Evo Morales Boliviyadakı hadisələri "məkrli çevriliş" adlandırıb13 Noyabr 2019, 14:11 (GMT +4) Bakı, 13 noyabr, SalamNews. Müxalifət etirazları və hərbi təzyiqlər fonunda istefasını elan edən Boliviya Prezidenti Evo Morales ölkəsində "tarixin ən məkrli və dəhşətli çevrilişinin" baş tutduğunu açıqlayıb.
Prezident, özünü "dövlət başçısı vəzifəsini icra edən" elan edən Boliviya Parlamentinin Senatorlar Palatasının vitse-spikeri Janin Anyesi də tənqid edib.
"O özünü əvvəlcə Senatın rəhbəri, sonra isə prezident vəzifəsini icra edən elan etdi. Əksər qanunvericilərin mövqeyi nəzərə alınmadı. Təhlükəsizlik qüvvələrinin dəstəyi ilə o xalqa təzyiq göstərir. Bu çevriliş hərbçilər tərəfindən öldürülən vətəndaşların qanı üzərində icra edildi", Morales sosial şəbəkələrdə yazıb.
SalamNews xəbər verir ki, Morales həmçinin çevrilişçilərin hərəkətlərini konstitusiya əleyhinə addımlar adlandırıb.
|