İspaniyada güclü qar yağıb16 Noyabr 2019, 16:55 (GMT +4) Bakı, 16 noyabr, SalamNews. İspaniyada güclü qar yağıb. Ölkə ərazisinin böyük hissəsində mənfi hava şəraiti və anomal dərəcədə soyuqlar müşahidə edilir.
"Aemet "xəbər agentliyinin məlumatına görə, 12 muxtar bölgədə meteoroloji təhlükə üzrə "narıncı" və "sarı" səviyyə elan edilib.
SalamNews-un Ren.tv-yə istinadla verdiyi xəbərə görə, İspaniyanın doqquz əyalətində, o cümlədən Asturiya, Kantabriya, Qalisiya bölgələrində qar yağıb.
Luqoda məktəb dərsləri ləğv edilib, bir sıra avtobanlar bağlanıb.
Bəzi ərazilərdə ağır nəqliyyat vasitələrinin hərəkətinə qadağa qoyulub.
Hava proqnozlarına görə, qar yağışı davam edəcək.
|