Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

“Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin hesabat verib

18 Noyabr 2019, 16:10 (GMT +4)

Bakı, 18 noyabr, SalamNews. “Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin yubiley-hesabat tədbiri keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

SalamNews xəbər verir ki, tədbirin giriş hissəsində təşkilatın 1 il ərzində gördüyü işlərlə bağlı hazırlanan hesabat videoçarxı nümayiş etdirildi. Videoçarx izlənildikdən sonra təşkilatın təsisçisi və sədri siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski təşkilatın 1 il ərzində gördüyü işlərdən və gənclərin prespektivlərindən bəhs edib. E.Talışınski tədbir iştirakçılarını Milli dirçəliş günü münasibətilə də təbrik edib. O, xüsusilə təşkilatda gənclərin çox olması, onların təşkilatın işlərinə maraq göstərməsinin sevindirici hal olduğunu vurğulayıb. O, qloballaşan dünyada hər bir xalqın milli dəyərlərə sadiq olması, milliliyini qoruyub saxlamasını ən vacib şərt olduğunu və bu istiqamətdə vətəndaş cəmiyyəti institutlarının dövlət siyasətinə dəstək verilməsini zəruri hesab etdiyini qeyd edib.

Tədbirdə baş kulturoloq, professor Fuad Məmmədov çıxış edərək ictimai birliyin fəaliyyətini yüksək qiymətləndirib. O, öz çıxışında geridə qalan il ərzində təşkilatın layihələrinin çox maraqlı və genişmiqyaslı olduğunu, milli mənəvi dəyərlər sistemində xüsusi yeri olan dini dəyərlərə də diqqət ayrılmasının müsbət hal olduğunu qeyd edib.

Sonra söz Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin nəzdində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılova verildi. O, təşkilatın 1 illik yubileyi münasibəti ilə ictimai birliyin rəhbərliyini və gənc fəal üzvlərini təbrik edib. M.İsmayılov bildirib ki, təşkilat 1 il ərzində olduqca maraqlı və cəmiyyətə faydalı tədbirlər həyata keçirmiş, qarşısına qoyduğu məqsəd və vəzifələrə nail olmuşdur. Həqiqətən də ictimai birliyin fəaliyyəti təqdirəlayiqdir.

Sonra Azərbaycan İlahiyyat İnstitutunun kafedra müdiri İlkin Əlimuradov çıxış edərək ictimai birliyin fəaliyyətini yüksək qiymətləndirib. O, öz çıxışında geridə qalan il ərzində təşkilatın layihələrinin çox maraqlı və genişmiqyaslı olduğunu, milli mənəvi dəyərlər sistemində xüsusi yeri olan dini dəyərlərə də diqqət ayrılmasının müsbət hal olduğunu qeyd edib

Daha sonra Dünya Azərbaycanlıları GənclərininBeynəlxalq Həmrəyliyi İctimai Birliyinin prezidenti Tofiq Əli-zadəyə söz verilib. T.Əlizadə, hər kəsi yubiley münasibət ilə təbrik edib və təşkilatın fəaliyyətinin uğurlu olduğunu vurğulayıb. O, bir çox tədbirlərdə şəxsən iştirak etdiyini və qısa müddətdə təşkilatın həqiqətən də cəmiyyətdə kifayət qədər tanındığını söyləyib.

Tədbirdə həmçinin təşkilatın gənc üzvləri tərəfindən hazırlanan proqram nümayiş etdirilib, 1 il ərzində həyata keçirilən layihələr haqqında hər kəsə məlumat verilib.

Tədbir müharibə qaziləri,QHT rəhbərləri və dövlət qurumlarının nümayəndələrinin çıxışları ilə davam edib.

Sonda bayram süfrəsi təşkil edilib və xatirə fotoşəkli çəkdirilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DQİDK-nin sədri Fələstin Prezidentinin Dini işlər və İslam münasibətləri üzrə müşaviri ilə görüşüb

DQİDK-nın nümayəndələri əsgərlərlə görüşüb

DQİDK-nin sədri Ağcabədidə vətəndaşları qəbul edəcək

DQİDK-nın dəstəyi ilə Cocuq Mərcanlıda ilk layihə tədbiri keçirilib

DQİDK yanında İctimai Şuranın üzvlüyünə namizədlərin irəli sürülməsinin vaxtı elan edilib

Azərbaycanın əksər məscidlərində vəhdət namazları qılınır - DQİDK-nın şöbə müdiri

Dövlət Komitəsi son zamanlar maarifçiliyin keyfiyyətinə diqqəti daha da artırıb - DQİDK sədr müavini

DQİDK sədri Samuxda vətəndaşların müraciətlərini dinləyib

DQİDK sədr müavini Səyavuş Heydərov ABŞ səfirliyinin siyasi məsələlər üzrə müşaviri ilə görüşüb

DQİDK-da müşavirə keçirilib

DQİDK Neftçalada dini maarifləndirmə tədbiri keçirib

DQİDK sədri Özbəkistan nümayəndə heyəti ilə görüşüb

DQİDK daha 24 dini icmanın layihəsini maliyyələşdirib (SİYAHI)

DQİDK sədri Avstriya parlamentinin deputatları ilə görüşüb

DQİDK-nın əsas fəaliyyəti dini etiqad və vicdan azadlığını təmin etməkdir - Mübariz Qurbanlı

DQİDK-də yeni qeydiyyatdan keçmiş dini icmalara şəhadətnamələr təqdim edilib

DQİDK sədri: Rəsmi nikahı olmayanlar üçün kəbin kəsən din xadimləri məsuliyyətə cəlb olunacaq

DQİDK sədri: Azərbaycanda radikalizmlə mübarizədə mətbuatın da rolu var

DQİDK 2016-cı ilin yekunlarına həsr olunan “Hesabat” çap edib

DQİDK sədri Mübariz Qurbanlı Qəbələdə vətəndaşları qəbul edəcək

10 İyul 2020, 15:47 (GMT +4)
Emanuel Makron İsraili Fələstin ərazilərini özünə ilhaq etməməyə çağırıb

10 İyul 2020, 15:44 (GMT +4)
Kreml Safronovun cinayət işinin qapalı olmasına münasibət bildirib

10 İyul 2020, 15:40 (GMT +4)
Nazirlik onlayn müsahibələrin keçirilmə tarixi açıqlayıb

10 İyul 2020, 15:24 (GMT +4)
AZAL sərnişinlərə müraciət edib

10 İyul 2020, 15:07 (GMT +4)
Lavrov nüvə təhlükəsinin artıdığını bəyan edib

10 İyul 2020, 14:44 (GMT +4)
Baş Prokurorluq əsgər ölümü ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib

10 İyul 2020, 14:39 (GMT +4)
İranda son sutkada koronavirusdan 142 nəfərin ölümü qeydə alınıb

10 İyul 2020, 14:34 (GMT +4)
Trampın fikrincə Baydenin "beyni yuyulub"

10 İyul 2020, 14:30 (GMT +4)
DYP: 1 440 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

10 İyul 2020, 14:14 (GMT +4)
ABŞ generalı: Rusiyanın Talibanla əlbir olması barədə məlumatlar təsdiqlənsə müvafiq tədbirlər görüləcək 

10 İyul 2020, 14:05 (GMT +4)
AERA bu il 431 texniki yoxlama aparıb

10 İyul 2020, 13:43 (GMT +4)
Çin Qazaxıstanda "ölümcül sətəlcəmin" yayıldığı iddia edir

10 İyul 2020, 13:30 (GMT +4)
Vüsal Qasımlı: Dövlət 1,5 mlrd. manatlıq kredit portfelinə subsidiya və zəmanət verəcək

10 İyul 2020, 13:20 (GMT +4)
Suriya Ordusu Həsəka əyalətində ABŞ hərbi karvanının qarşısını alıb (FOTO)

10 İyul 2020, 13:17 (GMT +4)
"Belavia" şirkəti bu gün Bakı-Minsk aviareysi həyata keçirəcək

10 İyul 2020, 13:10 (GMT +4)
“ABAD” aztəminatlı ailələrin uşaqlarına dəstək olub

10 İyul 2020, 12:53 (GMT +4)
Rusiyada COVID-19-a yoluxma hallarının sayı 715 minə yaxınlaşıb

10 İyul 2020, 12:45 (GMT +4)
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu işçi axtarır

10 İyul 2020, 12:44 (GMT +4)
İsraildə 350 əsgər koronavirusa yoluxub, 10 min hərbçi sosial təcridə alınıb

10 İyul 2020, 12:15 (GMT +4)
Nazirlik: 120 min şəxsə elektron qaydada fərdi hesab açılıb

10 İyul 2020, 12:00 (GMT +4)
Rezidenturaya vaxtında qeydiyyatdan keçməyənlər üçün əlavə sənəd qəbulu elan edilib

10 İyul 2020, 11:53 (GMT +4)
Tehranın qərbində partlayışların baş verməsi təkzib edilib

10 İyul 2020, 11:43 (GMT +4)
Tramp Kanye Vestin prezidentliyə namizədliyini irəli sürmək qərarını dəstəkləyib

10 İyul 2020, 11:37 (GMT +4)
Kürdəmir sakini külli miqdarda heroin daşıyarkən saxlanılıb

10 İyul 2020, 11:23 (GMT +4)
Radikal qruplaşmaların nəzarətindəki İdlib əyalətində koronavirusa yoluxma aşkarlanıb

10 İyul 2020, 11:14 (GMT +4)
Rusiya koronavirusla mübarizə üçün Azərbaycana mütəxəssis qrupu göndərəcək

10 İyul 2020, 11:09 (GMT +4)
Bakıda paracüdo üzrə Qran-Pri keçirilə bilər

10 İyul 2020, 10:58 (GMT +4)
Seul merinin cəsədində zorakılıq əlamətləri aşkar edilməyib

10 İyul 2020, 10:53 (GMT +4)
4 Peşə Təhsil Mərkəzi publik hüquqi şəxs statusu alıb

10 İyul 2020, 10:41 (GMT +4)
Nigeriyada ordu qüvvələrinə hücum edilib, 35 hərbçi ölüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66