Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Vyanada Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin ofisi açılıb

15 Noyabr 2019, 17:44 (GMT +4)

Bakı, 15 noyabr, SalamNews.Vyanada Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin (AZER-DER) ofisinin rəsmi açılış mərasimi keçirilib.

SalamNews xəbər verir ki, tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, ölkəmizin Avstriyadakı səfiri Qalib İsrafilov, Türkiyənin Vyana şəhərindəki baş konsulu Asip Kaya, türkdilli ölkələrin səfirliklərinin təmsilçiləri, Azərbaycan və Türkiyənin diaspor fəalları, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxışı zamanı Fuad Muradov xaricdə yaşayan soydaşlarımızın bir araya gəlməsində və təşkilatlanmasında mədəniyyət mərkəzlərinin və Azərbaycan evlərinin böyük əhəmiyyət daşıdığını söyləyib. O, bildirib ki, artıq bu ilin sonuna qədər 11 ölkədə Azərbaycan Evi fəaliyyət göstərməyə başlayacaq, gələn il isə 8 ölkədə Azərbaycan Evi açılacaq. Bu mərkəzlərin milli-mədəni dəyərlərin yaşadılması, yerli ictimaiyyətə Azərbaycan həqiqətlərinin çatdırılması işlərində daha mühüm rol oynayacağına ümid etdiyini bildirib. Azərbaycanın əzəli torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi və Qarabağ haqqında gerçəklərin dünya ictimaiyyətinə çatdırılması işində diaspor fəallarına uğurlar arzulayıb.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünün ötən ay Bakıda keçirildiyini xatırladan komitə sədri sözügedən ölkələrin diaspor təşkilatları arasında birgə əməkdaşlığın önəmini vurğulayıb.

Qalib İsrafilov Avstriyadakı Azərbaycan diasporunun aparıcı qüvvələrindən biri olan AZER-DER-in fəaliyyətindən bəhs edib. Qeyd edib ki, AZER-DER təkcə azərbaycanlı icmasının deyil, eyni zamanda, türkdilli ölkələrdən Avstriyaya gəlmiş insanların sevimli məkanıdır. Burada tez-tez müxtəlif tədbirlər, milli bayramlar, uşaq və böyüklər üçün kurslar təşkil olunur. O, təşkilatın rəhbəri Yardım Günəşə və təşkilatın fəallarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Asip Kaya Azərbaycan və Türkiyə diasporlarının birgə fəaliyyət göstərməsindən məmnunluq ifadə edib və Vyanada da diaspor təşkilatlarımız arasında sıx əməkdaşlığın mövcud olduğunu bildirib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Diasporla İş üzrə Dövlət Komitəsi yeni könüllülərin qeydiyyatına başlayıb

Diasporla İş üzrə Dövlət Komitəsi yeni layihənin icrasına başlayıb

Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 17 il ötür

Diasporla İş Üzrə Dövlət Komitəsində gürcüstanlı deputatlarla görüş keçirilib

AMEA ilə Diasporla İş üzrə Dövlət Komitəsi arasında memorandum imzalanıb

Diasporla İş üzrə Dövlət Komitəsində 20 Yanvar faciəsinin qurbanları anılıb

Diasporla İş üzrə Dövlət Komitəsi erməni təxribatının qarşısını alıb

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-da görüşlərə başlayıb

Almaniya nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsində olub

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İsveçrədə səfərdədir

Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 16 il ötür

Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri işdən çıxıb

Diasporla İş üzrə Dövlət Komitəsinə yeni mətbuat katibi təyin edilib

Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavinlərinin sayı artırılıb

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları təltif olunublar - SİYAHI

Diasporla İş üzrə Dövlət Komitəsi ÜAK-ın ləğvi olunması ilə bağlı bəyanat yayıb

Diasporla İş üzrə Dövlət Komitəsi Ümumrusiya Azərbaycan Konqresi ilə bağlı bəyanat yayıb

Diasporla İş üzrə Dövlət Komitəsi ÜAK ilə bağlı məsələyə münasibət bildirib

Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 14 il ötür

17 Fevral 2020, 18:01 (GMT +4)
Avtomobil Yolları Dövlət Agentliyinə 4,9 milyon manat ayrılıb

17 Fevral 2020, 17:50 (GMT +4)
Pekində altı günə tibbi maskalar istehsal ediləcək fabrik inşa ediləcək

17 Fevral 2020, 17:50 (GMT +4)
Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş müzakirə edilib

17 Fevral 2020, 17:31 (GMT +4)
Yaponiyada koronavirus ilə əlaqədar imperatorun çıxışı ləğv edilib

17 Fevral 2020, 17:14 (GMT +4)
AQTA Qax məktəbliləri ilə görüş keçirib

17 Fevral 2020, 16:52 (GMT +4)
Burkina-Fasoda kilsəyə hücum zamanı 24 nəfər qətlə yetirilib

17 Fevral 2020, 16:47 (GMT +4)
Həbsxanaya narkotik keçirilməsinin qarşısı alınıb

17 Fevral 2020, 16:40 (GMT +4)
“Azerbaijan Digital Hub” proqramının rəqəmsal iqtisadiyyat quruculuğuna töhfəsi müzakirə olunub

17 Fevral 2020, 16:32 (GMT +4)
Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlanılıb

17 Fevral 2020, 16:25 (GMT +4)
Çində koronavirusa yoluxduğunu gizləyən şəxslər edam cəzasına məhkum edilə bilər

17 Fevral 2020, 16:19 (GMT +4)
Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına gedir

17 Fevral 2020, 15:58 (GMT +4)
Türkiyədə qeyri-qanuni şəkildə yaşayan azərbaycanlılar saxlanılıb

17 Fevral 2020, 15:50 (GMT +4)
DSMF-də yeni idarələr yaradılıb

17 Fevral 2020, 15:45 (GMT +4)
Xırdalan dairəsinin altından keçən avtomobil tuneli dördzolaqlı olacaq

17 Fevral 2020, 15:22 (GMT +4)
AB Belarusa qarşı silah embarqosu və sanksiyaların müddətini bir il uzadıb

17 Fevral 2020, 15:18 (GMT +4)
Peskov: Rusiya Belarusla enerji mövzusunda dialoqu davam etdirəcək

17 Fevral 2020, 14:37 (GMT +4)
Bakı Limanı ilə “Təmiz Şəhər” arasında müqavilə imzalanıb

17 Fevral 2020, 14:20 (GMT +4)
Cənubi Koreyada koronavirusa 30-cu yoluxma halı qeydə alınıb 

17 Fevral 2020, 14:08 (GMT +4)
“ADY Konteyner” “Rail Cargo Macarıstan”la əməkdaşlığa başlayır

17 Fevral 2020, 13:58 (GMT +4)
"Gənclərin ictimai fəallığa təşviqi" adlı layihə davam edir

17 Fevral 2020, 13:50 (GMT +4)
Hizbulla: ABŞ tarixində ən rüşvətxor Tramp administrasiyasıdır

17 Fevral 2020, 13:47 (GMT +4)
Auditorlar Palatası və ARPA mühasiblər üçün seminar keçirib

17 Fevral 2020, 13:42 (GMT +4)
Yol Polisi daha bir maarifləndirici video çarx hazırlayıb (VİDEO)

17 Fevral 2020, 13:25 (GMT +4)
Yaradıcılıq müsabiqəsinin ilk mərhələsi keçirilib

17 Fevral 2020, 13:09 (GMT +4)
Tramp Rusiyaya Suriya qoşunlarına İdlibdə dəstək verməkdən imtina etməsini təklif edib

17 Fevral 2020, 13:00 (GMT +4)
Xəzərin sahili sintetik torlardan təmizlənib

17 Fevral 2020, 12:43 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

17 Fevral 2020, 12:31 (GMT +4)
Kamerunda 14-ü uşaq olmaqla 20-dən çox insan qətl edilib

17 Fevral 2020, 12:21 (GMT +4)
Dövlət Agentliyinin sədri «GəncLİK» proqramının iştirakçıları ilə görüşüb (FOTOLAR)

17 Fevral 2020, 12:09 (GMT +4)
Polşa XİN rəhbəri Rusiyanı AB üçün təhlükə adlandırıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66