Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Sağlamlıq imkanları məhdud uşağa müavinət və ona qulluq edənə təqaüdün təyinatı elektronlaşdırılıb

14 Noyabr 2019, 11:06 (GMT +4)

Bakı, 13 noyabr, SalamNews. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial təminat sistemi üzrə xidmətlərin avtomatlaşdırılması istiqamətində daha bir addım kimi, sağlamlıq imkanları məhdud uşağa müavinət və ona qulluq edənə təqaüdün elektron təyinat mexanizmi işə salınıb.

SalamNews xəbər verir ki, bununla əlaqədar nazirliyin tabeliyindəki DOST Agentliyində mətbuat konfransı keçirilib. Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov dövlət başçısının tapşırığına əsasən, 2019-cu ilin əvvəlindən ölkəmizdə ilk proaktiv xidmət kimi, pensiyaların avtomatlaşdırılmış qaydada təyinatı mexanizminə keçildiyini bildirib. Qeyd edib ki, il ərzində pensiyaya çıxan vətəndaşlarımızın 80 faizi e-pensiya sistemi ilə əhatə olunur və cari ilin ötən dövründə artıq 15 min şəxsə e-qaydada pensiya təyin olunub.

H.Məmişov 2019-cu ilin ilk aylarından sosial müavinət və təqaüdlərin də elektron təyinatı infrastukturunun qurulmasına başlandığını deyib. Bildirib ki, onlardan uşağın doğulmasına görə birdəfəlik müavinətin e-təyinatı sistemi ötən ay istifadəyə verilib və e-qaydada 7 minədək bu növ təyinat aparılıb. Növbəti addım kimi daha iki sosial təminat növü - sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa aylıq müavinət və həmin uşağa qulluğa görə Prezidentin aylıq təqaüdünün elektron təyinatı mexanizmi hazırlanaraq işə salınıb.

Fond direktoru diqqətə çatdırıb ki, il ərzində bu e-xidmət təqribən 7,5 min uşağa müavinətin və onlara qulluq edən həmin sayda da şəxsə təqaüdün avtomatlaşdırılmış şəkildə təyinatı üzrə 15 minədək insanı əhatə edəcək. Beləliklə, il ərzində 15 min insanın artıq heç bir yerə müraciət etməsinə, sənəd təqdim etmələrinə ehtyac qalmadan, həmin müavinət və təqaüdlər onlara proaktiv şəkildə təyin ediləcək.

Sonra təyinat mexanizminin təqdimatı olub.

Qeyd edilib ki, uşağa sağlamlıq imkanları məhdudluq elektron sistem üzərindən təyin edilən kimi, aylıq müavinət də avtomatik müəyyən ediləcək. Nazirliyin “Əlillik” altsistemində hər hansı bir uşağa sağlamlıq imkanları məhdudluq təyin edildikdən sonra bu barədə məlumat digər altsistemə -“Sosial ödənişlər” altsisteminə ötürülür. Həmin altsistem uşağa aylıq müavinəti və ona qulluğa görə valideyninə təqaüdü avtomatik təyin edir və bu barədə, həmçinin ödəniş kartını hansı bankdan alacağına dair sms-məlumat göndərir. Şəxsin telefonu olmadıqda nazirliyin 142 - Çağrı mərkəzi və ya e-sosial.az internet portalı vasitəsilə, yaxud, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq ərazi üzrə şöbəsindən məlumatı ala bilər.

Tədbirdə bildirilib ki, vətəndaş məmnunluğuna imkan yaradan bu innovativ yeniliklərin əhatə dairəsi getdikcə daha da genişlənəcək. Bu ilin sonuna kimi ümumilikdə 19 müavinət və təqaüd növü üzrə təyinat mexanizmi elektronlaşdırılacaq.

Müavinət və təqaüdlərin təyinatında avtomatlaşdırma tədbirləri bitdikdən sonra illik təqribən 180 minədək şəxs üzrə təyinatlar proaktiv qaydada, vətəndaşların hər hansı bir ünvana getmələrinə, sənəd təqdim etmələrinə ehtiyac olmadan həyata keçiriləcək.

Onu da bildirək ki, cari ildə sosial sahədə reallaşdırılan mühüm islahatların tərkib hissəsi kimi, sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün müavinətin məbləği də 82 manatdan 150 manata çatdırılıb, həmin uşaqlara qulluq edənlər üçün isə Prezidentin aylıq təqaüdü (50 manat) təsis edilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ƏƏSMN 6 yeni “e-arayış” xidmətini təqdim edib

ƏƏSMN: 9 rayonda şəhid ailələri və Qarabağ əlillərinə ev verilib

ƏƏSMN daha bir yenilik edib

ƏƏSMN daha 50 avtomobili müharibə əlilliyi olan vətəndaşlara təqdim edib (FOTO)

ƏƏSMN bu həftədən etibarən canlı yayıma başlayır

ƏƏSMN-də Dünya Bankının missiyası ilə görüş olub

ƏƏSMN: 8 minədək uşaq sosial xidmətlərlə təmin olunur

ƏƏSMN-də Nazirliyində Kollegiya iclası keçirilib

ƏƏSMN-də İsveçrə səfiri ilə görüş olub

ƏƏSMN elektron məlumat mübadiləsinə başlayır

ƏƏSMN: Daha 109 şəhidin 185 vərəsəsinə birdəfəlik ödəmə verilib

ƏƏSMN Özünüməşğulluq Proqramı çərçivəsində inək və qoyun aldığı eyni şirkətlə müqavilə bağlayıb

ƏƏSMN: 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib

Beynəlxalq konfransda ƏƏSMN-nin fəaliyyətində ictimai iştirakçılıqla bağlı təqdimat olub (FOTO)

ƏƏSMN bu il 838 nəfəri peşə hazırlığına cəlb edib

ƏƏSMN işəgötürənlərə müraciət edib

ƏƏSMN: 500 nəfər əlilin biznes qurmasına dəstək veriləcək

ƏƏSMN ilə IFC arasında Anlaşma Memorandumu layihəsi hazırlanıb

Asiya İnkişaf Bankı ilə ƏƏSMN arasında fikir mübadiləsi aparılıb

ƏƏSMN-də kollegiya iclası keçirilib

06 Dekabr 2019, 21:05 (GMT +4)
Milli Məclisin deputatı Yevda Abramov vəfat edib

06 Dekabr 2019, 18:01 (GMT +4)
Bərdədə antisanitar şəraitdə məhsul istehsal edən pendir sexi aşkarlanıb

06 Dekabr 2019, 18:00 (GMT +4)
Pekin ABŞ-ın diplomatlara qoyulan məhdudiyyətlərə güzgü effekti ilə cavabını verir

06 Dekabr 2019, 17:53 (GMT +4)
Təhsil Nazirliyinin əməkdaşları autizm sindromlu uşaqlarla görüşüblər

06 Dekabr 2019, 17:49 (GMT +4)
BŞH Nəsiminin 650 illiyi münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib

06 Dekabr 2019, 17:40 (GMT +4)
Təhsil naziri İordaniyanın yeni səfiri ilə görüşüb

06 Dekabr 2019, 17:39 (GMT +4)
ABŞ Yəmənə göndərildiyi iddia edilən raketlərin görüntülərini yayımlayıb (FOTO)

06 Dekabr 2019, 17:33 (GMT +4)
Putin “Şimal axını-2” borusunun tikintisini şərh edib

06 Dekabr 2019, 17:30 (GMT +4)
Azərbaycanda beynəlxalq və ölkədaxili sərnişin qatarlarının hərəkət cədvəli dəyişdirilir

06 Dekabr 2019, 17:21 (GMT +4)
Səfir Hidayət Orucova yubiley medalı təqdim edilib

06 Dekabr 2019, 17:19 (GMT +4)
Tramp Merkeli "fantastik qadın" adlandırıb

06 Dekabr 2019, 17:16 (GMT +4)
Lənkəran və Cəlilabadda “KOB Dostu” fəaliyyətə başlayıb

06 Dekabr 2019, 17:10 (GMT +4)
AQTA sədri Qoşqar Təhməzli Gürcüstana səfər edib

06 Dekabr 2019, 17:04 (GMT +4)
Facebook Ayətullah Xameneinin səhifəsini bağlayıb

06 Dekabr 2019, 17:01 (GMT +4)
Prezident: TRASEKA üzv ölkələrin iqtisadi potensialının artırılması işinə mühüm töhfələr verib

06 Dekabr 2019, 16:42 (GMT +4)
Poroşenko Zelenskiyə Putinlə təktəbək görüşlər barədə xəbərdarlıq verib

06 Dekabr 2019, 16:23 (GMT +4)
DGK və “Caspian European Club” B2G Forum təşkil edib

06 Dekabr 2019, 16:20 (GMT +4)
Kreml ABŞ-da rusların təqiblərinə qarşı çıxıb

06 Dekabr 2019, 16:08 (GMT +4)
Ayətullah Sistani xarici müdaxilə olmadan İraqda yeni baş nazirin seçilməsini istəyib

06 Dekabr 2019, 16:00 (GMT +4)
Sumqayıtda istehlak üçün yararsız olan 227 kq ət məhv edilib

06 Dekabr 2019, 15:44 (GMT +4)
"20th Century Fox" kinostudiyasının eks-prezidenti vəfat edib

06 Dekabr 2019, 15:34 (GMT +4)
AFFA-nın baş katibi Türkiyə millisinin baş məşqçisi ilə görüşüb

06 Dekabr 2019, 15:21 (GMT +4)
AzMİU ilə PMD Projects MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb

06 Dekabr 2019, 15:12 (GMT +4)
ABŞ-da kor məhbus elektrik stulda edam edilib

06 Dekabr 2019, 15:00 (GMT +4)
Baş Nazirin müavini: Əkilən ağaclar Azərbaycanın ekoloji şəraitini yaxşılaşdıracaq

06 Dekabr 2019, 14:50 (GMT +4)
İspaniyada həkimlər 6 saat ürəyi dayanan xəstəni həyata qaytarıb

06 Dekabr 2019, 14:15 (GMT +4)
Nigeriyada neft boru kəmərinin partlaması nəticəsində 7 nəfər ölüb

06 Dekabr 2019, 14:13 (GMT +4)
SalamNews İA və İnterAz TV Nəsiminin 650 illik yubileyi münasibətilə ağacəkmə aksiyasında iştirak edib

06 Dekabr 2019, 14:06 (GMT +4)
Nazir Mikayıl Cabbarov Simonyanın təxribat xarakterli fikrinə cavab verib

06 Dekabr 2019, 14:00 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66