Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Elektron Hökumət üzrə İcra Qrupunun üçüncü görüşü keçirilib

12 Noyabr 2019, 17:32 (GMT +4)

Bakı, 12 noyabr, SalamNewsAzərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Elektron Hökumət üzrə İcra Qrupunun (EHİQ) növbəti görüşü keçirilib.

Görüşdə elektron hökumətin formalaşdırılması istiqamətində qarşıda duran vəzifələr və onların icra mexanizmləri, hökumət buludunun perspektivləri mövzusunda müzakirələr aparılıb, habelə yeniliklər və bu istiqamətdə beynəlxalq təcrübə bağlı məlumatlandırma həyata keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini, Elektron Hökumət üzrə İcra Qrupunun rəhbəri Ceyhun Salmanov elektron hökumət sahəsində həyata keçirilən tədbirlərin əhəmiyyəti və bu sahədə Dövlət Agentliyi, digər qurumların birgə fəaliyyəti barədə məlumat verib.

Tədbirin birinci hissəsində elektron hökumətin inkişafı və təşviqi sahəsində aparılan işlər, mövcud beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi imkanları, həyata keçirilən tədbirlər və onların gələcək perspektivləri müzakirə edilib.

Tədbirin ikinci hissəsində beynəlxalq ekspert, professor Con K. Koyle tərəfindən “Dizayn düşüncəsi” (Design thinking) mövzusunda təqdimat edilib, İcra qrupunun üzvləri bu barədə məlumatlandırılıblar.

İcra Qrupunun üçüncü görüşü Şamaxı rayonunda təşkil edilib. Tədbir çərçivəsində iştirakçıların Şamaxı Astrofizika Rəsədxanasına səfəri baş tutub, həmçinin iştirakçılar arasında müxtəlif istiqamətli mövzular üzrə sərbəst müzakirələr aparılıb.

Elektron Hökumət üzrə İcra Qrupu Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 mart tarixli 1885 nömrəli Fərmanına uyğun olaraq dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində vahid koordinasiyanı həyata keçirmək, habelə rəqəmsal hökumətə sürətli keçidin təmin edilməsini, elektron hökumət və rəqəmsal innovasiyalar sahəsində beynəlxalq rəqabətliliyinin artırılmasını, elektron hökumətin inkişafı və təşviqi üzrə dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini təmin etmək məqsədi ilə yaradılıb. Elektron Hökumət üzrə İcra Qrupunda 60-a yaxın müxtəlif dövlət qurumunun nümayəndəsi təmsil olunur.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Elektron Hökumətin İnkişafı Mərkəzinin əhatəsi daha da genişlənir

Elektron Hökumət üzrə İcra Qrupunun ikinci görüşü keçirilib

Elektron Hökumətin İnkişafı Mərkəzi fəliyyətinin 1 ili - VİDEO

Elektron Hökumətin İnkişafı Mərkəzinin hazırladığı “MyGov” sisteminin ilkin təqdimatı keçirilib

Elektron Hökumət üzrə İcra Qrupunun birinci görüşü keçirilib

Elektron Hökumət üzrə İcra Qrupu yaradılıb

Elektron Hökumətin İnkişafı Mərkəzi işçi axtarır

Prezident Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib

“Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin siyahısında dəyişiklik edilib

Əmanətlərin Sığortalanması Fondu “Elektron hökumət” portalına inteqrasiya edilib

“Elektron hökumət” portalına müraciət edənlərin sayı 40 milyonu ötüb

Ötən il "Elektron Hökumət" portalında ən çox ƏƏSMN-in e-xidmətlərinə müraciət olub

“Gənclər üçün Elektron Hökumət” müsabiqəsinin qalibləri mükafatlandırılıb

"Gənclər üçün Elektron Hökumət" müsabiqəsinin mükafat fondu elan edilib

“Gənclər üçün Elektron Hökumət” müsabiqəsinə start verilir

“Elektron hökumət” televiziya proqramının yayımına başlanılıb

"Azərsu" ASC-nin yeni elektron xidməti “Elektron hökumət”ə inteqrasiya olunub

"Elektron hökumət" portalına daha üç xidmət əlavə olunub

Gənclər Təşkilatları “Elektron hökumət” xidmət sahələrində maarifləndirilir

Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə Elektron Hökumət Təlim-Tədris Mərkəzi arasında müqavilə imzalanıb 

11 Dekabr 2019, 16:54 (GMT +4)
Ankara ABŞ-ı Rusiyadan qırıcı təyyarə almaqla təhdid edib

11 Dekabr 2019, 16:45 (GMT +4)
Prezident İlham Əliyev “Azərsu” ASC-ə 5 milyon manat ayırıb

11 Dekabr 2019, 16:37 (GMT +4)
Əli Əhmədov: YAP vaxtı çatanda öz siyahısını elan edəcək

11 Dekabr 2019, 16:28 (GMT +4)
Çin XİN ABŞ-ı qlobal təhlükəsizliyə ən böyük təhdid adlandırıb

11 Dekabr 2019, 16:10 (GMT +4)
İsrail parlamenti özünü buraxmağa hazırlaşır

11 Dekabr 2019, 16:02 (GMT +4)
SOCAR və STP arasında anlaşma memorandumu imzalanıb

11 Dekabr 2019, 15:50 (GMT +4)
Putin və Ərdoğan İstanbul görüşündə Suriya ilə bağlı sammiti müzakirə edə bilər

11 Dekabr 2019, 15:46 (GMT +4)
Azərbaycanlı tələbə erməni rəqibini 10:0 məğlub edib

11 Dekabr 2019, 15:35 (GMT +4)
Təhsil Nazirliyi 1280-dən çox video dərslər hazırlayıb

11 Dekabr 2019, 15:34 (GMT +4)
Suriya Ordusu beynəlxalq Hələb-Həsəka yolunu tam nəzarətə götürüb

11 Dekabr 2019, 15:30 (GMT +4)
BANM “Baker Hughes” şirkəti ilə proqram təminatı lisenziyaları barədə saziş imzalayıb

11 Dekabr 2019, 15:28 (GMT +4)
Məktəblilərimiz tarixi uğura imza atıblar

11 Dekabr 2019, 15:20 (GMT +4)
“AmCham Azərbaycan” üzvləri üçün DMX rəisi ilə görüş təşkil edilib

11 Dekabr 2019, 15:20 (GMT +4)
Peskov Paris sammitinin "qalibi" haqqında söhbətləri yersiz adlandırıb 

11 Dekabr 2019, 14:49 (GMT +4)
Ötən gün yol qəzalarında 4 nəfər ölüb

11 Dekabr 2019, 14:44 (GMT +4)
Xəlifə Haftarın Ordusu Liviyada türk gəmilərinin vurulacağı haqda xəbərdarlıq edib

11 Dekabr 2019, 14:41 (GMT +4)
Kreml Trampın Lavrovla görüşünə münasibət bildirib

11 Dekabr 2019, 14:15 (GMT +4)
Katalon polisi Barselona - Real Madrid matçının keçirilməsinə qarşı çıxır

11 Dekabr 2019, 14:13 (GMT +4)
Yol Polisi piyadalarla bağlı təsirli tədbirlərin görülməsinə başlayıb

11 Dekabr 2019, 13:51 (GMT +4)
Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Abşeronda vətəndaşlarla görüşüb

11 Dekabr 2019, 13:50 (GMT +4)
Nyu Cersidə bir neçə saat davam edən atışmada 6 nəfər ölüb

11 Dekabr 2019, 13:43 (GMT +4)
Təhsil Nazirliyi Biləsuvar və Masallı rayonlarına mediatur təşkil edib

11 Dekabr 2019, 13:39 (GMT +4)
İran körfəz ərəb dövlətlərinin zirvə toplantısının bəyanatını tənqid edib

11 Dekabr 2019, 13:29 (GMT +4)
Sabah Bakıda 11 dərəcə isti gözlənilir

11 Dekabr 2019, 13:16 (GMT +4)
AQTA əməkdaşları Bərdədə əkin sahələrində monitorinqlər aparıb

11 Dekabr 2019, 12:58 (GMT +4)
Türkiyə S-400-dən imtina etməyəcək - Hulusi Akar

11 Dekabr 2019, 12:54 (GMT +4)
“Ekoloji problemlər gənclərin gözü ilə” adlı sərgi keçirilib (FOTOLAR)

11 Dekabr 2019, 12:40 (GMT +4)
Prezident İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul edib

11 Dekabr 2019, 12:34 (GMT +4)
Təhsil naziri Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək

11 Dekabr 2019, 12:25 (GMT +4)
İranın Avropanın vəd etdiyi İnsteks sisteminə ümidi qalmayıb - İran rəsmisi

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66