Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Bakcell Azərbaycanda ən sürətli mobil internet təqdim edir

14 Noyabr 2019, 17:47 (GMT +4)

Bakı, 14 noyabr, SalamNews. Bakcell növbəti dəfə internetin sınaq və təhlili sahəsində dünya lideri olan Ookla® tərəfindən “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” kimi tanınıb. 

Şirkət 2019-cu ilin I və II rübü üzrə “Ən sürətli mobil şəbəkə üzrə Speedtest mükafatı”nın qalibi olub. Bu mükafatı qazanmaq üçün Bakcell ölkənin mobil rabitə bazarında fəaliyyət göstərən operatorlar arasında ən yüksək ortalama yükləmə sürəti, ən yüksək ortalama məlumat göndərmə sürəti və ən yüksək “SpeedScore” (sürət balları) nəticəsini nümayiş etdirib.
“Ookla”nınSpeedtest platforması vasitəsilə həyata keçirilən 100 000-ə yaxın test təsdiqləyir ki, Bakcell şəbəkəsində orta yükləmə sürəti saniyədə 37.99 meqabit, orta məlumat göndərmə sürəti isə saniyədə 16.79 meqabitə bərabərdir.

“Bakcell öz abunəçilərinə təqdim etdiyi xidmətlərin keyfiyyətini artırmaq üçün əlindən gələni edir, çünki abunəçilərimiz bizdən mükəmməl əhatə dairəsi və ən yaxşı mobil internet sürəti gözləyir. Mən şadam ki, bu istiqamətdə gördüyümüz işlər növbəti dəfə Ookla tərəfindən yüksək qiymətləndirilib və Bakcell şəbəkəsinin Azərbaycanda ən sürətli olması bir daha da təsdiq olunub. Bakcell öz abunəçilərini bütün ölkə ərazisində yüksək keyfiyyətli video izləmək və yaxud sosial şəbəkələrdən istifadə etmək kimi müasir mobil telekommunikasiya xidmətləri ilə təmin etməkdən məmnunluq duyur. Mən bu mükafatı Azərbaycanın ən üstün mobil şəbəkəsini abunəçilərimiz üçün daha da yaxşı etmək öhdəliyi kimi qəbul edirəm və söz verirəm ki, bu istiqamətdə daha böyük səylə çalışacağıq”, deyə Bakcell şirkətinin Baş icraçı direktoru Rainer Ratgeber bildirib.

Bakcell artıq üçündü dəfədir ki, Azərbaycanın ən sürətli mobil şəbəkəsi adına layiq görülür.
“Hər gün Speedtest üzərindən aparılan milyonlarla sınaq sayəsində Ookla bütün dünya üzrə internet nəticələri barədə dəqiq və ətraflı məlumatlara malikdir. Ciddi araşdırma və təhlilimizə əsaslanaraq, biz böyük məmnuniyyətlə təsdiq edirik ki, Bakcell Azərbaycanın ən sürətli mobil şəbəkəsidir. Bu mükafat Bakcell abunəçilərinin 2019-cu ilin I və II rübü ərzində əldə etdiyi xüsusi xidmət keyfiyyətinin bariz göstəricisidir” deyə, “Ookla”nın icraçı vitse prezidenti JamieSteven bildirib.

Bakcell öz şəbəkəsini və göstərilən xidmətlərin keyfiyyətini daha da təkmilləşdirərək bundan sonra da abunəçilərini yüksək keyfiyyəti istifadəçi təcrübəsi ilə təmin edəcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Bakcell”in stendi “Ən yaxşı korporativ üslub” sertifikatına layiq görülüb

Bakcell Bakutel -2019 sərgisində: ən üstün şəbəkə və müştəri təcrübəsi

"Bakcell"in baş icraçı direktoru: 5G şəbəkəsinə hələ ki tələbat çox azdır

"Bakcell" tamamilə yeni internet paketləri təqdim edib 

Bakcell jurnalistləri mobil telekommunikasiyanın son həllər və yenilikləri ilə tanış edib

Bakcell öz ənənəsinə sadiq qalaraq jurnalistlər üçün növbəti təlim təşkil edib (FOTO)

Bakcell BDU-nun tələbə və məzunlarını karyera imkanları ilə tanış edib

Bakcell qadınların məşğulluğunun artırılmasına dəstək olur

Bakcell və ASAN könüllüləri növbəti dəfə uşaqları sevindirdilər

Bakcell ən qısa müddətdə LTE şəbəkəsi üzrə Azərbaycanda ən böyük layihəni həyata keçirib

Bakcell-in dəstəyi ilə Bakıda beynəlxalq teatr festivalı keçiriləcək

“Bakcell” yenilənmiş “Ulduzum” mobil tətbiqetməsini təqdim edib

Bakcell gənc ixtiraçıların Amerika səfərinə dəstək göstərib

Nazirlik: “Azercell” və “Bakcell”in yeni kod ayrılması ilə bağlı müraciətinə baxılır

“Bakcell”dən “099”la bağlı açıqlama verilib

“Təhsil avtobusu – Nəsimi” yay məktəbi Bakcell şirkətinin dəstəyi ilə reallaşıb

Bakcell şəbəkəsinin əhatə dairəsi sürətlə artmaqda davam edir

Bakcell sosial şəbəkələrdə ən yüksək nəticə göstərir

Məktəblilər “Bakcell”in qonağı olub

Bakcell şirkətinin “Ulduzum” proqramının partnyor sayı 300-ü keçib

10 Dekabr 2019, 18:12 (GMT +4)
Gömrük Akademiyasında bank fəaliyyəti ilə bağlı seminar keçirilib

10 Dekabr 2019, 18:00 (GMT +4)
Rüstəm Qasımov Avropa çempionatında bürünc medal qazanıb

10 Dekabr 2019, 17:47 (GMT +4)
Pakistanın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb

10 Dekabr 2019, 17:43 (GMT +4)
Türkiyə Rusiya ilə bölgədə sülhü təmin edəcəyinə ümid edir - Ərdoğan

10 Dekabr 2019, 17:33 (GMT +4)
İranın Hörmuzqan əyalətində 9 aya 56 ton narkotik maddə ələ keçirilib

10 Dekabr 2019, 17:26 (GMT +4)
AtaBank yenidən Mastercard tərəfindən mükafatlandırılıb

10 Dekabr 2019, 17:23 (GMT +4)
Lavrov Vaşinqtona işgüzar səfərə gedib

10 Dekabr 2019, 17:23 (GMT +4)
Azercell ilə dahi Nəsimininin irsindən zövq alın

10 Dekabr 2019, 17:17 (GMT +4)
"Azərişıq" dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatını daha da yaxşılaşdırır (FOTOLAR)

10 Dekabr 2019, 17:09 (GMT +4)
Nazirlər Kabinetinə yeni səlahiyyət verilib

10 Dekabr 2019, 16:51 (GMT +4)
Türkiyə Liviyaya qoşun göndərə bilər - Ərdoğan

10 Dekabr 2019, 16:36 (GMT +4)
Səudiyyə kralı körfəz ərəb dövlətlərini İrana qarşı bir olmağa çağırıb

10 Dekabr 2019, 16:30 (GMT +4)
Qərb ölkələrinin tarixində soyqırıma dair çox sayda faktlar var - Ərdoğan

10 Dekabr 2019, 16:27 (GMT +4)
Bakıda “İnformasiya təhlükəsizliyi” mövzusunda konfrans keçirilib

10 Dekabr 2019, 16:20 (GMT +4)
Putin: Lujkov parlaq və cəsarətli bir siyasətçi idi

10 Dekabr 2019, 16:15 (GMT +4)
“Bakcell”in stendi “Ən yaxşı korporativ üslub” sertifikatına layiq görülüb

10 Dekabr 2019, 16:05 (GMT +4)
Ceyhun Məmmədov: Regionun tibb müəssisələri arasında lider mövqe tutması üzərində işləyirik

10 Dekabr 2019, 16:00 (GMT +4)
“Kurikulum bələdçisi” kitabının təqdimat mərasimi keçirilib

10 Dekabr 2019, 15:53 (GMT +4)
Parisdə yeni etiraz aksiyası dalğası gözlənilir

10 Dekabr 2019, 15:42 (GMT +4)
Keniyada milli parkdan qaçan aslan brakonyeri öldürüb

10 Dekabr 2019, 15:37 (GMT +4)
 “Qala Sığorta” növbəti dəfə iri həcmli ödəniş həyata keçirib

10 Dekabr 2019, 15:30 (GMT +4)
Husilər Səudiyyə Ərəbistanın daha bir PUA-sını vurduqlarını elan ediblər

10 Dekabr 2019, 15:29 (GMT +4)
“Caspian European Club” “CEO Lunch Almaty” təşkil edib

10 Dekabr 2019, 15:26 (GMT +4)
“Azerbaijan Digital Hub” proqramı “İlin İnfrastruktur layihəsi” mükafatına layiq görülüb

10 Dekabr 2019, 15:25 (GMT +4)
Azərbaycan Prezidenti İlham Əliyev İordaniya Kralı II Abdullah ilə işçi nahar edib

10 Dekabr 2019, 15:20 (GMT +4)
Azərbaycan Prezidentinin İordaniya Kralı ilə təkbətək görüşü olub 

10 Dekabr 2019, 15:16 (GMT +4)
KOBİA Gənclər Fondu və "Gənc Sahibkarlar Şəbəkəsi" İctimai Birliyi ilə əməkdaşlıq edəcək

10 Dekabr 2019, 15:02 (GMT +4)
Çex Respublikasında xəstəxanaya hücum edən şəxs intihar edib 

10 Dekabr 2019, 14:47 (GMT +4)
İordaniyanın Kralı II Abdullahın Bakıda rəsmi qarşılanma mərasimi olub

10 Dekabr 2019, 14:44 (GMT +4)
İran ABŞ-la məhbusların hərtərəfli mübadiləsinə hazır olduğunu bildirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66