Əl-Bağdadinin 25 qohumu Türkiyədə saxlanılıb16 Noyabr 2019, 16:37 (GMT +4) Bakı, 16 noyabr, SalamNews. Türkiyə hökuməti İŞİD terror qruplaşmasının öldürülmüş lideri Əbu Bəkr əl-Bağdadinin 25 qohumunu saxlayıb. SalamNews -un Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, bu barədə Türkiyə Baş Prokurorluğu məlumat yayıb.
İŞİD-in fəaliyyəti ilə bağlı istintaq çərçivəsində dörd əyalətdə əməliyyat keçirilib.
"Ümumilikdə 25 nəfər saxlanılıb. Kırşehirdə 11, Samsunda beş, Orduda 3 və Şanlıurfada 6 nəfər. Saxlanılanlardan dördü silahlı terror təşkilatına üzv olmaq ittihamı ilə məhkəmə tərəfindən həbs olunub", məlumatda deyilir.
Qeyd edilir ki, İŞİD liderinin qohumları Türkiyədən deportasiya ediləcək.
|