Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

“Xarı Bülbül” gənclərin 2-ci yaradıcılıq festivalı keçirilib

14 Noyabr 2019, 16:47 (GMT +4)

Bakı, 14 noyabr, SalamNews.Gənclər üçün Təhsil Mərkəzi Bakı şəhərində“Xarı Bülbül” gənclərin 2-ci yaradıcılıq festivalını keçirib. 

SalamNews xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi iləkeçirilənfestivalın əsas məqsədiQarabağın mədəni incilərini təbliğ etmək, gənclərin yaradıcılıq bacarıqlarının üzə çıxarılmasına və artırılmasına yardımçı olmaq, habelə uşaq və yeniyetmələrdə yaradıcılığa maraq oyatmaq idi.

Rəsmi açılışda dövlət qurumlarının nümayəndələri, diplomatlar, yeniyetmə və gənclər iştirak etmişlər. Tədbirə 3 xarici ölkədən (Türkiyə, Macarıstan və Moldova) 18 gənc qatılmışdır.
Tədbiri giriş sözü ilə Mərkəzin baş katibi Gülnar Xəlilova açaraq, Festivalın əhəmiyyəti barədə danışmış, yaradıcı gənclərin böyük marağına səbəb olduğunu vurğulamışdır.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva ölkəmizdə yaradıcı gənclərə dövlət qayğısı, onların öz bacarıqlarını nümayiş etdirmək üçün yaradılan imkanlar barədə fikirlərini bölüşmüşdür. O, ümumilli lider Heydər Əliyevin hər zaman yaradıcı gənclərin irəli çəkilməsinə və inkişafına böyük önəm verdiyini vurğulamış, həmin ənənənin bu gün də cənab İlham Əliyev tərəfindən davam etdirildiyini qeyd etmişdir.

Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə çıxış edərək, Festivalın təkcə Bakı şəhərində deyil, ölkəmizin digər regionlarında da keçirildiyini bildirmişdir. O, Festival üçün bir neçə ay bundan öncə, Bakı şəhərindəyaradıcılıq dərnəyinin qurulduğunu,iştirakçı olmaq istəyənlər bu dərnəkdə bütün hazırlıq işlərini həyata keçirdiklərini qeyd etmiş, gənclərin istifadəsi üçün zəruri olan musiqi avadanlıqları, rəsm və digər sahələr üzrə müvafiq materialların yerləşdirildiyini və təlimləri keçirildiyini vurğulamışdır.

Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Ozoral “Xarı Bülbül” festivalının böyük maraqla qarşılandığını, gənclərin yaradıcılığının inkişafına hərtərəfli dəstək verildiyini yüksək qiymətləndirmişdir. Qonaq Türkiyə və Azərbaycan arasında mədəni dostluq əlaqələrinə toxunmuş, səmimi dəvətə görə təşkilatçılara təşəkkür etmişdir.

Şuşa Dövlət Musiqili Dram Teatrında baş tutan festivalda yaradıcı gənclərin ifalarında musiqilər səsləndirilmiş, milli rəqslər nümayiş etdirilmiş, şeirlər söylənilmiş, tamaşalar göstərilmişdir. Festival çərçivəsində yaradıcı gənclərin əl işləri, rəsm əsərlərinə də baxış keçirilmişdir.

Qeyd edək ki, Gənclər üçün Təhsil Mərkəzi tərəfindən “Xarı Bülbül” gənclərin yaradıcılıq festivallarının hər il keçirilməsi, Qarabağın mədəni incilərinin bu tədbirlər vasitəsilə gənc nəsil arasında təbliği nəzərdə tutulur.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ARGTMŞ-ın sədr müavini Avropa Şurasının sessiyasında iştirak edib

GTMŞ tərəfindən Mübadilə Proqramına seçilmiş gənclər fəaliyyətə start veriblər

ARGTMŞ tərəfindən müsabiqə nəticəsində hazırlanan posterlər beynəlxalq qurumlara göndərilib

ARGTMŞ-in növbəti məlumat turu Dövlət Neft Fondunda olub

Ağcabədidə GTM layihə çərçivəsində “Zorakılıqdan uzaq uşaqlıq” strategiyasına start verib

GTMŞ-nın növbəti məlumat turu “Azərbaycan Dəmir Yolları” QSC-də keçirilib

Azərbaycanlıların soyqrımına dair ARGTMŞ-nın təşəbbüsü ilə həyata keçirilən onlayn fəaliyyətlər yekunlaşıb

ARGTMŞ növbəti məlumat turunu Mədəniyyət və Turizm Nazirliyində keçirib

ARGTMŞ 2017-ci ildə gənclərə işə innovativ yanaşmalar gətirəcək

ARGTMŞ nümayəndəsi beynəlxalq tədbirdə Azərbaycanı təmsil edib

ARGTMŞ illik hesabat verəcək

ARGTMŞ Azərbaycanı beynəlxalq tədbirdə təmsil edib

ARGTMŞ-nin üzv təşkilatlarının nümayəndələri beynəlxalq tədbirə qatılıb

ARGTMŞ Avropa Şurasının tədbirində təmsil olunub

ARGTMŞ-ın nümayəndə heyəti Gürcüstanda keçirilən beynəlxalq tədbirdə iştirak edib

ARGTMŞ-ın təşəbbüsü ilə “ReTweet” kampaniyasına start verilib

ARGTMŞ-ın BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusu uzadılıb

ARGTMŞ daha bir gəncin Avropa Könüllülük Xidmətində iştirakına dəstək olub

ARGTMŞ-ın sədri beynəlxalq konfransda iştirak edib

ARGTMŞ-nin təşkil etdiyi AKX Yay məktəbinə start verilib

11 Dekabr 2019, 16:54 (GMT +4)
Ankara ABŞ-ı Rusiyadan qırıcı təyyarə almaqla təhdid edib

11 Dekabr 2019, 16:45 (GMT +4)
Prezident İlham Əliyev “Azərsu” ASC-ə 5 milyon manat ayırıb

11 Dekabr 2019, 16:37 (GMT +4)
Əli Əhmədov: YAP vaxtı çatanda öz siyahısını elan edəcək

11 Dekabr 2019, 16:28 (GMT +4)
Çin XİN ABŞ-ı qlobal təhlükəsizliyə ən böyük təhdid adlandırıb

11 Dekabr 2019, 16:10 (GMT +4)
İsrail parlamenti özünü buraxmağa hazırlaşır

11 Dekabr 2019, 16:02 (GMT +4)
SOCAR və STP arasında anlaşma memorandumu imzalanıb

11 Dekabr 2019, 15:50 (GMT +4)
Putin və Ərdoğan İstanbul görüşündə Suriya ilə bağlı sammiti müzakirə edə bilər

11 Dekabr 2019, 15:46 (GMT +4)
Azərbaycanlı tələbə erməni rəqibini 10:0 məğlub edib

11 Dekabr 2019, 15:35 (GMT +4)
Təhsil Nazirliyi 1280-dən çox video dərslər hazırlayıb

11 Dekabr 2019, 15:34 (GMT +4)
Suriya Ordusu beynəlxalq Hələb-Həsəka yolunu tam nəzarətə götürüb

11 Dekabr 2019, 15:30 (GMT +4)
BANM “Baker Hughes” şirkəti ilə proqram təminatı lisenziyaları barədə saziş imzalayıb

11 Dekabr 2019, 15:28 (GMT +4)
Məktəblilərimiz tarixi uğura imza atıblar

11 Dekabr 2019, 15:20 (GMT +4)
“AmCham Azərbaycan” üzvləri üçün DMX rəisi ilə görüş təşkil edilib

11 Dekabr 2019, 15:20 (GMT +4)
Peskov Paris sammitinin "qalibi" haqqında söhbətləri yersiz adlandırıb 

11 Dekabr 2019, 14:49 (GMT +4)
Ötən gün yol qəzalarında 4 nəfər ölüb

11 Dekabr 2019, 14:44 (GMT +4)
Xəlifə Haftarın Ordusu Liviyada türk gəmilərinin vurulacağı haqda xəbərdarlıq edib

11 Dekabr 2019, 14:41 (GMT +4)
Kreml Trampın Lavrovla görüşünə münasibət bildirib

11 Dekabr 2019, 14:15 (GMT +4)
Katalon polisi Barselona - Real Madrid matçının keçirilməsinə qarşı çıxır

11 Dekabr 2019, 14:13 (GMT +4)
Yol Polisi piyadalarla bağlı təsirli tədbirlərin görülməsinə başlayıb

11 Dekabr 2019, 13:51 (GMT +4)
Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Abşeronda vətəndaşlarla görüşüb

11 Dekabr 2019, 13:50 (GMT +4)
Nyu Cersidə bir neçə saat davam edən atışmada 6 nəfər ölüb

11 Dekabr 2019, 13:43 (GMT +4)
Təhsil Nazirliyi Biləsuvar və Masallı rayonlarına mediatur təşkil edib

11 Dekabr 2019, 13:39 (GMT +4)
İran körfəz ərəb dövlətlərinin zirvə toplantısının bəyanatını tənqid edib

11 Dekabr 2019, 13:29 (GMT +4)
Sabah Bakıda 11 dərəcə isti gözlənilir

11 Dekabr 2019, 13:16 (GMT +4)
AQTA əməkdaşları Bərdədə əkin sahələrində monitorinqlər aparıb

11 Dekabr 2019, 12:58 (GMT +4)
Türkiyə S-400-dən imtina etməyəcək - Hulusi Akar

11 Dekabr 2019, 12:54 (GMT +4)
“Ekoloji problemlər gənclərin gözü ilə” adlı sərgi keçirilib (FOTOLAR)

11 Dekabr 2019, 12:40 (GMT +4)
Prezident İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul edib

11 Dekabr 2019, 12:34 (GMT +4)
Təhsil naziri Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək

11 Dekabr 2019, 12:25 (GMT +4)
İranın Avropanın vəd etdiyi İnsteks sisteminə ümidi qalmayıb - İran rəsmisi

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66