Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

ƏƏSMN: 9 rayonda şəhid ailələri və Qarabağ əlillərinə ev verilib

18 Noyabr 2019, 17:46 (GMT +4)

Bakı, 18 noyabr, SalamNews.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 9 rayonda (Hacıqabul, Ucar, İmişli, Qazax, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Zərdab) şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 41 fərdi yaşayış evi verib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən SalamNews-a verilən məlumata görə, Hacıqabul və Ucar rayonlarında fərdi yaşayış evlərinin şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilməsi tədbirlərində iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli ölkəmizin dayanıqlı inkişafı proseslərinin güclü sosial siyasətlə tamamlandığını bildirib.

O, Prezident İlham Əliyevin uğurlu siyasətinin mərkəzində vətəndaş amilinin dayandığını vurğulayıb. Nazir müavini bunun nəticəsi olaraq, ölkə əhalisinin rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımların atıldığını, təkcə bu il reallaşdırılan iki sosial paketin 4,2 milyon vətəndaşın rifahına ciddi dəstək olduğunu qeyd edib.

M.Kərimli diqqətə çatdırıb ki, dövlət başçısının tapşırığına uyğun olaraq, sosial cəhətdən həssas qruplarla bağlı sosial proqramlar ildən-ilə geniş miqyas alır. Xüsusilə ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş insanların ailələrinin və bu döyüşlərdə sağlamlıqlarını itirirmələri nəticəsində əlilliyi olan şəxslərin mənzillə təminatı işləri getdikcə gücləndirilir. Əgər 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil həmin insanlara təqdim edilibsə, bu il 934 mənzil və fərdi yaşayış evinin şəhid ailələri və müharibə əlillərinin istifadəsinə verilməsi planlaşdırılıb. Cari ilin ötən dövründə onlardan 300-ə yaxın mənzil və fərdi ev artıq təqdim olunub.

Nazir müavini ümumilikdə bu vaxta qədər nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 6951 mənzilin və fərdi evin verildiyini vurğulayıb. O bu istiqamətdə tədbirlərin qarşıdakı dövrdə də uğurla davam etdiriləcəyini deyib.

M.Kərimli yeni fərdi yaşayış evləri ilə təmin edilən vətəndaşları bu münasibətlə nazirlik adından təbrik edib, onlara bu evlərdə daim fərəhli günlər yaşamağı arzulayıb.

Yeni fərdi yaşayış evləri ilə təmin olunan vətəndaşlar dövlətin diqqət və qayğısı ilə əhatə olunmalarından, sosial təminatlarının gücləndirilməsi üçün aparılan işlərdən razılıqlarını ifadə ediblər. Onlar göstərilən yüksək qayğıya, eyni zamanda, müasir tələblərə uyğun inşa etdirilmiş fərdi yaşayış evləri ilə təmin olunduqlarına görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ƏƏSMN: Son 6 ayda 646 min vətəndaşın müraciəti cavablandırılıb

ƏƏSMN birinci yarımilin yekunlarına dair kollegiya iclası keçirib

ƏƏSMN: Daha 51 şəhidin vərəsələrinə birdəfəlik ödəmə veriləcək

ƏƏSMN: Daha 200 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə veriləcək

ƏƏSMN: Ünvanlı sosial yardım alanların sayı 84 mini keçib

ƏƏSMN 190 manatın verilməsi ilə bağlı açıqlama yayıb

ƏƏSMN-də əlillik və reabilitasiya məsələləri ilə bağlı işçi qrupunun onlayn iclası keçirilib

ƏƏSMN işəgötürənlərə xəbərdarlıq edib

ƏƏSMN-də elektron arayış xidmətlərinin sayı artırılır

ƏƏSMN: 142 - Çağrı Mərkəzi tərəfindən 165 mindən çox müraciət cavablandırılıb

ƏƏSMN: 230 min şəxsə 190 manat ödənilib

ƏƏSMN: Ödənişli ictimai iş yerlərinin sayı 37 mindən 90 minə çatdırılır

ƏƏSMN: Son günlərdə 13 minədək tənha yaşlıya ərzaq yardımı edilib

ƏƏSMN işsiz şəxslərdən kimlərə birdəfəlik ödəmə veriləcəyi ilə bağlı açıqlama yayıb

ƏƏSMN: Bu şəxslər işsiz kimi qeydiyyata alınmaq üçün müraciət etməməlidir

ƏƏSMN vətəndaşlara pul yardımı ediləcəyi ilə bağlı xəbərlərə münasibət bildirib

ƏƏSMN: Daha 1400-dən çox tənha yaşlıya evlərində sosial xidmətlərə başlanıb

ƏƏSMN: 65 yaşdan yuxarı tənha yaşayan şəxslərə evlərində sosial məişət xidmətləri göstəriləcək

ƏƏSMN-də daha 15 növdə elektron arayış xidməti yaradılır

ƏƏSMN növbəti “DOST xonçası” kampaniyasına start verir

14 Avqust 2020, 15:00 (GMT +4)
BNA həftə ərzində daşınan sərnişinlərin statistikasını açıqlayıb

14 Avqust 2020, 14:50 (GMT +4)
İranda son sutkada 169 nəfərin koronavirusdan ölümü qeydə alınıb

14 Avqust 2020, 14:44 (GMT +4)
Lukaşenka Belarusu tərk etdiyinə dair xəbərləri təkzib edib

14 Avqust 2020, 14:30 (GMT +4)
Bu gün xalq artisti Alim Qasımovun ad günüdür

14 Avqust 2020, 14:15 (GMT +4)
Azərbaycanda iki COVID-19 xəstəsi həbs edilib (FOTO)

14 Avqust 2020, 14:12 (GMT +4)
İngiltərədə karantin tədbilərinin zəiflədilməsinə davam ediləcək

14 Avqust 2020, 14:05 (GMT +4)
İsrail mətbuatı Təl-Əvivlə rəsmi əlaqə quracaq növbəti ərəb dövlətlərinin adını açıqlayıb

14 Avqust 2020, 14:00 (GMT +4)
BP D230 blokunda məlumatların emalını III rübdə yekunlaşdıracaq

14 Avqust 2020, 13:45 (GMT +4)
Əli Abbasov Ramiz Mehdiyevin müşaviri təyin olunub

14 Avqust 2020, 13:40 (GMT +4)
Rusiyada koronavirusa yoluxma hallarının sayı 913 minə yaxınlaşıb

14 Avqust 2020, 13:30 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

14 Avqust 2020, 13:28 (GMT +4)
Tramp BƏƏ və İsrailin üç həftə ərzində sülh sazişini imzalayacağını gözləyir

14 Avqust 2020, 13:02 (GMT +4)
İranın xarici işlər naziri Cavad Zərif Beyruta gedib

14 Avqust 2020, 13:00 (GMT +4)
“Gənclərimiz Beynəlxalq Arenada” onlayn forumu keçirilib

14 Avqust 2020, 12:45 (GMT +4)
Dövlət Vergi Xidməti: Alınmış mallara görə ödənilən ƏDV-nin 5,9 mln. manatı istehlakçılara geri qaytarılıb

14 Avqust 2020, 12:41 (GMT +4)
Litva prezidenti Lukaşenkonu qanuni prezident saymaqdan imtina edib

14 Avqust 2020, 12:21 (GMT +4)
Qırğızıstanın keçmiş prezidenti Atambayev haqqında çıxarılan hökm qüvvədə saxlanılıb

14 Avqust 2020, 12:18 (GMT +4)
BMT Təhlükəsizlik Şurasında İrana qarşı silah enbarqosu məsələsi səsverməyə çıxarılıb

14 Avqust 2020, 12:15 (GMT +4)
Bakıda paracüdo üzrə Qran-pri keçiriləcək

14 Avqust 2020, 12:01 (GMT +4)
“Yüksək Texnologiyalar Parkı” MMC-yə yeni direktor təyin edilib

14 Avqust 2020, 11:46 (GMT +4)
Mingəçevirdə gizli restoran işlədən şəxs cərimələnib

14 Avqust 2020, 11:39 (GMT +4)
Neftçalada 300 ailəyə ərzaq yardımı paylanılıb

14 Avqust 2020, 11:38 (GMT +4)
Dünyada COVID-19 virusuna yoluxanların sayı 21 milyonu keçib

14 Avqust 2020, 11:30 (GMT +4)
Azərbaycan XİN Pakistanı təbrik edib

14 Avqust 2020, 11:27 (GMT +4)
İran İsrail-BƏƏ əlaqələrinin rəsmiləşməsinə münasibət bildirib

14 Avqust 2020, 11:15 (GMT +4)
Nazir yeni tədris ili ilə bağlı hazırlanan təkliflərə münasibət bildirib

14 Avqust 2020, 11:13 (GMT +4)
Reuven Rivlin BƏƏ-nin vəliəhd şahzadəsini İsrailə dəvət edib

14 Avqust 2020, 11:00 (GMT +4)
Prezident: Bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur

14 Avqust 2020, 10:40 (GMT +4)
Türkiyə XİN: BƏƏ-nin riyakar addımını bölgə xalqları əsla bağışlamayacaq

14 Avqust 2020, 10:40 (GMT +4)
Lənkəranda aviobomba aşkarlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66