Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » DİN

DQİDK-nin sədri Fələstin Prezidentinin Dini işlər və İslam münasibətləri üzrə müşaviri ilə görüşüb

16 Noyabr 2019, 14:07 (GMT +4)

Bakı, 16 noyabr, SalamNews. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (DQİDK)  “Dünya dini liderlərinin II Bakı sammiti”ndə iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Fələstin Muxtariyyətinin Ali hakimi və Fələstin Prezidentinin Dini işlər və İslam münasibətləri üzrə müşaviri Mahmud Sudqi Əl-Həbbəş ilə görüşüb.

SalamNews Komitəyə istinadən xəbər verir ki, görüş zamanı Azərbaycanın dövlət-din modeli, müxtəlif dini icmaların dostluq və mehribanlıq şəraitində birgə yaşaması, cəmiyyətimizin tolerantlıq və multikulturalizm ənənələrinin bir nümunə olması barədə danışan Mübariz Qurbanlı qeyd edib ki, bu ənənələri daha da gücləndirmək üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl siyasət həyata keçirilir, dini icmaların inkişafı üçün onlara maddi yardımlar edilir. Azərbaycanda etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm və tolerantlıq sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi ənənənin daha da möhkəmlənməsinə yol açıb. Son illər Azərbaycan mədəniyyətlərarası dialoq, dünya mədəniyyətlərinin və sivilizasiyaların qarşılıqlı təsiri məkanına çevrilib. Mübariz Qurbanlı deyib ki, “Dünya dini liderlərinin II Bakı sammiti” dünya ölkələrinin Azərbaycandakı tolerant mühitə olan münasibətinin real ifadəsidir.

Dini radikalizmə qarşı mübarizə tədbirlərindən də söz açan DQİDK sədri diqqətə çatdırıb ki, din adı altında fəaliyyət göstərən radikal dini qruplaşmalar bütün cəmiyyətlər üçün təhlükəlidir. Bu istiqamətdə əhəmiyyətli işlər görüldüyünü bildirən Komitə sədri dünyada sülhün bərqərar olması və sabitliyin təmin olunmasının, dialoq və əməkdaşlıq mühitinin yaradılmasının vacibliyini və buna nail olmaq üçün ölkələr arasında qarşılıqlı anlaşma və təcrübə mübadiləsinin aparılmasının zəruriliyini vurğulayıb.

Fələstin Muxtariyyətinin Ali hakimi və Fələstin Prezidentinin Dini işlər və İslam münasibətləri üzrə müşaviri Mahmud Sudqi Əl-Həbbəş ölkəmizə ilk dəfə səfər etdiyini və paytaxtımızın çox gözəl şəhər olduğunu deyib. Müşavir bildirib ki, Azərbaycan xalqının zəngin multikulturalizm təcrübəsi, nümunəvi tolerant keyfiyyətlərə sahib olması beynəlxalq səviyyədə də tanınır və yüksək qiymətləndirilir. İki ölkə arasındakı mövcud əlaqələrin gələcəkdə də möhkəmlənməsi və davam etməsində maraqlı olduğunu ifadə edən M.S.Əl-Həbbaş qeyd edib ki, Fələstində əhalinin dini maarifləndirilməsinə böyük diqqət yetirilir, dinin düzgün təbliği, insanların dini radikalizmə meyil etmələrinin qarşısının alınması üçün maarifləndirmə işləri aparılır. O, bunun həm də cəmiyyətin təhlükəsizliyinin təmin edilməsi baxımından çox böyük əhəmiyyət kəsb etdiyini dilə gətirib.

Fələstin dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nasir Əbdül Kəriminin də iştirak etdiyi görüşdə iki dövlətin müvafiq qurumları arasında əməkdaşlıq əlaqələrinin qurulması və gələcəkdə genişləndirməsi barədə fikir mübadiləsi aparılıb.

Sonda qonaqlara DQİDK tərəfindən ölkəmizdəki dini tolerantlıq mühiti və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmi haqqında ərəb dilində nəşr olunmuş kitablar təqdim edilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DQİDK-nın nümayəndələri əsgərlərlə görüşüb

DQİDK-nin sədri Ağcabədidə vətəndaşları qəbul edəcək

DQİDK-nın dəstəyi ilə Cocuq Mərcanlıda ilk layihə tədbiri keçirilib

DQİDK yanında İctimai Şuranın üzvlüyünə namizədlərin irəli sürülməsinin vaxtı elan edilib

Azərbaycanın əksər məscidlərində vəhdət namazları qılınır - DQİDK-nın şöbə müdiri

Dövlət Komitəsi son zamanlar maarifçiliyin keyfiyyətinə diqqəti daha da artırıb - DQİDK sədr müavini

DQİDK sədri Samuxda vətəndaşların müraciətlərini dinləyib

DQİDK sədr müavini Səyavuş Heydərov ABŞ səfirliyinin siyasi məsələlər üzrə müşaviri ilə görüşüb

DQİDK-da müşavirə keçirilib

DQİDK Neftçalada dini maarifləndirmə tədbiri keçirib

DQİDK sədri Özbəkistan nümayəndə heyəti ilə görüşüb

DQİDK daha 24 dini icmanın layihəsini maliyyələşdirib (SİYAHI)

DQİDK sədri Avstriya parlamentinin deputatları ilə görüşüb

DQİDK-nın əsas fəaliyyəti dini etiqad və vicdan azadlığını təmin etməkdir - Mübariz Qurbanlı

DQİDK-də yeni qeydiyyatdan keçmiş dini icmalara şəhadətnamələr təqdim edilib

DQİDK sədri: Rəsmi nikahı olmayanlar üçün kəbin kəsən din xadimləri məsuliyyətə cəlb olunacaq

DQİDK sədri: Azərbaycanda radikalizmlə mübarizədə mətbuatın da rolu var

DQİDK 2016-cı ilin yekunlarına həsr olunan “Hesabat” çap edib

DQİDK sədri Mübariz Qurbanlı Qəbələdə vətəndaşları qəbul edəcək

DQİDK və YAP GB birgə təşkilatçılığı ilə “İslam həmrəyliyi gənclərin gözü ilə” adlı konfrans keçirilib

13 Avqust 2020, 18:00 (GMT +4)
DTX: Səfir Eldar Həsənov tutulub

13 Avqust 2020, 17:50 (GMT +4)
Zaxarova: Belarusda vəziyyətin sabitləşməsində maraqlıyıq

13 Avqust 2020, 17:45 (GMT +4)
Azərbaycanda daha 211 nəfər COVID-19-dan sağalıb, 91 nəfər yoluxub

13 Avqust 2020, 17:30 (GMT +4)
Ceyhun Bayramov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

13 Avqust 2020, 17:25 (GMT +4)
ABŞ-da dərslərin bərpası üçün məktəblərə 125 milyon maska ​​paylanacaq

13 Avqust 2020, 17:15 (GMT +4)
AÇG üzrə əməliyyat xərcləri azalıb

13 Avqust 2020, 17:14 (GMT +4)
Beyrutda fövqəladə vəziyyət elan edilib

13 Avqust 2020, 16:58 (GMT +4)
Prezident İlham Əliyev Türkiyənin Milli Müdafiə nazirini qəbul edib

13 Avqust 2020, 16:47 (GMT +4)
Hulusi Akar: Təcavüzkar Ermənistana qarşı Azərbaycanın yanındayıq

13 Avqust 2020, 16:32 (GMT +4)
İranla enerji əməkdaşlığı müzakirə edilib

13 Avqust 2020, 16:25 (GMT +4)
İranın xarici işlər naziri Cavad Zərif Beyruta gedir

13 Avqust 2020, 16:23 (GMT +4)
Los Anceles polisi azərbaycanlılara hücum edən erməniləri axtarışa verib

13 Avqust 2020, 16:16 (GMT +4)
Cüdoçumuz dopinqə görə cəzalanıb

13 Avqust 2020, 16:01 (GMT +4)
Azərbaycanda payızlıq və yazlıq biçinin statistikası açıqlanıb

13 Avqust 2020, 15:58 (GMT +4)
"Yandex"in Minskdəki ofisinə silahlı basqın təşkil edilib

13 Avqust 2020, 15:50 (GMT +4)
Gənclər Günü münasibətilə “Daha yaxşı dünya üçün” Beynəlxalq Gənclər konfransı baş tutub (FOTO)

13 Avqust 2020, 15:40 (GMT +4)
Azərbaycan hərbçiləri Moskvaya yola düşüb

13 Avqust 2020, 15:31 (GMT +4)
Təhsil Nazirliyi: Şəhadətnamələrin fiziki olaraq vətəndaşlara təqdim edilməsinə başlanılıb

13 Avqust 2020, 15:31 (GMT +4)
İdlibə endirilən aviazərbədə Əl-Qaidənin özbəkistanlı lideri öldürülüb

13 Avqust 2020, 15:24 (GMT +4)
Lukaşenkonun açıqlamasından sonra Belarus səfiri Çex Respublikası XİN-ə çağrılıb

13 Avqust 2020, 15:15 (GMT +4)
Yasamal rayonunda 7 km uzunluğunda küçə və yol yenidən qurulur

13 Avqust 2020, 15:01 (GMT +4)
Səngəçal terminalından “Şahdəniz” qazının ixracı 11% artıb

13 Avqust 2020, 14:51 (GMT +4)
Belarus DİN: Ölkədəki iğtişaşlar artıq kütləvi xarakter daşımır

13 Avqust 2020, 14:45 (GMT +4)
Tərtərdə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb

13 Avqust 2020, 14:17 (GMT +4)
QHT-lərə Dövlət Dəstəyi Şurası və KOBİA qalib QHT-lərlə onlayn görüş keçirib (FOTO)

13 Avqust 2020, 14:16 (GMT +4)
Bakı Metropoliteni işçi qəbulu elan edib

13 Avqust 2020, 14:16 (GMT +4)
Rusiyada COVID-19-a yoluxanların sayı 907 mini keçib

13 Avqust 2020, 14:15 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 19 mini ötüb

13 Avqust 2020, 14:00 (GMT +4)
Təhsil naziri müəllim, şagird və valideynlərlə onlayn görüş keçirib

13 Avqust 2020, 13:54 (GMT +4)
Belarus DİN 700 nəfərin saxlanıldığnı açıqlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66