Moskvada qanunsuz odlu silah gəzdirən azərbaycanlı tutulub13 Noyabr 2019, 13:41 (GMT +4) Bakı, 13 noyabr, SalamNews. Rusiyada paytaxt polisi odlu silahın qanunsuz dövriyyəsində şübhəli bilinən şəxsi saxlayıb.
SalamNews-un xəbərinə görə, bu barədə "Moskva" agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir.
Bildirilir ki, Semenovskaya sahilində polis dörd Azərbaycan vətəndaşının olduğu avtomobili dayandırıb.
"Avtomobildə baxış keçirilərkən oturacağın altında "Makarov" tapançasına bənzər iki cisim, həmçinin 20-yə yaxın güllə tapılıb.
1985-ci il təvəllüdlü sürücü Dağıstan sakininin üzərində qeydiyyatda olan "Audi A6" markalı avtomobilin sənədləri təqdim edib.
Axtarış zamanı sürücünü üzərində də silah tapılıb", məlumatda deyilir.
|