Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Gömrük Hospitalının cərrah-transplantoloqu böyrək fəaliyyətinin qorumasının yollarını açıqlayıb

14 Noyabr 2019, 16:05 (GMT +4)

Bakı, 14 noyabr, SalamNews. İnsan orqanizmində bir cüt böyrək var. Böyrəklər həyat üçün çox vacib orqandır. Böyrəklər olmasa, həyatı davam etmək qeyri-mümkündür. Böyrəklər orqanizmdən toksiki maddələrin xaric olunmasında, bədəndəki suların və təzyiqin balansa tutulmasında, hormon istehsalında, qanın mütəmadi olaraq böyrəklərdən süzülməsində, mineralların sorulmasında və sidiyin istehsalında vacib orqandır.

Bunu SalamNews-a Mərkəzi Gömrük Hospitalının cərrah-transplantoloqu Dr. Mircəlal Kazımi deyib.

Bu həyati vacib olan orqan 24 saat fəaliyyətdə olur və müxtəlif toksiki maddələrin birbaşa təması altında olur. Buna görə də, böyrəklər özündə toksiki maddələrin gətirdiyi mənfi təsirlərin altındadır və mütəmadi olaraq onların hər an sıradan çıxma ehtimalı var. Bəzən normal həyat fəaliyyətimizi davam etdirməyimiz üçün böyrəklərin 20% rezervi kifayətdir. Bu o deməkdir ki, böyrək çatışmazlığı uzun müddət ərzində baş verib, zaman ərzində ortaya çıxır. Çünki, böyrəklərin rezervləri tamamilə tükəndikdən sonra əlamətləri ortaya çıxır. Böyrək çatışmazlığından əziyyət çəkən  insanlar tək sağlamlıqlarında problem yaşamırlar. Bu insanların həyat keyfiyyəti, həyat komfortu da aşağı düşmüş olur. Çünki bu insanlar ciddi mənada həyatdakı komfortlarını itirib əmək fəaliyyətindən, iş-gücdən, ailələrindən, cəmiyyətdən geridə qalır və uzaqlaşırlar.

Bəs böyrəklərin fəaliyyətini qorumaq üçün  nələrə diqqət etməliyik? Böyrək fəaliyyətini qorumaq üçün aşağıdakılara riayət etməliyik:

Birincisi, həyat tərzimizdə dəyişikliklər etməli: düzənli və normal, dinamik həyat tərzinə keçməliyik. Əgər biz dinamik həyat tərzinə keçsək və davam etsək, idmanla məşğul olsaq, təzyiqimiz də aşağı olar, yəni yüksək təzyiqin, hipertoniyanın qarşısı alınar. Təbii ki, burada aşırı idman hərəkətlərindən söhbət getmir. Normal şəkildə idmanla məşğul olan insanlar özlərini təzyiq xəstəliyindən qorumuş olur, nəticə etibarilə böyrəklər qorunmuş olur.

Böyrəklərimizi qorumağın ən əsas komponentlərindən  biri də yuxudur. Yuxu pozuntusu olan insanlarda böyrək çatışmazlığına daha tez-tez rast gəlinir. Çünki normal, düzənli yuxuda hormonal balans yerində olur, təzyiq yerinə gəlir və insanlar böyrəyin xroniki xəstəliklərindən qorunmuş olur.

İkincisi, qandakı şəkərin normada olmasıdır. Şəkər mütəmadi olaraq kontrolda olmalıdır. Şəkərin yüksək olması şəkərli diabeti olan xəstələri birbaşa böyrək çatışmazlığına gətirib çıxarır. Araşdırmalar göstərir ki, şəkərli diabetdən əziyyət çəkən xəstələrin təxminən 50%-i xroniki böyrək çatışmazlığından əziyyət çəkir. Biz mərkəz olaraq böyrək çatışmazlığı olan xəstələr üzərində böyrək transplantasiyası əməliyyatlarını həyata keçiririk. Artıq biz 800-ə yaxın xəstəyə böyrək transplantasiyası əməliyyatı etmişik.  Böyrək transplantasiyası etdiyimiz xəstələrin təxminən 70%-i şəkərli diabeti olan xəstələrdir. Bu xəstələr mütləq şəkildə həkim nəzarəti altında olmalı, şəkərlərini kontrol altına almalıdırlar.

Üçüncüsü, arterial təzyiq. Arterial təzyiq mütəmadi olaraq kontrol altında olmalıdır. Hər birimiz müəyyən yaş dövründən sonra, xüsusilə də, 40-45 yaşdan sonra qan təzyiqini yoxlayıb nəzarət altında saxlamalıyıq. Normal təzyiq 120 - 80 mm civə sütunu civarında olmalıdır. Əgər təzyiq 139 – 89 mm civə sütununa çatarsa, artıq həyəcan təbili çalınmalıdır və mütəmadi olaraq kontrollar aparılmalıdır. Təzyiq 140 – 90 mm civə sütunu və ya ondan yuxarı olarsa, bu artıq mütləq həkimə müraciət etməyimiz üçün ciddi səbəbdir. Əgər bir xəstədə həm təzyiq, həm yüksək şəkər varsa, xolesterinlər də yüksəkdirsə, bu o deməkdir ki, bu xəstələr xroniki böyrək çatışmazlığı xəstəsi olmağa namizəddirlər.

Dördüncüsü, sağlam qidalanma. Sağlam qida bizim bütün həyatımızın ən mühüm komponentidir. Qidalanmanın və çəkimizin kontrol altına alınması sağlamlığımızın vacib şərtidir.  Normal, sağlıqlı qida qəbul etdiyimiz halda şəkərli diabetin və yüksək təzyiqin qarşısı alınır. Şəkərli diabet və yüksək təzyiqi olan xəstələr böyrək çatışmazlığı xəstəliyinə namizəd olur. Qidalanan zaman mütləq duzun miqdarına diqqət yetirmək lazımdır. Bizim gündəlik duz qəbulumuz 5-6 qram civarında olmalıdır. Bu o deməkdir ki, gündə maksimum bir çay qaşığı duz yeyə bilərik. Bunu kontrol etmək üçün ən yaxşı yol ev şəraitində qidalanmaqdır. Restoranlarda, kafelərdə, digər iaşə obyektlərində yemək yeyərkən duz qəbuluna nəzarət etmək mümkün olmur.

Bununla yanaşı, B6 vitamini böyrəklərin fəaliyyətində çox önəmli rol oynayır. Sutkalıq B6 vitamini qəbulu normada 1,3 mq civarında olmalıdır. B6 vitamini balıqda, ətdə, noxudda, kartofda, ispanaqda və fındıqda daha çoxdur.

Maqnezium qəbulu da orqanizmimiz üçün çox vacib komponentdir. Maqnezium kalsium mübadiləsində əsas rol oynayır. Bu mübadilə pozularsa, böyrəkdə daşların əmələ gəlməsinə səbəb olur. Mg səbzidə, balıqda, noxudda,  Bitter şokoladında, mərcidə və bananda daha çoxdur. Bunların hamısının gündəlik qəbulu arzuolunandır.

Beşincisi, bol su qəbulu. Biz susuz qaldığımız zaman orqanizmdə ciddi dəyişikliklər baş verir. Su qəbul etdiyimiz zaman özümüzü müəyyən problemlərdən qorumuş oluruq. Su duzların mübadiləsində, sidik cövhərinin atılmasında, toksiki maddələrin bədəndən çıxarılmasında əsas, vacib komponentdir. Zəruri olan suyun miqdarı dünya alimləri tərəfindən heç də eyni müəyyən edilməyib. Bəzi alimlər sutkalıq norma kimi 1,5-2 litr qəbul etməyi, bəziləri isə 8-10 stəkan qəbul etməyi tövsiyə edirlər. Təbii ki, aşırı su qəbul etmək də müxtəlif xəstəliklərə yol açır. Suyun qəbulu individualdır. Bu, insanların yaşından, cinsindən, yanaşı xəstəliklərinin olub-olmamasından, hamiləlik vəziyyətindən asılıdır və buna görə də dəyişə bilər. Böyrək daşı olan və tez-tez böyrək daşları düşən xəstələrə gündə 3 litr su qəbulu məsləhət görülür.

Altıncısı, siqarət çəkən insanlar. Siqaret çəkmək xroniki böyrək çatışmazlığının ana səbəbləri içərisindədir.  Bəzən çəkilmiş 1 ədəd siqaret 30 dəqiqə ərzində damarları daraldır. Siqaret çəkən insanlarda damarlar daim dar olaraq qalır. Damarları sıxılmış insanlarda yüksək arterial təzyiq yaranır, bu da bir az əvvəl qeyd etdiyim kimi, böyrəkləri sıradan çıxaran əsas səbəblərdəndir.

Yeddincisi, həkim nəzarəti olmadan özbaşına dərman qəbulu. Çox təəssüf ki, bu kimi hallara çox rast gəlirik. Bu dərmanlar içərisində müxtəlif qrup dərmanlar, ələlxüsus iltihab əleyhinə qeyri-steroid ağrıkəsicilər. Bu dərmanlardan çox istifadə edirlər, adi baş ağrısında belə bu dərmanları qəbul edirlər. Bu dərman preparatları böyrək çatışmazlığı yaradan səbəblərdəndir. Lazımsız yerə antibiotiklərdən istifadə olunması da böyrək çatışmazlığına yol açır. Odur ki, diqqətli olmalıyıq.

Ən nəhayət, səkkizincisi, risk qrupunda olan insanlar xroniki böyrək çatışmazlığı xəstəliyinə namizəddir. Risk qrupuna daxil olan insanlar kimdir? Şəkərli diabet, yüksək qan təzyiqi, ailəsində bir və ya bir neçə adıçəkilən xəstəsi olan insanlar risk qrupunda olmaq deməkdir. Risk qrupunda olan insanlar müəyyən zaman ərzində böyrək çatışmazlığına gətirib çıxaracaq. Xroniki böyrək çatışmazlığı orqanizmin nəinki sağlamlığını, həm də komfortunu pozan ciddi xəstəlikdir.

Xroniki böyrək çatışmazlığı olan insanların aqibəti xroniki böyrək çatışmazlığının dərəcəsindən asılıdır. Yəni ilkin mərhələdə xəstələrimiz dərman preparatları ilə müalicə olunur, lazım olan zaman onlara dəstək olaraq müalicə keçirilir, ən nəhayət, böyrək çatışmazlığı tamamilə kontrol altına götürülür və xəstənin böyrək funksiyaları tamamilə pozulursa, bu zaman dünyada qəbul edilmiş yeganə müalicə üsulu böyrək transplantasiyası edilir. Böyrək transplantasiyası xroniki böyrək çatışmazlığı xəstələrində 2 halda aparılır: hemodializ proqramına qoşulan xəstələrdə və hemodializ proqramına qoşulmayan xəstələrdə. Bütün dünyada qəbul olunub ki, əgər xəstənin fürsəti varsa, hemodializ proqramına girmədən böyrək transplantasiyası əməliyyatı olunsun. Çünki, hemodializ proqramının gətirəcəyi bir çox fəsadlar var ki, onlar böyrək köçürüldüyü zaman olmur. Biz artıq 800 nəfər üzərində böyrək köçürülməsi əməliyyatı icra etmişik. Əməliyyat etdiyimiz bu xəstələrin 40%-i hemodializə girmədən əməliyyat olunmuş xəstələrdir. Nəticələr qənaətbəxşdir və bütün dünya 5-ci dərəcəli böyrək çatışmazlığı olan xəstələrdə böyrək transplantasiyasını dəstəkləyir. Sağlamlıq bizim üçün ən gözəl nemətdir, ən vacib dəyərdir, sadəcə ailəmizin hər üzvünün sağlamlığına qarşı bir az diqqətli olsaq, məsuliyyətli olsaq, bir çox xəstəliklərin qarşısını almış olarıq. Eyni zamanda böyrəklərimizi qoruyar, onların gətirəcəyi fəsadlardan qorunarıq.

Sizə sağlam həyat, sağlam böyrəklər arzu edirik. Ən əsası isə, su qəbul etməyi unutmayın.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Gömrük Hospitalında dünyada ilk dəfə icra olunan unikal əməliyyat uğurla həyata keçirilib

Gömrük Hospitalının həkimi 500-cü böyrək transplantasiyası əməliyyatını uğurla icra edib

Gömrük Hospitalın uzman ümumi cərrahı canlı yayımda çıxış edəcək

Gömrük Hospitalında donoru olmayan xəstələrə böyrək transplantasiyası əməliyyatları edilib

Gömrük Hospitalının nümayəndə heyəti Türkiyənin məşhur Xəstəxanalar Qrupunda olub

Könüllü gömrükçülər Gömrük Hospitalında fəaliyyətlərini başa çatdırıblar

Gömrük Hospitalının həkimlərinin elmi məqaləsi ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Gömrük Hospitalında skolioz xəstəliyinin yeni metodla müalicəsi həyata keçirilir

Gömrük Hospitalının Tibbi laboratoriyası beynəlxalq sertifikat alıb

Gömrük Hospitalında Dünya Hepatitlə Mübarizə gününə həsr edilmiş tədbir keçirilib

Mərkəzi Gömrük Hospitalı İtaliyanın tibb müəssisələri ilə əməkdaşlıq edəcək

Gömrük Hospitalının əməkdaşları “Florence Nightingale”də təkmilləşdirmə kurslarına başlayıb

Mərkəzi Gömrük Hospitalında qaraciyərin müasir metodla müayinəsi aparılır

Emin Hacıbalayev: Son 5 ildə Mərkəzi Gömrük Hospitalında 1000-ə yaxın invaziv ürək əməliyyatı icra etmişəm

Könüllü gömrükçülər Mərkəzi Gömrük Hospitalında fəaliyyətə başlayıb

Gömrük Hospitalında nağdsız hesablaşma edən pasiyentlərə cashback qaytarılacaq

11 Dekabr 2019, 16:54 (GMT +4)
Ankara ABŞ-ı Rusiyadan qırıcı təyyarə almaqla təhdid edib

11 Dekabr 2019, 16:45 (GMT +4)
Prezident İlham Əliyev “Azərsu” ASC-ə 5 milyon manat ayırıb

11 Dekabr 2019, 16:37 (GMT +4)
Əli Əhmədov: YAP vaxtı çatanda öz siyahısını elan edəcək

11 Dekabr 2019, 16:28 (GMT +4)
Çin XİN ABŞ-ı qlobal təhlükəsizliyə ən böyük təhdid adlandırıb

11 Dekabr 2019, 16:10 (GMT +4)
İsrail parlamenti özünü buraxmağa hazırlaşır

11 Dekabr 2019, 16:02 (GMT +4)
SOCAR və STP arasında anlaşma memorandumu imzalanıb

11 Dekabr 2019, 15:50 (GMT +4)
Putin və Ərdoğan İstanbul görüşündə Suriya ilə bağlı sammiti müzakirə edə bilər

11 Dekabr 2019, 15:46 (GMT +4)
Azərbaycanlı tələbə erməni rəqibini 10:0 məğlub edib

11 Dekabr 2019, 15:35 (GMT +4)
Təhsil Nazirliyi 1280-dən çox video dərslər hazırlayıb

11 Dekabr 2019, 15:34 (GMT +4)
Suriya Ordusu beynəlxalq Hələb-Həsəka yolunu tam nəzarətə götürüb

11 Dekabr 2019, 15:30 (GMT +4)
BANM “Baker Hughes” şirkəti ilə proqram təminatı lisenziyaları barədə saziş imzalayıb

11 Dekabr 2019, 15:28 (GMT +4)
Məktəblilərimiz tarixi uğura imza atıblar

11 Dekabr 2019, 15:20 (GMT +4)
“AmCham Azərbaycan” üzvləri üçün DMX rəisi ilə görüş təşkil edilib

11 Dekabr 2019, 15:20 (GMT +4)
Peskov Paris sammitinin "qalibi" haqqında söhbətləri yersiz adlandırıb 

11 Dekabr 2019, 14:49 (GMT +4)
Ötən gün yol qəzalarında 4 nəfər ölüb

11 Dekabr 2019, 14:44 (GMT +4)
Xəlifə Haftarın Ordusu Liviyada türk gəmilərinin vurulacağı haqda xəbərdarlıq edib

11 Dekabr 2019, 14:41 (GMT +4)
Kreml Trampın Lavrovla görüşünə münasibət bildirib

11 Dekabr 2019, 14:15 (GMT +4)
Katalon polisi Barselona - Real Madrid matçının keçirilməsinə qarşı çıxır

11 Dekabr 2019, 14:13 (GMT +4)
Yol Polisi piyadalarla bağlı təsirli tədbirlərin görülməsinə başlayıb

11 Dekabr 2019, 13:51 (GMT +4)
Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Abşeronda vətəndaşlarla görüşüb

11 Dekabr 2019, 13:50 (GMT +4)
Nyu Cersidə bir neçə saat davam edən atışmada 6 nəfər ölüb

11 Dekabr 2019, 13:43 (GMT +4)
Təhsil Nazirliyi Biləsuvar və Masallı rayonlarına mediatur təşkil edib

11 Dekabr 2019, 13:39 (GMT +4)
İran körfəz ərəb dövlətlərinin zirvə toplantısının bəyanatını tənqid edib

11 Dekabr 2019, 13:29 (GMT +4)
Sabah Bakıda 11 dərəcə isti gözlənilir

11 Dekabr 2019, 13:16 (GMT +4)
AQTA əməkdaşları Bərdədə əkin sahələrində monitorinqlər aparıb

11 Dekabr 2019, 12:58 (GMT +4)
Türkiyə S-400-dən imtina etməyəcək - Hulusi Akar

11 Dekabr 2019, 12:54 (GMT +4)
“Ekoloji problemlər gənclərin gözü ilə” adlı sərgi keçirilib (FOTOLAR)

11 Dekabr 2019, 12:40 (GMT +4)
Prezident İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul edib

11 Dekabr 2019, 12:34 (GMT +4)
Təhsil naziri Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək

11 Dekabr 2019, 12:25 (GMT +4)
İranın Avropanın vəd etdiyi İnsteks sisteminə ümidi qalmayıb - İran rəsmisi

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66