Siyasi maraqlar naminə tarixin təhrif edilməsi qəbuledilməzdir - Ərdoğan14 Noyabr 2019, 11:16 (GMT +4) Bakı, 14 noyabr, SalamNews. Siyasi maraqlar naminə tarixin təhrif edilməsi qəbuledilməzdir.
SalamNews "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
Merilenddəki Amerika Dini Mərkəzində çıxış edən Türkiyə prezidenti ABŞ Nümayəndələr Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını kəskin şəkildə tənqid edib.
“Tarixi siyasi məqsədlər üçün yenidən yazmaq cəhdləri Türkiyənin mövqeyinə heç bir şəkildə təsir etməyəcək. Ankara əvvəllər İrəvana tarixçilər, arxeoloqlar və siyasətçilər üçün bütün arxivləri açmağa dəvət etməklə xoş niyyətini göstərdi. Bu məsələyə nöqtə qoymaq üçün üçüncü ölkələrin mütəxəssislərini müştərək komissiyaya daxil etməyə hazırıq", Ərdoğan deyib.
Türkiyə Prezidenti qeyd edib ki, yalnız Baş qərargahın arxivlərində Osmanlı dövlətinin son illərinə aid bir milyondan çox sənəd saxlanılır.
“Biz siyasi iradə göstərdik, lakin Ermənistan və erməni diasporu öz arxivlərini açmaqdan imtina etdilər. Niyə? Çünki komissiyanın onların işinə yaramayacaq nəticəyə gələcəklərini yaxşı bilirlər", o bildirib.
|