AzTU-da tanınmış şəxslər tələbələrə həyat hekayələrindən bəhs ediblər14 Noyabr 2019, 09:34 (GMT +4) Bakı, 14 noyabr, SalamNews. Azərbaycan Texniki Universiteti (AzTU) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Arximed 19” layihəsi çərçivəsində şəxsi inkişaf seminarı keçirilib.
“Axına qarşı” mövzusunda keçirilən seminarın əsas məqsədi gənclərin həyatda qazandıqları uğurların dəyərləndirilməsidir.
AzTU-nun rektoru, professor Vilayət Vəliyev iştirakçıları salamlayaraq tələbələrə təhsildə və ictimai fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə fəaliyyət sahələrində uğur qazanmış tanınmış şəxslər-Aytən Səfərova, Nəsimi Paşayev, Cəlalə Nəzəroğlu, Orxan Şahbaz və Vüqar Zifəroğlu öz təcrübələrini bölüşüb, həyat hekayələrindən bəhs ediblər.
Sonda layihə rəhbərləri və spikerlərə sertifikatlar təqdim edilib
|