 17:43 (GMT +4)
İngiltərə kəşfiyyatı koronavirusun yayılma versiyalarını nəzərdən keçirir 

06 Aprel 2020, 17:32 (GMT +4)
Agentlik: Şayiə xarakterli məlumatların yayımlanması xüsusi karantin rejiminin tələblərinə ziddir

06 Aprel 2020, 17:26 (GMT +4)
Kraliça II Yelezaveta xalqa müraciət edib

06 Aprel 2020, 17:14 (GMT +4)
Sabiq MTN generalı Sübahir Qurbanov əfv edilib

06 Aprel 2020, 17:10 (GMT +4)
Ruhani Fəramiz Abbasov azadlığa çıxıb

06 Aprel 2020, 17:04 (GMT +4)
AB pandemiya fonunda Rusiyaya qarşı sanksiyaların ləğvini dəyərləndirib

06 Aprel 2020, 17:02 (GMT +4)
Vidadi Zeynalov əfv edilib

06 Aprel 2020, 16:55 (GMT +4)
Akif Çovdarov əfv edilib

06 Aprel 2020, 16:54 (GMT +4)
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb

06 Aprel 2020, 16:45 (GMT +4)
"Bizim Tarla" 65 yaşdan yuxarı şəxslərə sovqat paylayıb

06 Aprel 2020, 16:40 (GMT +4)
Dövlət Xidməti koronavirusa görə çağırışçılara müraciət edib

06 Aprel 2020, 16:37 (GMT +4)
Dünya iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edən OPEK+ toplantısının zamanı açıqlanıb

06 Aprel 2020, 16:23 (GMT +4)
Putin və Paşinyan koronavirusla mübarizə barədə danışıq aparıb 

06 Aprel 2020, 16:10 (GMT +4)
Azərbaycan Prezidenti xalqa müraciət edib

06 Aprel 2020, 15:56 (GMT +4)
Bakıda sərbəst gəzmək üçün saxta icazə arayışı hazırlayan şəxs tutulub

06 Aprel 2020, 15:53 (GMT +4)
Yaponiya 7 apreldən fövqəladə rejim elan edəcək

06 Aprel 2020, 15:51 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxanların sayı 640-ı keçib

06 Aprel 2020, 15:46 (GMT +4)
Operativ Qərargah: Karantində 4 369 nəfər var

06 Aprel 2020, 15:37 (GMT +4)
İran krornavirusa görə ABŞ-a xahiş etməyəcəyini bildirib

06 Aprel 2020, 15:35 (GMT +4)
Azərbaycanda daha 57 nəfər koronavirusa yoluxub

06 Aprel 2020, 15:20 (GMT +4)
Apple tibb işçiləri üçün yeni çalışma hazırlayıb

06 Aprel 2020, 15:07 (GMT +4)
Koronavirusa görə vətəndaşlara psixoloji yardım göstərilməsinə başlanıb

06 Aprel 2020, 14:44 (GMT +4)
Maykl Ceksonun ağ əlcəyi hərracda 104 min dollara satılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66