Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

KOB-ların maliyyələşdirilməsinə dair ictimai müzakirə təşkil edilib

14 Noyabr 2019, 13:00 (GMT +4)

Bakı, 14 noyabr, SalamNews.Noyabrın 14-də Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı ilə növbəti Forum keçirilib.

“Kiçik və orta biznes subyektlərinin maliyyə bazarlarına çıxışında şəffaflıq: mövcud vəziyyət və perspektivlər” mövzusunda təşkil olunmuş Forumda KOBİA-nın, Azərbaycan Respublikası Mərkəzi Bankının, Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Banklar Assosiasiyasının, eləcə də müxtəlif bankların, bank olmayan kredit təşkilatlarının və kredit ittifaqlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

SalamNews KOBİA-ya istinadən xəbər verir ki, forumda mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə bazarlarına çıxışı ilə bağlı aktual məsələlər, maliyyə təşkilatları tərəfindən göstərilən xidmətlər, dövlət və özəl qurumların təqdim etdiyi mövcud və alternativ maliyyələşdirmə mexanizmləri ilə bağlı müzakirələr aparılıb, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin apardığı iqtisadi islahatlar yeni mərhələyə qədəm qoyub və bu prosesin əsas istiqamətləri sırasında kiçik və orta sahibkarlığın inkişafı, onun iqtisadiyyatda rolunun artırılması prioritet kimi müəyyən edilib. Qeyd olunub ki, maliyyə resurlarına çıxış və yüksək keyfiyyətli maliyyə xidmətləri ilə təmin olunma kiçik və orta biznesin inkişafında əsas şərtlərdəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu ilin oktyabrında keçirilmiş iqtisadi müşavirədəki çıxışı zamanı iqtisadiyyatın real sektorunun aktiv maliyyələşdirilməsi, eləcə də bu prosesdə kiçik və orta biznesin dəstəklənməsi istiqamətində maliyyə qurumlarına çağırış edib. Bu çağırışa uyğun olaraq, maliyyə qurumlarının, ictimai təşkilatların, dövlət orqanlarının və sahibkarların iştirakı ilə birgə müzakirə formatında təşkil olunmuş bugünkü forum bu baxımdan aktualdır. Agentliyin əsas fəaliyyət istiqamətlərindən birinin KOB-ların maliyyə resurlarına çıxışını əlçatan etmək, eləcə də sahibkarlar tərəfindən təklif olunan investisiya layihələrini maliyyə qurumları ilə əlaqələndirmək olduğunu qeyd edən KOBİA sədri bir sıra təkliflər də səsləndirib. Bildirilib ki, sahibkarlara maliyyə dəstəyinin digər çoxsaylı dəstək tədbirləri ilə əlaqəli şəkildə həyata keçirilməsinə şərait yaratmaqla səmərəliliyi yüksəltmək baxımından KOBİA ilə banklar arasında daha sıx əməkdaşlığın həyata keçirilməsi, daxili bazar araşdırmalarına dövlət dəstəyinin göstərilməsi qaydaları çərçivədində maliyyə qurumları və banklarla əməkdaşlıq, maliyyə institutları ilə birgə tədbirlərin, seminar və təlimlərin keçirilməsini məqsədəuyğun olardı.

Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyəti sədri vəzifəsini icra edən İbrahim Alışov, Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru Rəşad Orucov, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxışlarında mövcud maliyyələşdirmə mexanizmləri, KOB-ların maliyyə resurslarına çıxışının genişləndirilməsi üçün həyata keçirilən tədbirlər, yeni maliyyələşdirmə mexanizmləri, bu sahədə beynəlxalq təcrübə, kiçik və orta biznes subyektlərinin maliyyə ehtiyaclarının öyrənilməsi tədbirləri barədə məlumat veriblər.

KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov forumun keçirilməsi məqsədi, KOBİA yanında İctimai Şuranın fəaliyyəti barədə məlumat verib, KOB-ların, müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə mütəmadi olaraq üçtərəfli formatda tədbirlərin keçirildiyini bildirib. Forumda səsləndirilən fikirlərin, rəy və təkliflərin nəzərə alınacağını və aidiyyəti üzrə təqdim olunacağını qeyd edib.

Forum çərçivəsində həmçinin, müxtəlif maliyyə təşkilatlarının mikro, kiçik və orta sahibkarlıq subyektlərinə təqdim etdiyi maliyyə xidmətlərinin sərgisi təşkil olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

KOBİA İtaliyanın müvafiq təşkilatları ilə üç anlaşma memorandumu imzalayıb

KOBİA və USAİD biznes assosiasiyalara dəstək məqsədilə yeni təşəbbüs irəli sürüb

KOBİA nümayəndələri Almaniyada bir sıra görüşlər keçirib

KOBİA və Ukrayna Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair sənəd imzalanıb

KOBİA yanında İctimai Şuranın forumunda qida biznesi sahəsində müzakirələr aparılıb

KOBİA 150-dən çox sahibkarın sərgilərdə iştirakına dəstək göstərib

KOBİA-nın nizamnamə fondu iki dəfədən çox artırılıb

KOBİA Gənclər Fondu və "Gənc Sahibkarlar Şəbəkəsi" İctimai Birliyi ilə əməkdaşlıq edəcək

KOBİA ilə “Deloitte” şirkəti əməkdaşlığı genişləndirir

AzerTelecom və KOBİA əməkdaşlıq edəcək

KOBİA-nın dəstəyi ilə “Bakutel” Sərgisində virtual müəssisə təqdim olunur

KOBİA “AzerTelecom”la əməkdaşlıq edəcək

KOBİA-nın dəstəyi ilə “EY ilin iş adamı”müsabiqəsinə start verilir

ARPA sədri Günay Şahbazova KOBİA tərəfindən təltif edilib

KOBİA-nın iştirakı ilə istixana təsərrüfatlarının sahibkarları ilə görüş keçirilib

Sahibkarlar və fermerlər KOBİA-nın onlayn maarifləndirmə tədbirindən yararlanıblar

KOBİA iki sahibkarlıq subyekti arasındakı mübahisəni həll edib

KOBİA onlayn maarifləndirmə tədbiri keçirəcək

KOBİA Qusarda kələm satışı ilə məşğul olan fermerlərə dəstək göstərib

KOBİA: Elektron ticarətlə bağlı maarifləndirmə tədbirlərinə zərurət var

26 Fevral 2020, 18:10 (GMT +4)
Bakıda saxta kərə yağı istehsal edən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb

26 Fevral 2020, 18:05 (GMT +4)
“Azərişıq” ASC-də Xocalı faciəsinin ildönümü ilə bağlı tədbir keçirilib

26 Fevral 2020, 18:00 (GMT +4)
DSX: Türkiyə-Naxçıvan sərhədi açılıb

26 Fevral 2020, 17:54 (GMT +4)
Məşğulluqla bağlı 2020-ci il üçün Tədbirlər Planı təsdiqlənib

26 Fevral 2020, 17:48 (GMT +4)
Məcburi köçkünlər üçün yeni binalar tikiləcək

26 Fevral 2020, 17:47 (GMT +4)
Putin Ərdoğanı ad günü münasibətilə təbrik edib

26 Fevral 2020, 17:34 (GMT +4)
Vyanada İran nüvə sazişilə bağlı 4+1 formatında toplantı işinə başlayıb

26 Fevral 2020, 17:11 (GMT +4)
“E-sosial”ın aktiv istifadəçi sayı 153,6 minə çatıb

26 Fevral 2020, 17:10 (GMT +4)
Kiyevdə Xocalı soyqırımı haqqında məlumatlandırıcı bilbordlar qurulub

26 Fevral 2020, 17:01 (GMT +4)
Moldovada Xocalı soyqırımı ilə bağlı yürüş keçirilib

26 Fevral 2020, 17:00 (GMT +4)
Tanrıverdi Mustafayev: Güclü külək iri gövdəli ağacları elektrik xətlərinin üzərinə aşırıb

26 Fevral 2020, 16:54 (GMT +4)
2 saylı DOST mərkəzinə iki ayda 5 minə yaxın müraciət daxil olub

26 Fevral 2020, 16:45 (GMT +4)
İran ABŞ-a koronavirusdan sui-istifadə etməyə imkan verməyəcək - Həsən Ruhani

26 Fevral 2020, 16:45 (GMT +4)
ÜST ekspertləri koronavirusla bağlı vəziyyətə görə İrana səfər edəcək 

26 Fevral 2020, 16:30 (GMT +4)
İtaliyada koronavirusa görə "Mission Impossible" filminin çəkilişi dayandırılıb

26 Fevral 2020, 16:17 (GMT +4)
Azercell ADA Universitetinin təqaüd proqramına dəstək olur

26 Fevral 2020, 16:15 (GMT +4)
Nyu-Delhidə qarşıdurmalar zamanı ölənlərin sayı 20-yə çatıb

26 Fevral 2020, 16:05 (GMT +4)
MN: Azərbaycan Ordusunda koronavirusa qarşı ciddi tədbirlər həyata keçirilir

26 Fevral 2020, 15:55 (GMT +4)
ABŞ-da prezidentliyə namizəd səfirliyi Qüdsdən Təl-Əvivə qaytaracağını bildirib

26 Fevral 2020, 15:51 (GMT +4)
Aprel şəhidi Nəcməddin Savalanov yaşasaydı bu gün 35 yaşı olacaqdı

26 Fevral 2020, 15:44 (GMT +4)
Xocalı ilə bağlı bəyanat Belarus XİN-ə və ölkədəki səfirliklərə təqdim edilib

26 Fevral 2020, 15:24 (GMT +4)
MSK: Ümumilikdə 328 seçki məntəqəsində nəticələr ləğv edilib

26 Fevral 2020, 15:11 (GMT +4)
Cənubi Koreyada koronavirusa yoluxanların sayı artıb 

26 Fevral 2020, 15:00 (GMT +4)
Dövlət Gömrük Komitəsinin sədri vətəndaşları qəbul edəcək

26 Fevral 2020, 14:59 (GMT +4)
İraqın Səlahəddin əyalətində əməliyyat zamanı 39 İŞİD-çi zərərsizləşdirilib

26 Fevral 2020, 14:52 (GMT +4)
Bu gün Cəlilabad xəstəxanasına koronavirusa görə 29 nəfər daxil olub (RƏSMİ)

26 Fevral 2020, 14:48 (GMT +4)
Türkiyə İdlib məsələsində güzəştə getməyəcək - Ərdoğan

26 Fevral 2020, 14:40 (GMT +4)
ABŞ Dövlət Departamenti Xocalı faciəsi ilə bağlı bəyanat verib

26 Fevral 2020, 14:27 (GMT +4)
Külli miqdarda xarici valyutanın ölkədən çıxmasının qarşısı alınıb

26 Fevral 2020, 13:54 (GMT +4)
Çoxistifadəli ekopaketlər polietilen torbaların istifadəsini azalda bilər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66