Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

“AAM- 2019 Bakı Natiqlik müsabiqəsi” keçirilib

12 Noyabr 2019, 16:19 (GMT +4)

Bakı, 12 noyabr, SalamNews. 8-9 noyabr tarixlərində Avropa Azərbaycan Məktəbinin təşkilatçılığı ilə “AAM- 2019 Bakı Natiqlik müsabiqəsi” adlı məktəblərarası müsabiqə keçirilib.

Avropa Azərbaycan Məktəbindən SalamNews-a verilən xəbərə görə, bu müsabiqə vasitəsilə Bakı şəhərinin müxtəlif məktəblərinin 11-18 yaşlı şagirdləri yaradıcı natiqlik, bədahətən natiqlik və şifahi şərh olmaqla, üç istiqamətdə bacarıqlarını sınayıblar. Müsabiqədə şagirdlər “Dəyişən dünya” mövzusunda öz yaşlarına uyğun qlobal məsələlərə münasibət bildirərək, müxtəlif məktəblərdən olan həmyaşıdları ilə akademik yazı, publika qarşısında natiqlik üzrə bilik və bacarıq yarışı nümayiş etdiriblər.

Müsabiqədə Bakının 6 məktəbi 54 şagirdlə təmsil olunub. Müsabiqə iştirakçıları iki yaş kateqoriyasında yarışırdı – 11-15 yaş və 15-18 yaş qrupları. Müsabiqədə hər məktəb iki komanda ilə iştirak edirdi.

Yaradıcı natiqlik kateqoriyası üzrə müsabiqədə şagirdlər öz seçdikləri mövzü üzrə nitq hazırlamışdı. Bu kateqoriya üzrə - iqlim dəyişikliyi, ailə dəyərləri, uşaq əməyi, nəsillərarası münasibətlər mövzusunda şagirdlərin çıxışları dinlənildi. Bu müsabiqədə bütün yaş qrupları üzrə şagirdlər iştirak edirdi.

Bədahətən natiqlik kateqoriyası üzrə müsabiqədə aşağı sinif şagirdləri iştirak edirdi. Bu müsabiqədə şagidrlərə onların təhlil etmə qabiliyyətini yoxlamaq üçün münsiflərin tərtib etdiyi siyahıdan bədahətən bir ideya verilir və şagirdlər 90 saniyə ərzində onu təhlil edərək, üç dəqiqəlik bir nitq söyləyir. İdeyalar müasir gənclər arasında geniş müzakirə olunan mövzular arasından seçilərək, təşkilatçılar tərəfindən əvvəlcədən müəyyənləşmişdi.

Şifahi şərh kateqoriyası üzrə müsabiqədə yuxarı sinif şagirdləri iştirak edirdi. Bu kateqoriyada yarışan şagirdlərə bədahətən verilən sual, qısa ifadə və ya sözə dair 5 dəqiqəlik yazılı nitq hazırlamaq tapşırıldı. Bu nitqi hazırlamaq üçün şagirdlərə 20 dəqiqə vaxt verildi. Şərhlər, arqumentlər və ya təşviqat xarakterli olmalı idi. Məsələn, hər hansı bir televiziya xəbərinə şərh vermək və ya jurnalların baş məqaləsinə münasibət bildirmək.

Müsabiqədə Avropa Azərbaycan Məktəbi, “Dünya” məktəbi, TİSA, Bakı Oksford Məktəbi, “British School in Baku” və T. Həsənov adına 23 saylı tam orta məktəbin şagirdləri iştirak ediblər.

Gərgin keçən mübarizənin sonunda bu məktəblər qalib elan olunublar:

I yer – TİSA

II yer – Baku Oksford Məktəbi

III yer – “British School in Baku”

Müsabiqənin yekununda hər nominasiya üzrə qaliblərin mükafatlandırma mərasimi keçirilib. Avropa Azərbaycan Məktəbinin direktoru, əməkdar müəllim Asif Cahangirov çıxış edərək, qaliblərə təbrikini çatdırıb. O, belə müsabiqələrin şagirdlərin dünyagörüşünün formalaşmasında, dostlar qazanmasında, bilik və bacarıq mübadiləsində əvəzsiz rolundan danışaraq, qaliblərə medallar və sertifikatlar təqdim edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DQİDK-də “Salaam Şalom Qardaşlığı” təşkilatının üzvləri ilə görüş keçirilib

Yeni ABŞ dollarları: Corcsuz və Avraamsız (FOTO)

10 Dekabr 2019, 18:12 (GMT +4)
Gömrük Akademiyasında bank fəaliyyəti ilə bağlı seminar keçirilib

10 Dekabr 2019, 18:00 (GMT +4)
Rüstəm Qasımov Avropa çempionatında bürünc medal qazanıb

10 Dekabr 2019, 17:47 (GMT +4)
Pakistanın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb

10 Dekabr 2019, 17:43 (GMT +4)
Türkiyə Rusiya ilə bölgədə sülhü təmin edəcəyinə ümid edir - Ərdoğan

10 Dekabr 2019, 17:33 (GMT +4)
İranın Hörmuzqan əyalətində 9 aya 56 ton narkotik maddə ələ keçirilib

10 Dekabr 2019, 17:26 (GMT +4)
AtaBank yenidən Mastercard tərəfindən mükafatlandırılıb

10 Dekabr 2019, 17:23 (GMT +4)
Lavrov Vaşinqtona işgüzar səfərə gedib

10 Dekabr 2019, 17:23 (GMT +4)
Azercell ilə dahi Nəsimininin irsindən zövq alın

10 Dekabr 2019, 17:17 (GMT +4)
"Azərişıq" dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatını daha da yaxşılaşdırır (FOTOLAR)

10 Dekabr 2019, 17:09 (GMT +4)
Nazirlər Kabinetinə yeni səlahiyyət verilib

10 Dekabr 2019, 16:51 (GMT +4)
Türkiyə Liviyaya qoşun göndərə bilər - Ərdoğan

10 Dekabr 2019, 16:36 (GMT +4)
Səudiyyə kralı körfəz ərəb dövlətlərini İrana qarşı bir olmağa çağırıb

10 Dekabr 2019, 16:30 (GMT +4)
Qərb ölkələrinin tarixində soyqırıma dair çox sayda faktlar var - Ərdoğan

10 Dekabr 2019, 16:27 (GMT +4)
Bakıda “İnformasiya təhlükəsizliyi” mövzusunda konfrans keçirilib

10 Dekabr 2019, 16:20 (GMT +4)
Putin: Lujkov parlaq və cəsarətli bir siyasətçi idi

10 Dekabr 2019, 16:15 (GMT +4)
“Bakcell”in stendi “Ən yaxşı korporativ üslub” sertifikatına layiq görülüb

10 Dekabr 2019, 16:05 (GMT +4)
Ceyhun Məmmədov: Regionun tibb müəssisələri arasında lider mövqe tutması üzərində işləyirik

10 Dekabr 2019, 16:00 (GMT +4)
“Kurikulum bələdçisi” kitabının təqdimat mərasimi keçirilib

10 Dekabr 2019, 15:53 (GMT +4)
Parisdə yeni etiraz aksiyası dalğası gözlənilir

10 Dekabr 2019, 15:42 (GMT +4)
Keniyada milli parkdan qaçan aslan brakonyeri öldürüb

10 Dekabr 2019, 15:37 (GMT +4)
 “Qala Sığorta” növbəti dəfə iri həcmli ödəniş həyata keçirib

10 Dekabr 2019, 15:30 (GMT +4)
Husilər Səudiyyə Ərəbistanın daha bir PUA-sını vurduqlarını elan ediblər

10 Dekabr 2019, 15:29 (GMT +4)
“Caspian European Club” “CEO Lunch Almaty” təşkil edib

10 Dekabr 2019, 15:26 (GMT +4)
“Azerbaijan Digital Hub” proqramı “İlin İnfrastruktur layihəsi” mükafatına layiq görülüb

10 Dekabr 2019, 15:25 (GMT +4)
Azərbaycan Prezidenti İlham Əliyev İordaniya Kralı II Abdullah ilə işçi nahar edib

10 Dekabr 2019, 15:20 (GMT +4)
Azərbaycan Prezidentinin İordaniya Kralı ilə təkbətək görüşü olub 

10 Dekabr 2019, 15:16 (GMT +4)
KOBİA Gənclər Fondu və "Gənc Sahibkarlar Şəbəkəsi" İctimai Birliyi ilə əməkdaşlıq edəcək

10 Dekabr 2019, 15:02 (GMT +4)
Çex Respublikasında xəstəxanaya hücum edən şəxs intihar edib 

10 Dekabr 2019, 14:47 (GMT +4)
İordaniyanın Kralı II Abdullahın Bakıda rəsmi qarşılanma mərasimi olub

10 Dekabr 2019, 14:44 (GMT +4)
İran ABŞ-la məhbusların hərtərəfli mübadiləsinə hazır olduğunu bildirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66