Moldova Parlamenti yeni Nazirlər Kabinetini formalaşdırıb 15 Noyabr 2019, 15:36 (GMT +4) Bakı, 15 noyabr, SalamNews. Moldova Parlamenti prezident İqor Dodonun təklif etdiyi İon Kikunun rəhbərlik etdiyi hökuməti təsdiqləyib. SalamNews bu barədə TASS-a istinadən məlumat yayıb.
Dövlət başçısını dəstəkləyən Sosialistlər Partiyasından (PSRM) və müxalif Demokrat Partiyasından olan 101 deputatdan 62-sı onu lehinə səs verib. O, iyunda kəskin siyasi böhran dövründə formalaşdırılan və Maya Sandunun rəhbərlik etdiyi hökuməti əvəz edəcək.
Qeyd edək ki, noyabrın 12-də Baş nazir Maya Sandunun başçılıq etdiyi Moldova hökuməti istefaya göndərilib. Parlamentin iclasında Sosialistlər Partiyası və Demokrat Partiyasından (101 deputatdan) 63 deputat bunun lehinə səs verib.
|